Tom Soyerin macəraları. Марк Твен

Чтение книги онлайн.

Читать онлайн книгу Tom Soyerin macəraları - Марк Твен страница 3

Tom Soyerin macəraları - Марк Твен Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

Tom isə tək-tənha evlərinə tərəf yollandı.

      O, Cef Tetçerin yaşadığı evin yanından keçəndə bağda tanımadığı bir qız gördü. Bu, iki uzun sarışın hörüyü olan, göy gözlü qəşəng bir qız idi. Bir az bundan əvvəl böyük döyüş qələbələri qazanmış qəhrəman, bircə atəş belə açılmadan qızın əsiri oldu. Əvvəllər məftun olduğu Emi Lourens bir dəqiqədə onun qəlbindən silindi. Tom elə bilirdi ki, onu dəlicəsinə sevir. Amma indi məlum oldu ki, bu, yalnız ötəri bir maraq imiş.

      Nə qədər ki qız ona baxmırdı, Tom uzaqdan-uzağa bu yeni məlaikəyə göz qoydu. Sonra, guya, qızın orada olduğundan xəbərsizmiş kimi cürbəcür oyunlar çıxartmağa, özünü göstərməyə başladı. Özünü qıza göstərmək, onun xoşuna gəlmək istəyirdi. Uzun müddət müxtəlif sarsaq oyunlardan çıxdı. Amma qız tərəfə baxanda gördü ki, o, evlərinə gedir. Tom kədərləndi, gedib hasara söykəndi. Qız artırmada bir dəqiqə ayaq saxlayıb qapıya sarı yönəldi. Tom dərindən köks ötürdü. Amma elə o saat da onun üzü güldü. Qız gözdən itməzdən əvvəl dönüb barının üstündən Toma bir çiçək atdı.

      O, çiçəyə tərəf qaçıb, onu yerdən götürdü. Sonra özünü xəlvətə verdi ki, çiçəyi gödəkcəsinin altında gizlətsin.

      – Axşam yeməyi zamanı Sidi daşqalaq etdiyinə görə Tom möhkəmcə danlandı. Bir azdan Polli xala mətbəxə getdi. Sid qənddanı götürüb öz qabağına qoymaq istədi. Amma əlində saxlaya bilmədi, qəndqabı yerə düşüb çilikləndi. Tom bərk sevindi. Qərara gəldi ki, özü bu haqda xalasına bir söz deməsin. Polli xala qənddanı kimin sındırdığını soruşanda məsələni açıb desin. Xalanın öz “sevimlisini” necə kötəkləyəcəyinə tamaşa eləməyin ayrı ləzzəti var idi! Amma Polli xala qayıdıb çiliklənmiş qəndqabını görəndə Tomun peysərinə bir şapalaq ilişdirdi. İkincini də vurmaq istəyəndə Tom qaraqışqırıq qopartdı:

      – Dayanın, əlinizi saxlayın, axı məni niyə döyürsünüz? Qabı mən sındırmamışam ki! Sid sındırıb!

      Polli xala bu gözlənilməz sözdən donub qaldı. Tom gözləyirdi ki, xalası indicə peşman olacaq, onun halına acıyacaq. Amma xala özünü ələ alıb dedi:

      – Hə… Ancaq mən güman eləyirəm ki, sən bu şapalağı nahaq yerə almadın!

      Sonra vicdanı ona əzab verdi, istədi uşağın könlünü alsın. Amma eləmədi, axı bu, tərbiyə qayda-qanununa zidd idi.

      Tom mısmırığını sallayıb bir küncdə oturdu. O bilirdi ki, Polli xala hərəkətinə görə peşman olub. Bu hisdən Tom həzz alırdı. Amma özünü elə göstərirdi ki, guya heç bir şey hiss etmir. O, təsəvvürünə gətirdi ki, ölüm yatağındadır, Polli xala isə ondan bağışlanmasını xahiş eləyir. Amma Tom onu bağışlamayacaq. Üzünü divara tərəf çevirib öləcək, bircə kəlmə də söz deməyəcək. Onda, görəsən, Polli xalanın halı necə olacaq?

      Tom bütün bu xəyallardan o qədər mütəəssir olmuşdu ki, göz yaşları içərisində boğulurdu. O, öz kədərindən böyük həzz alırdı. Hətta xalası qızı Merinin evə qayıtması da onu sevindirmədi. Tom yerindən qalxıb otaqdan çıxdı.

      O, çay qırağına gəldi. Bayaqkı gözəl qızı xatırladı. Fikirləşdi ki, qız bütün bunlardan xəbər tutsaydı, görəsən, onun halına acıyardımı?

      Axşam Tom Gözəl Qızın yaşadığı evə sarı gəldi. Evdən səs-səmir gəlmirdi. O, çiçəyi sinəsinə sıxıb pəncərənin altında yerə uzandı. Xəyal onu çox uzağa aparmışdı. Birdən pəncərə açıldı. Xidmətçi qadın Tomun üstünə şırıltı ilə bir vedrə su əndərdi.

      Bizim qəhrəman az qaldı boğula, o, fınxıra-fınxıra tez yerindən sıçradı. Bir daş havada vıyıldadı. Şüşə çilik-çilik oldu. Balaca, toranlıqda güclə seçilən bir fiqur sıçrayıb barıdan aşdı və bir göz qırpımında yox oldu.

      Lovğalığın axırı

      Səhər ibadətindən sonra Tom Tövratdan şeir əzbərləməyə başladı. Tom bütün qüvvəsini topladı. Amma onun beynində dərsdən başqa, nə desən var idi.

      Meri onu yoxladı. Amma Tom heç iki misranı da dalbadal deyə bilmədi. Meri dedi:

      – Sən gərək dərsini başdan-ayağadək təzədən əzbərləyəsən. Yaxşı öyrənsən, sənə maraqlı bir şey bağışlayacağam. Hə, di ağıllı ol, başla!

      Tom işə «möhkəmcə girişdi». Nəhayət ki, bir neçə şeir əzbərləyə bildi. Bunun əvəzində isə Meri ona ikiağızlı təzə cib bıçağı bağışladı. Tomun sevincinin həddi-hüdudu yox idi. Doğrudur, bıçağın ağzı heç bir şey kəsmirdi, amma bu, əsl bıçaq idi

      Bazar günü məktəbinə getmək vaxtı idi. Merinin köməyilə Tom əl-üzünü yudu. Sonra Meri Tomun yalnız bazar günləri geydiyi, «o biri kostyum» adlanan təzə kostyumunu şkafdan çıxarıb gətirdi. Onun başına şlyapa qoydu, ayağına çəkmə geyindirdi.

      İndi Tom yaraşıqlı görünürdü. Amma özünü çox narahat hiss eləyirdi.

      Meri də bircə dəqiqənin içində geyindi. Uşaqların üçü də bazar günü məktəbinə yollandılar. Tom bu məktəbə ürəkdən nifrət eləyir, Meri ilə Sid isə onu sevirdi.

      Bazar günü məktəbində saat doqquzdan on birin yarısınadək məşğələ keçirlər. Sonra isə ibadət başlanırdı.

      Qapının ağzında Tom ayaq saxladı ki, özü kimi bayramsayağı geyinmiş bir dostu ilə danışsın:

      – Bura bax, Billi, səndə sarı bilet var?

      – Var.

      – Ona nə verim?

      – Nəyin var?

      – Bir parça şirin biyan kötüyü, bir dənə də balıqçı qarmağı.

      – Göstər.

      Tom göstərdi. Dostu bəyəndi, onlar qiymətli əşyalarını dəyişdilər. Bundan sonra Tom iki sədəf daşı üç qırmızı biletə, sonra da müxtəlif dəyərsiz əşyalarını iki göy biletə dəyişdi. O, başqa uşaqlardan da müxtəlif rəngli biletlər aldı. Sonra kilsəyə girib yerində oturdu. Amma yerində sakit dura bilmədi. Gah ona sataşdı, gah buna. Müəllim də elə hey onu töhmətləndirdi.

      Tomgilin sinfindəki uşaqların hamısı eyni xasiyyətli: nadinc, şuluq və sözəbaxmayan uşaqlar idi. Biri də tapşırılmış şeiri əzbər deyə bilmirdi. Hamısına kömək eləmək lazım gəlirdi. Bununla belə, onlar birtəhər şeiri axıra çatdırır və hər biri mükafat alırdı. Bu mükafatlar balaca göy biletlərdən ibarət olurdu. Tövratdan əzbərlənmiş iki şeirin əvəzində bir göy bilet verilirdi. Belə göy biletlərin on dənəsi bir qırmızı biletə bərabər idi. On qırmızı bilet isə bir sarı biletə bərabər idi. On

Скачать книгу