Qulliverin səyahətləri. Джонатан Свифт
Чтение книги онлайн.
Читать онлайн книгу Qulliverin səyahətləri - Джонатан Свифт страница 5
Mən hər şeydən çox gözlərim üçün qorxurdum. Gözlərimi qorumaqdan ötrü tədbir görməliydim. Yoxsa kor olardım. Mənə lazım olan xırda şeylər arasında gözlüyüm də vardı. Hansı ki onu gizli cibimdə saxlamışdım. Gözlüyümü taxıb möhkəm bağladım. Oxlar tez- tez gözlüyümün şüşələrinə dəysə də, mənə zərər yetirmirdi.
Beləcə, bütün qarmaqları taxıb qurtardım. Bir-birinə düyünlədiyim kəndiri əlimə alıb gəmiləri çəkdim. Ancaq bircə gəmi də yerindən tərpənmədi. Gəmilərin hamısı lövbərlərində möhkəm durmuşdu.
Məcbur olub daha təhlükəli bir işə girişməli oldum. Gəmilərin dövrəsinə hərlənib lövbər kəndirlərini bıçaqla kəsdim. Bu zaman iki yüzə qədər ox üzümə və əllərimə sancıldı. Sonra mən gəmiləri bağlamış oldu- ğum kəndirləri yenidən əlimə yığdım. Düşmənin ən iri əlli hərbi gəmisini asanlıqla çəkib apardım.
Özlərini itirən düşmənlər əvvəlcə nə etmək istədiyimi anlaya bilməmişdilər. Onlar lövbər kəndirlərini kəsdiyimi görüb elə güman etmişdilər ki, mən gəmiləri suda batırmaq istəyirəm. Ancaq bütün donanmanı arxamca çəkib apardığımı gördükdə yaman təşvişə düşdülər. Ucadan fəryad qoparmağa başladılar.
Onlardan uzaqlaşdıqdan sonra dayandım. Üzümə və əllərimə sancılmış oxları ehtiyatla çıxartdım. Yerlərini məlhəmlə ovdum. Sonra gözlüyümü çıxardım. Düz bir saat suyun çəkilməsini gözlədim. Axırda boğazın ortasından ayaqla keçib gəmilərlə birlikdə sağ-salamat Liliputiya limanına gəldim.
İmperator və bütün saray adamları sahildə durub qayıtmağımı gözləyirdilər. Boğazın ortasında su xirtdəyimə qədər çıxırdı. Odur ki onlar məni görə bilmirdilər. Bir az sonra onlar sahilə yaxınlaşmaqda olan donanmanı gördülər. İmperator bu fikrə gəldi ki, yəqin, mən batmışam, düşmən donanması isə müharibə məqsədilə ora yaxınlaşır. Ancaq onun bu qorxusu tezliklə yox oldu. Boğaz getdikcə dayazlaşdı. Artıq mən suda daha aydın görünürdüm. Səsim sahildə eşidiləcək məsafəyə çatdıqda mən gəmilərə bağladığım kəndirləri yuxarı qaldırdım. Sonra da ucadan çığırdım: "Yaşasın Liliputiyanın qüdrətli imperatoru!"
Nəhayət, gəlib sahilə çıxdım. İmperator məni tərif yağışına tutdu. Elə oradaca məni ölkənin ən yüksək rütbəsi olan nardak rütbəsi ilə təltif elədi.
Ancaq padşahların şöhrətpərəstliklərinin hədd-hüdudu olmur. İmperator indi də istəyirdi ki, düşmənin qalan gəmilərini də qəsb edəm. Görünür, o, bütün Blefuskunu fəth etmək niyyətində idi. Bununla da orada gizlənən bütün yumurtanı altdan sındırmaq tərəfdarlarını qırdırar, blefuskuluları yumurtanı iti ucundan sındırmağa məcbur edərdi. Beləliklə də bütün kainatın yeganə hökmdarı olardı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.