Tarzan cəngəlliyə qayıdır 2. Эдгар Райс Берроуз

Чтение книги онлайн.

Читать онлайн книгу Tarzan cəngəlliyə qayıdır 2 - Эдгар Райс Берроуз страница 1

Tarzan cəngəlliyə qayıdır 2 - Эдгар Райс Берроуз Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

b

      I fəsil

      Gəmidə əhvalat

      –Nə gözəl!

      – Nəyi deyirsiniz? – qraf təəccüblə arvadına baxdı. – Sizi belə heyran edən nədir?

      Qrafinya de Kud qızardı və dizinin üstünə qoyduğu jurnalı tələsik qaldırıb səhifəsini çevirdi:

      – Heç… Şəkillərə baxırdım, Nyu-Yorkun göydələnləri yadıma düşdü.

      Qraf oxuduğu kitabdan ayrıldı.

      – Darıxıram, Olqa. Gedim, özümə yoldaş tapıb kart oynayım.

      – Bu, nəzakətsizlikdir, əzizim, amma mən sizi bağışlayıram, – qadın gülümsündü. – İstədiyiniz kimi əylənin.

      Qraf gedəndən sonra Olqa bir az aralıda kresloda oturub fikrə getmiş ucaboy gənci gözaltı bir də süzdü:

      – Hə, gözəldir!

      Qrafinya de Kudun iyirmi, ərinin qırx yaşı olardı. Bu izdivacı Olqanın atası – müflisləşmiş rus zadəganı təşkil etmişdi. Qrafinya ərini sevmirdi, amma ona sədaqətini qoruyurdu. İndi də qarşısındakı yaraşıqlı gəncə ağlına heç nə gətirmədən, yalnız maraq xatirinə baxırdı, onun gözəlliyindən həzz alırdı.

      Gənc qalxıb göyərtədən salona keçdi. Qrafinya əmrə müntəzir dayanmış qulluqçulardan birini çağırdı.

      – Bu cənab kimdir?

      – Afrikalıdır, xanım, adı Tarzandır.

      Tarzan qapının ağzında şübhəli-şübhəli xosunlaşan iki nəfərin yanından ötüb salona girdi. Nədənsə, bu qaraşın kişilər onun xoşuna gəlmədilər. Amma Tarzan ayaq saxlamadı. Ürəyində: “Adamlar müxtəlif olur”, – deyib keçdi.

      O, salonun küncündə boş kreslo tapıb oturdu. Heç cür rahatlana bilmirdi. Ötən həftə başına gələnlər barədə düşünürdü.

      “Viskonsin meşəsindəki o balaca stansiyada lord Qreystokun oğlu olduğumu açıb desəydim, haqqım çatan hər şeyə – atamın tituluna, var-dövlətinə sahib çıxardım. Başqasının xatirinə bütün bunlardan imtina etməyim nə dərəcədə doğru idi? Yox, mən bunu Uilyam Sesil Kleytonun deyil, Ceynin xatirinə etdim. Bilirəm ki, əmim oğluna qismət olmuş ad-sanı, sərvəti, mülkləri geri alsaydım da, Ceyn ondan üz döndərməzdi. Əksinə, Kleytonu darda tək qoymazdı, ona daha bərk bağlanardı”.

      Tarzan gələcəyini təsəvvürünə gətirməyə çalışırdı.

      “Mən cəngəlliyə qayıdacağam. Ömrümün iyirmi iki ilindən iyirmisini orada keçirmişəm. Amma qayıdışıma kim sevinəcək? Ola bilsin, qoca dostum Tantor. Qalanlarsa, yəqin, artıq unudublar. Hətta öz qəbiləmin meymunları da məni qəbul etmək istəməyəcəklər. Mən sivilizasiyadan, yoldaşlarımla ünsiyyətdən tamamilə məhrum olacağam. Dəhşətlidir! Təzə-təzə öyrəndiyim dildə heç kimlə danışa bilməyəcəyəm”.

      Bu ağır düşüncələr içində Tarzanın gözü qarşı divarda böyük güzgüyə sataşdı. Salonun ortasında masa arxasında dörd kişi oturmuşdu, kart oynayırdılar. Oyunçulardan biri qalxdı, yoldaşlarına nə isə dedi. Yəqin, getməliydi. Yerinə masaya başqası yaxınlaşdı, ədəblə təzim edib oturdu. Tarzan onu tanıdı. Bayaq qapının ağzında xosunlaşanlardan biri idi.

      Məsələ Tarzana müəmmalı göründü. Gözünü güzgüdən ayırmadan oyunu izləməyə başladı.

      Tarzan masa arxasındakılardan yalnız birinin adını bilirdi. Gəmiyə minəndə lakey göstərib demişdi ki, bu, məşhur qraf Raul de Kuddur, Fransanın müdafiə nazirliyində yüksək vəzifə tutur.

      Bir azdan qapıda pıçıldaşanlardan ikincisi də salona girib düz qrafın arxasında dayandı. Guya oyuna baxırdı, amma gözü otərəf-butərəfdə idi. Salondakıları sezirdi. Üzü əks tərəfə oturmuş Tarzana fikir vermədi. Heç kimin onlara diqqət yetirmədiyinə əmin olanda həmin adam ehmalca əlini başı oyuna qarışmış qrafın pencəyinin cibinə salıb ora nə isə qoydu.

      Tarzan hər şeyi güzgüdə açıq-aşkar görürdü. Ancaq dinmədi, işin nə ilə bitəcəyini gözləməyi qərara aldı.

      Təxminən on dəqiqədən sonra qraf böyük məbləğdə pul uddu. Oyuna sonuncu qoşulmuş kişi hələ də qrafın arxasında dayanan yoldaşına baxdı. Yoldaşı başını tərpətdi. Kişi ayağa qalxıb barmağını qraf de Kuda tuşladı:

      – Mən bilsəydim ki, bu cənab peşəkar fırıldaqçıdır, heç vaxt onunla oynamazdım!

      Masa arxasındakı digər üç nəfər də ayağa qalxdı. Qrafın rəngi ağardı.

      – Kiminlə danışdığınızın fərqindəsinizmi, ser?

      – Bəli, fərqindəyəm. Mən fırıldaqçı ilə danışıram.

      Qraf masanın üstündən əyilib onu ittiham edən şəxsin sifətinə şillə vurdu.

      – Bu, anlaşılmazlıqdır, ser, – deyə oyunçulardan biri araya girdi. – Qraf de Kudu hamımız tanıyırıq.

      – Əgər səhvim varsa, üzr istəməyə hazıram, amma əvvəlcə qraf desin görək, cibinə qoyduğu nə kartlar idi?

      Kartları qrafın cibinə salmış adam bu sözlərdən sonra dönüb salonun çıxışına doğru getdi. Amma Tarzan artıq qapıda onun yolunu kəsmişdi.

      Dələduz Tarzanı əli ilə kənarlaşdırmaq istədi:

      – İcazə verin, keçim.

      – Mənə elə gəlir, siz bəzi şeyləri izah etmək üçün lazım olacaqsınız.

      Tarzan dələduzun boynundan yapışıb geri fırlatdı və masaya tərəf dartdı. Nikolas Rokoff zəif adam deyildi, amma Tarzana azacıq da olsa müqavimət göstərə bilmədi.

      Salondakıların hamısı qrafın başına yığışıb ondan hərəkət gözləyirdi.

      – Bu adam dəli olub, cənablar, – deyə qraf toplaşanlara müraciət etdi, – buyurun, üstümü axtarın.

      Heç kim buna cəsarət etmirdi. De Kuda qarşı ağır ittiham irəli sürən şəxs inad göstərdi:

      – Əlinizi qrafın cibinə salmağınız kifayətdir ki, ona şər atmadığıma əmin olasanız. İstəyirsiniz, kartları mən çıxarım.

      – Yox, üstümü axtarmağa ancaq ləyaqətli adama icazə verə bilərəm!

      – Ehtiyac yoxdur, kartlar qrafın cibindədir. Mən onların necə qoyulduğunu özüm gördüm.

      Hamı dönüb təəccüblə bu sözləri demiş cüssəli gəncə və onun əlində çapalayan adama baxdı.

      – Bu, bir qurğudur, məndə heç nə yoxdur, – deyə qraf əlini cibinə saldı və dərhal sifəti meyit rəngi aldı. De Kud yavaş-yavaş əlini cibindən çıxardı: onun barmaqları arasında üç kart var idi.

      Qrafın gözləri dəhşətdən böyümüşdü. O, ətrafındakı adamlara baxır, sanki onlardan kömək gözləyirdi. Hamı ikrahla üzünü döndərdi.

      Ətrafa ölü sükut çökdü. Sükutu cüssəli gənc pozdu:

      – Qraf

Скачать книгу