Al yelkənlər. Александр Грин

Чтение книги онлайн.

Читать онлайн книгу Al yelkənlər - Александр Грин страница 3

Al yelkənlər - Александр Грин Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

gəmi limanda lövbər salanda, ya da dənizçinin sevimli meyxanasında uydurduğu əfsanələr. Lonqren həmçinin gəmiləri qəzaya uğramış, tənha adalara düşmüş, vəhşiləşmiş və danışmağı unutmuş dənizçilərdən, sirli xəzinələrdən, sürgün edilmiş adamların qiyamından və bir çox başqa şeylərdən danışırdı. Qız sanki Kolumbun yeni materik barədə ilk hekayətini dinləyirmiş kimi atasının söhbətlərinə son dərəcə diqqətlə qulaq asırdı. Lonqren yorulub, ya da fikrə dalıb susanda Assol onun yaxasını dartışdırır, “Bir az da danış”, – deyə xahiş edirdi. Beləcə, balaca qızcığaz atasının möcüzəli hekayətlərini dinləyə-dinləyə Lonqrenin qucağındaca yuxuya gedirdi.

      Assol bir də şəhər oyuncaq dükanından onlara təşrif buyuran və Lonqrenin əl işlərini xüsusi həvəslə alan satıcının gəlişinə çox sevinirdi. Dükan xidmətçisi sövdələşməni yumşalda və oyuncaqları daha ucuz götürə bilmək üçün qızcığaza hər dəfə bir neçə alma, şirin kökə, ya da bir ovuc fındıq gətirərdi. Alveri heç xoşlamayan Lonqren, adətən, işinin əsl dəyərini istəyirdi, satıcı isə həmişə qiyməti öldürürdü. “Nə deyim sizə, – Lonqren söyləyirdi, – bu botun3 üzərində düz bir həftə əlləşmişəm. – Bot beşgünbəzli idi. – Gör bir necə möhkəmdir, hələ sığallı olmasını demirəm. O, istənilən havada on beş nəfərə tab gətirər”. Lonqren bunları dilinə gətirsə də, almasını əlində oynadan qızının sevinc dolu gözlərinə baxıb mübahisə etməkdən əl çəkir, satıcı ilə razılaşırdı. Beləcə, o, güzəşt edir, mağaza xidmətçisi isə səbətini qəşəng olduğu qədər möhkəm oyuncaqlarla doldurub qımışa-qımışa oranı tərk edirdi. Lonqren bütün ev işlərini özü görürdü: odun doğrayır, su daşıyır, soba qalayır, xörək bişirir, paltar yuyur, ağları ütüləyir və üstəlik, pul qazanmaq üçün oyuncaqlar düzəldirdi. Assolun səkkiz yaşı tamam olanda atası ona oxumağı və yazmağı öyrətdi. Lonqren qızını aradabir özü ilə şəhərə aparırdı, sonra dükançıdan pulu götürmək, ya da ora mal çatdırmaq üçün hətta tək də buraxmağa başladı. Hərçənd bu, nadir hallarda baş verirdi. Lissa Kapernadan dörd verst4 aralıda yerləşsə də, yol meşədən keçirdi. Oradasa qız uşağını çox şey qorxuda bilərdi və bunu nəzərdən qaçırmamaq lazım idi. Bu səbəbdən Lonqren qızını təkcə günəşli havada, özü də səhər saatlarında şəhərə buraxırdı. Çünki yalnız bu zaman həssas qəlbli Assolun təhlükədən uzaq olacağına ümid edirdi.

      Qızcığaz şəhərə məlum səyahətlərinin birində səbətinə səhər yeməyi kimi qoyulan bir tikə piroqu yemək üçün yol kənarında oturdu. O, tikəsini dişləyə-dişləyə oyuncaqları bir-bir gözdən keçirməyə başladı; bir-ikisini ilk dəfə görürdü: Lonqren bunları gecə düzəltmişdi. Yeni oyuncaqlardan biri balaca yaxta idi; usta ağ gəmiciyin al yelkənlərini vaxtilə varlı bir alıcının sifarişiylə düzəltdiyi paroxod üçün işlətdiyi ipəyin qırıntılarından tikmişdi. Yəqin, yaxtanın yelkənləri üçün uyğun material tapa bilməmiş, elə əlinin altında olan al ipəyin qırıntılarından istifadə eləmişdi. Assol lap heyran qalmışdı. Əlində sanki oyuncaq yaxta deyil, yanar od tutmuşdu. Yolla üzərindən şüvül körpü keçən kiçicik bir çay kəsişirdi; çay sol tərəfdən meşəyə tərəf istiqamət alırdı. “Əgər onu suya buraxsam, – Assol ürəyində düşündü, – yəqin ki, islanmaz, bir də ki sonra silə də bilərəm”. Qız çayın axını ilə azacıq meşəyə tərəf gedib əlindəki yaxtanı ehmalca suya saldı; al yelkənlər anındaca şəffaf suda əks olundu: parçanı dəlib keçən işıq suyun dibindəki ağ daşların üzərində çəhrayı rəngə boyandı. “Kapitan, sən haradan gəlmisən? – Assol ciddi sifət alıb soruşdu və elə özü də cavabında dedi: – Mən… mən Çindən gəlmişəm. – Bəs sən nə gətirmisən? – Nə gətirdiyimi söyləməyəcəm. – Deməyəcəksən, kapitan?! Onda səni geriyə, səbətə göndərəcəm”. Kapitan zarafat etdiyini və fili göstərməyə hazır olduğunu demək istəyirdi ki, birdən axın yaxtanın burnunu çayın ortasına tərəf çevirdi və gəmi tam sürət götürüb aşağı üzdü. Hadisələrin bu cür gedişatı görüntünü də kökündən dəyişdi: indi balaca çay da, yaxta da qızın gözündə əl çatmayacaq qədər böyüdü. Özünü itirmiş Assol əlini cəld irəli uzatsa da, yaxtanı tuta bilmədi. “Kapitan qorxdu”, – öz-özünə fikirləşib uzaqlaşan oyuncağın ardınca qaçdı və yaxtanın hansısa daşa ilişib qalacağına ümid etdi. Ağır olmasa belə, hazırda ona əməllicə mane olan səbəti də daşıya-daşıya elə hey təkrarladı: “Allahım! Elə et ki, yaxtanı tuta bilim…” Al yelkənləri gözdən itirməməyə çalışan qızcığaz büdrəyir, yıxılır və yenidən qaçırdı.

      Assol heç vaxt meşənin bu qədər dərinliyinə getməmişdi. Hər necə olursa-olsun oyuncağı tutmaq istəyən qız ətrafına belə baxmırdı; ətrafında vurnuxduğu sahildə kifayət qədər maneə vardı. Böyrü üstə düşmüş ağacların mamır basmış gövdələri, çala-çuxurlar, hündür qıjı, itburnu, jasmin və fındıq ağacı ona hər addımda mane olurdu; hər dəfə müxtəlif maneənin öhdəsindən gəlmək məcburiyyətində qalan qız tədricən gücdən düşür, dincini almaq, ya da üzünə yapışmış hörümçək torunu təmizləmək üçün daha tez-tez dayanmalı olurdu. Qaraqovaq və qarğı cəngəlliklərinin sıx olduğu yerlərdə Assol az qalmışdı al yelkənləri gözdən itirsin, amma çayın döngəsini ötüb-keçən kimi təmkinlə və durmadan uzaqlaşan yaxtanı yenidən gördü. Qız bircə dəfə ətrafa nəzər saldı və bayaqdan ona işıqlı görünən meşənin indi sıx cəngəlliklər sayəsində ala-torana qərq olduğunu görüb dəhşətə gəldi. Özünü bir anlıq itirsə də, oyuncağı xatırlayıb bir neçə dəfə dərindən ah çəkdi və yenidən var gücü ilə qaçmağa başladı.

      Bir saata yaxın qan-tər içində qaçan Assol irəlidə ağacların seyrəldiyini görüb həm təəccübləndi, həm də çox sevindi. Qızcığaz ağacların arasından sarı qumsal uçuruma çıxanda yorğunluqdan dizləri titrəyirdi. Bura çayın mənsəbi idi: çayın suyu məhz burada mavi dəniz dalğası ilə qarşılaşırdı. O qədər də hündür olmayan, kök basmış uçurumun kənarında dayanan Assol çayın qırağında, iri sal daşın üzərində bir adamın arxası ona tərəf oturduğunu gördü. Əlində Lonqrenin düzəltdiyi o başıbəlalı yaxtanı tutan bu adam oyuncaq gəmini oyan-buyana çevirir, son dərəcə diqqətlə nəzərdən keçirirdi. Oyuncağın, heç olmasa, salamat olduğunu görən Assol az da olsa sakitləşdi və ayaq barmaqlarının ucunda yad adama yaxınlaşıb nəzərlərini ona dikdi, kişinin başını yuxarı qaldırmasını gözlədi. Amma bu adamın başı meşə sürprizinə necə qarışmışdısa, qız onu təpədən dırnağadək müşahidə etməyə macal tapdı. Assol müşahidələrindən belə qənaətə gəldi ki, indiyədək ona bənzər birisi ilə rastlaşmayıb.

      Nəzərinizə çatdıraq ki, qızın qarşısında elə də adi adam oturmamışdı. Bu, mahnı, əfsanə, rəvayət və nağıl toplaması ilə ətrafda məşhur olan səyyah Eql idi. Kişinin həsir şlyapasının altından çallaşmış buruq saçları sallanırdı; göy şalvarı və boz köynəyi, uzunboğaz çəkmələri onu ovçuya bənzədirdi; ağ yaxalıq, qalstuk, gümüş piləkli kəmər, əsa və təzə nikel qıfıllı çanta onun şəhərli olduğunu ələ verirdi. Boz və polad kimi parlaq gözləri, cəsur və güclü

Скачать книгу


<p>3</p>

Bot – avarlı, yelkənli və ya motorlu kiçik gəmi

<p>4</p>

Verst – 1,05 kilometrə bərabər uzunluq ölçüsü