Sonuncu düym. Ceyms Oldric
Чтение книги онлайн.
Читать онлайн книгу Sonuncu düym - Ceyms Oldric страница 4
“Gərək mən yadına salaydım”, – Ben əlində at ətindən tələ yemi suya girərək öz-özünə düşündü. Tələ yemini o, mərcan budağının, kameranı isə çıxıntının üstünə qoydu. Sonra əti telefon naqili ilə bərk-bərk mərcana bağladı ki, köpəkbalıqları onu asanlıqla qopara bilməsinlər.
Bu işi başa çatdırdıqdan sonra Ben tələ yemindən cəmisi on fut aralıdakı balaca oyuğa tərəf çəkildi. Bununla o özünü arxa tərəfdən qorumaq istəyirdi. O, köpəkbalıqlarını çox gözləməli olmayacağını bilirdi.
Mərcanların qumla əvəzləndiyi gümüşü məkanda artıq beş köpəkbalığı üzürdü. O haqlı idi. Köpəkbalıqları qanın qoxusunu duyan kimi o dəqiqə özlərini yetirdilər. Ben qurudu, nəfəsini buraxanda isə qovuqcular köpəkbalıqlarını ürkütməsin deyə partlamaları üçün klapanı arxasındakı mərcana sıxırdı.
– Gəlin! Yaxın gəlin! – o, balıqları qızışdırırdı.
Amma onlara dəvət lazım deyildi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.