Qorio ata. Оноре де Бальзак

Чтение книги онлайн.

Читать онлайн книгу Qorio ata - Оноре де Бальзак страница 5

Qorio ata - Оноре де Бальзак Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

– Tələsən yerin var? Evdə heç kəs yoxdur. Madam Kutür öz qızı ilə səhər saat səkkizdə müqəddəs Etyen kilsəsinə ibadətə gedib. Qorio ata əlində bir bağlama ilə küçəyə çıxıb harasa yollandı. Onlar gedəndə mən aşağıda pilləkən təmizləyirdim. Hələ Qorio ata əlindəki bağlama ilə mənə yüngülcə toxundu da: dəmir kimi bərk bir şey idi. Görəsən, bu qoca kaftar nə işlə məşğuldur? Hərəkətlərindən heç şeytan da baş açmaz. Düzdür, pansionda hamı onu dolayır. Ancaq kirayənişinlər arasında ən yaxşısı yenə də odur. Bəzən məni hər hansı bir iş üçün qızlarının yanına göndərir, onlar isə heç vaxt bəxşişimi əskik etmirlər.

      – Sən əminsən ki, onlar Qorio atanın qızlarıdır? Bir düjündülər.

      – Məni ancaq ikisinin yanına göndərib. Başqa qızlarının olub-olmadığını bilmirəm.

      Bir neçə dəqiqədən sonra Voke aşağı endi. Bu vaxt pişik süd kasasından tələsə-tələsə süd içməkdəydi. Voke öncə pişiyə bağırdı, sonra isə qaravaşı səslədi:

      – Piştə! Silviya, Silviya!

      – Nə var, ay xanım, yenə nə olub?

      – Bir baxsana, pişik südü içib qurtarıb.

      – Günah axmaq Kristofdadır. Ona demişdim göz-qulaq olsun. Bəs hara çıxıb gedib? Narahat olmayın, xanım, bu süd Qorio ata üçündür. Bir az su tökərəm, heç xəbəri olmaz.

      Bu vaxt Votren yoğun səslə oxuya-oxuya yemək otağına daxil oldu. Madam Vokeni görüb:

      – Xoş gördük, Voke cici! – deyərək oynaq bir hərəkətlə onu bağrına basdı.

      – Yaxşı, buraxın…

      – Mən bu saat bir şey görmüşəm…

      – Nə görmüsünüz? – madam Voke maraqla soruşdu.

      – Qorio ata saat doqquzun yarısında Dofina küçəsindəki zərgərin yanında idi. Bizim qoca ona qızıl suyuna çəkilmiş gümüş qab-qacaq satırdı. Özü də babat qiymətə! Qab-qacağı əməlli-başlı əzib yumrulamışdı. Görünür, bu işdə təcrübəsi var.

      – Doğrudan?

      – Doğrudan! Mən buna təsadüfən şahid oldum. Onu küçədə görüb təqib etdim. Nə edəcəyini bilmək istəyirdim: elə-belə, məzə üçün. Zərgərin yanından çıxdıqdan sonra bizim məhəllədəki Qobsek adlı məşhur sələmçinin evinə girdi. Qobsek kimi hiyləgər adam az-az tapılar. Belə adam hətta öz atasının sümüyündən domino daşı düzəltdirər.

      – Sizcə, Qorio ata nə ilə məşğuldur?

      – Məncə, bu sarsaq adam o qədər əbləhdir ki, pullarını bura gələn qadınlara xərcləyir. Düzdür, o, həmin qadınların öz qızları olduğunu iddia edir, amma…

      Bu vaxt Silviya xəbərdarlıq etdi:

      – Sakit! Qorio ata gəlir.

      Keçmiş fabrikant pansiona daxil olub öz otağına qalxdı. Pilləkənləri çıxarkən o:

      – Kristof, – deyə bağırdı, – mənim yanıma qalxarsan!

      Kristof hardansa qəfil peyda oldu və Qorio atanın dalınca yuxarı qalxdı. Çox keçmədən isə yenidən aşağı endi.

      Madam Voke xidmətçidən soruşdu:

      – Nə məsələdir?

      – Cənab Qorionun verdiyi məktubu ünvanına çatdırmalıyam.

      Votren Kristofun əlindən məktubu alaraq:

      – Nə məktubdur elə? – deyə zərfi o üz-bu üzünə çevirdi. Zərfin üstündə Qrafinya Anastazi de Restonun adı yazılmışdı.

      Votren məktubu işığa tutub:

      – Bəs, görəsən, bunun içindəki nədir? – dedi. –Bank vərəqəsi? Yox, ayrı şeydir!

      Sonra zərfin ağzını azacıq açaraq:

      – Pul! – deyə bağırdı. – Get, qoçağım, yəqin buna görə sənə yaxşı bəxşiş verərlər.

      Süfrə hazır olanda madam Kutürlə madmazel Viktorina Tayfer göründü.

      Madam Kutür:

      – Biz Viktorina ilə kilsədə ibadət edirdik. Axı bu gün biz cənab Tayferin yanına getmək fikrindəyik.

      Votren stulu yetim qıza təklif edərək ona:

      – Atanızın qəlbində mərhəmət hissi oyatmaq üçün Allaha yalvarmaq yaxşı işdir, – dedi. – Lakin inanmıram ki, bunun bir faydası olsun. Siz yenə də bu gün görüşmək üçün cəhd edin. Ancaq mən özüm də yaxın günlərdə sizə kömək etməyə çalışaram. Əlimdən gələni edərəm ki, bu məsələ xoş sonluqla yoluna qoyulsun. Atanızla görüşüb danışaram. Darıxmayın, hər şey düzələr.

      Viktorina yaşarmış və ümid dolu gözlərini Votrenə çevirib dilləndi:

      – Ah, cənab, əgər biz bu gün yenə əliboş qayıtsaq və siz nə vaxtsa atamla görüşə bilsəniz, ona söyləyərsiniz ki, yer üzündə mənimçün ən qiymətli şey atamın məhəbbəti, bir də anamın namusu və şərəfidir…

      Bu zaman Puare, madmazel Mişono və Qorio aşağı endilər. Küçədən tələbənin ayaq səsləri eşidildi:

      Silviya:

      – Lap yaxşı oldu, cənab Ejen, – dedi. – Bu gün siz də hamı ilə birlikdə səhər yeməyi yeyərsiniz. Neçə vaxtdır gec yatıb-gec oyandığınız üçün buna vaxtınız olmur.

      Tələbə hamı ilə salamlaşıb Qorio atanın yanında oturdu. Bir parça ət götürüb çörəkdən kəsərək dedi:

      – Başıma qəribə bir iş gəlib.

      – Nə olub? Bizə də danışın, – deyə madam Voke xahiş etdi.

      – Dünən qohumlarımdan birinin – vikontessa de Boseanın verdiyi balda idim. Həmin balda füsunkar bir qrafinya ilə rəqs edirdim. Ömrümdə onun qədər gözəl qadına rast gəlməmişəm. Bu gün səhər doqquzda mən bu yaraşıqlı qrafinyanı bir daha gördüm. O, piyada de-Qre küçəsi ilə gedirdi. Ürəyim döyünməyə başladı, elə zənn etdim ki…

      Votren burda tələbəni dərin baxışla süzərək:

      – Bura gəlir, hə?.. Halbuki doğrusunu bilmək istəyirsinizsə, o, sələmçi Qobsek dayının yanına gedirdi. Qrafinyanın adı Anastazi de Resto, yaşadığı küçə isə Elder küçəsidir. Düzdür?

      Tələbə de Restonun

Скачать книгу