Sənət əbədidir, ömür amanat. Ариф Алиев
Чтение книги онлайн.
Читать онлайн книгу Sənət əbədidir, ömür amanat - Ариф Алиев страница 5
Ədil, adəti xilafına, bugünkü hadisənin bəzi detallarını Zinaya danışmaq istəyirdi. Xüsusilə də Mədinə ilə bağlı məsələdə kiminləsə, daha yaxşı olardı, qadınla məsləhətləşməyə ehtiyac duyurdu. Amma qızın adi “problem” sözündən birdən-birə hansı hala düşdüyünü görüb fikrini dəyişdi, zarafata keçdi:
– Mənə – heç nə. Qacarın vəzirini heç cür lazımi simə kökləyə bilmirdim. Qarşındakı şah olanda nə olar? Şaha yaltaqlanmağın da bir dərəcəsi var!
O, gözlənilmədən qızdan aralandı. Üzünü Zinaya çevirib sifətində ürəkbulandırıcı bir şirinlik təzim etdi:
– Buyuruq sizinkidir, adil hökmdar,
Sizdə fəzilət də, ədalət də var.
Zina candərdi gülümsədi, yenidən Ədilin qolundan yapışdı:
– Olar, ictimai baxışa məni də dəvət edəsən?
– Nə danışırsan, qapalıdır, – Ədil şən əhvali-ruhiyyəsini bir az da artırdı. – Birigün o binaya quş quşluğuynan səkə bilməz. İndidən mühasirədədir. Siyasi büronun üzvləri, bir-iki xalq komissarından başqa zala heç kim buraxılmayacaq. Heç olmasa, arvadları ilə gəlsəydilər, mən də deyərdim ki, özümünkünü gətirmişəm.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.