Nağıllar Diyarına Səyahət. Кнут Гамсун

Чтение книги онлайн.

Читать онлайн книгу Nağıllar Diyarına Səyahət - Кнут Гамсун страница 3

Nağıllar Diyarına Səyahət - Кнут Гамсун

Скачать книгу

saxlayır, məsələnin nə yerdə olduğundan məmnun halda qabağa düşərək təşəbbüsü ələ alır. Ən yuxarı mərtəbəyə qalxıb üzərində bir neçə qəribə hərf yazılan karton lövhə olan qapını döyür. Bir kişi qapını açır. Qadın gülə-gülə uzun-uzadı bir şey danışıb məni ona təhvil verir; bu müddətdə qadınla mən bayırda idim, kişi isə qapının arxasında dayanmışdı. Sonda, kişi düyməni tikdirməkdə fikrimin ciddi və qəti olduğunu anladıqda, çünki, tikiş ləvazimatlarımı tapa bilmirəm, qapını taybatay açır. Qadına pul verəndə qəpiyə baxaraq başı ilə razılıq edir və məni general, ya da knyaz adlandırır. Bir daha təzim edərək pilləkənlərlə aşağı düşür.

      Dərzinin otağındakı əşyalar bir stol, iki stul, divan və bir ikonadan ibarətdir, divarlardan dini məzmunlu rəsmlər asılıb.

      Döşəmədə iki uşaq oynayır. Göründüyü kimi dərzinin arvadı evdə yoxdur, ata uşaqlarla təkdir. Mən uşaqların başını sığallayıram, onlarsa mənə göy gözləri ilə baxırlar. Dərzi düyməni tikən zaman uşaqları ilə dost oluram, onlar oynadıqları qırıq kasanı göstərərək mənlə danışırlar. Mənsə əllərimi bir-birinə vurub kasanın əla olduğunu bildirən görkəm alıram. Onlar bir çox şey axtarıb tapır və daşıyıb yanıma gətirirlər, biz başlayırıq döşəmənin üstündə ev tikməyə.

      Düymə hazır olduqda soruşuram: – Nə qədər?

      Dərzi bir şey desə də anlamıram.

      Bildiyimə görə, dərzilərdən düymənin tikilməsinin neçəyə başa gəldiyini soruşduqda onlar bir şey lazım olmadığını deyirlər. Yaxud da nə versəniz olar. Bu, bir fənddir. Qiymət vermək özümə qalsa, düymə mənə baha başa gələcək. Özümü qraf kimi göstərib çox ödəməli olacağam. Ancaq dərzi açıq, dürüst şəkildə 25 öre tələb edib ala bilər; əgər özüm verməli olsam, 50 ödəməliyəm. İndi bu rus dərzi də “Nə versəniz olar.” deyərək fənd işlədir. Mən Rusiyadakı qiymətləri haradan bilim? Bu isə onun vecinə deyil.

      Mən barmağımı sinəmə dayayıb əcnəbi olduğumu bildirdim. O gülümsünərək başını tərpətdi və cavab verdi.

      Mən də təkrar etdim.

      O, bu dəfə daha ətraflı cavablasa da, “qəpik” sözünü tələffüz etmədi.

      O zaman yenidən özümü qraf kimi tanıtmalı oldum. Adi vətəndaş kimi istənilən qədər səyahətə cəhd etmək olar, amma heç bir əhəmiyyəti olmayacaq.

      Küçəyə çıxıram və mehmanxanaya konkada qayıtmaq istəyirəm. Bir qədər gedəndən sonra konduktor yaxınlaşıb nəsə deyir. Böyük ehtimalla haraya getdiyimi soruşur deyə düşünürəm; mehmanxananın adını deyirəm. Vaqondakılar məzəmmət dolu nəzərlərlə mənə baxmağa başlayır, konduktor isə uzağı – əks tərəfi göstərir, yəni ki, mən tamamilə əks istiqamətə gedirəm, mehmanxana isə oradadır. Məcburən düşürəm.

      Küçədə gəzişərkən insanların bir binaya daxil olaraq ikinci mərtəbəyə qalxdıqlarına diqqət yetirirəm. Deməli, orada baxmalı nəsə var. Mən də binaya girirəm. Pilləkəndə kimsə mənə nəsə deyir. Mən papağımı çıxarıb gülümsünürəm. Bu anda o da gülümsünür və birlikdə gedərək məni qapını açıb içəri buraxır.

      Bura restorandır, içəridə yığıncaq var. Həmin adam məni təqdim edir, ətrafdakılara nəsə deməyindən mənimlə pilləkəndə necə qarşılaşdığını izah etdiyini anlayıram. Mənsə hər kəsə təzim edib iri pasportumu çıxarıram. Ancaq ondan heç kimin başı çıxmır. Adımın harada yazıldığını göstərib filankəs olduğumu deyirəm. Onlar yenə heç nə anlamır, ancaq hər şeyin qaydasında olduğunu zənn edərək məni alqışlayır. Sonra bir nəfər səhnəyə yaxınlaşıb musiqi sifariş edir. Orqan qəfildən çalmağa başlayır. “Bu, sənin şərəfinədir!” deyə fikirləşirəm və ayağa durub ətrafa təzim edirəm. Özümdən asılı olmayaraq kefim açılır, şərab istəyirəm, birlikdə içməyə xeyli adam yığılır. Zalda Moskvaya əcnəbi gəldiyi barədə şayiə dolaşmağa başlayır mənlə bağlı, odur ki, fransızca danışan bir nəfər tapıb gətirirlər; ancaq düşünürəm ki, işlər rusca da pis deyildi, hələ bir də fransız dilini o qədər də yaxşı bilmədiyimə görə bu tapılan adam heç ürəyimcə olmadı. Lakin biz ona da şərab süzüb yanımızda oturtduq.

      Həyat burada rəngbərəngdir, çoxlu qəribə geyimlər var, gözəl və sadə libaslar sıra-sıra düzülüb. Yaşlı qadınla gənc bir qız piştaxtanın arxasında dayanıb. Fürsət tapan kimi cənablardan biri gənc qıza nəsə deyir və məndə elə təəssürat oyanır ki, ona ilk dəfədir belə bir təklif olunur. Bir anlığa qız duruxur, heç nə başa düşmür, sonra isə qızarır. İlk dəfə nədən qızarmaq olar?! Əlbəttə ki, xoşbəxtlikdən. İlk dəfəyə bərabər olan heç nə yoxdur həyatda! Sonra isə ancaq xəcalətdən qızarırsan.

      Gedəndə pilləkənlərlə cəld aşağı düşərək iki xidmətçi çıxış qapısını üzümə taybatay açır və məni əlahəzrət adlandırır.

      Yenə küçələrdə fırlanmağa başlayıram, amma harada olduğumu və evin yolunu necə tapacağımı bilmirəm. Bu müqayisəyə gəlməz hissdir, başına gəlməyən bunu bilməz, mən yolu azmışam. İstəyimə uyğun olaraq qanuni dolaşmaq hüququmdan istifadə edirəm. Nə isə yemək üçün yaxınlaşıb restorana girməyə qərar verirəm, çünki bunda da istədiyim kimi hərəkət edə bilərəm. Ancaq bura xüsusilə dəbdəbəlidir, üstəlik sarısaç, əynində frak olan lakey mənə yaxınlaşır. Elə bu dəqiqə yanından keçdiyim ilk yeri münasib bilib orada otururam.

      Bura da geniş restorandır, ancaq avropasayağı olmadığı görünüşündən bilinir, qonaqlar özünəməxsus formada geyiniblər, xidməti isə gödəkçə geyinmiş iki lakey edir. Lap içəridə salonun əvəzinə bağça var.

      Mən həm sərbəst, həm də məmnunam. Özüm üçün sığınacaq tapmışam və tələsmədən xeyli burada qala bilərəm. “Şi” deməyi də öyrənmişəm artıq. Bəziləri hələ öyrənir, ancaq mən artıq öyrənmişəm. Odur ki, şi – mal əti şorbasıdır deyə almanlar yazan kimi yaza bilmərəm. Çünki bu adi mal əti şorbası deyil, müxtəlif cür mal əti, yumurta, xama, və göyərtidən hazırlanan mükəmməl rus yeməyidir. Beləliklə verdiyim şi sifarişimi gətirirlər. Xidmətçi qulluğuna davam edir və fərqli təamlar gətirir. Bundan əlavə, kürü də istəyirəm, bunun doğru olub-olmadığını bilmirəm. Sonra da pivə istəyirəm.

      Uzun saçları olan ruhani üzlü biri qəfildən qapıda görünüb xaç çəkərək bizə xeyir-dua verdikdən sonra yoluna davam edir. Xoşbəxtəm ki, bu yeri tapmışam; bir qədər qıraqda bir neçə yaşlı, mehribanüzlü adam sakit-sakit söhbət edərək yemək yeyir. Üzləri digər qocalar kimi çirkin və bədheybət deyil, əksinə səmimi və sağlam görünür, saçları da olduqca qalındır. Slavyanlar! Onlara baxıb fikirləşirəm: gələcəyin xalqı, germanlardan sonrakı dünya fatehləri! Ancaq belə bir xalqın rus ədəbiyyatı kimi ədəbiyyatı ola bilər, sonsuz, coşub-daşan mənbəyi ilə ərşə qalxan səkkiz nəhəng şairin

Скачать книгу