1
İngilis kralı VIII Henrix tərəfindən XVI əsrin 30-cu illərində kilsənin reformasiyası həyata keçiril-mişdir. Mariya Tüdorun (1553-1558) hakimiyyəti dövründə katolisizm qısa müddətə bərpa edilmiş, Yelizavetanın (1558-1603) dövründə isə anqlikan kilsəsinin təşəkkül tapması başa çatmışdır.
2
Amerikanın puritan yönümlü keşişi və yazıçısı Mezer Kottonun (1663-1728) «Amerikada İsa Məsihin böyük əməlləri» («Magnalia Christi Amerikana») kitabında Yeni İngiltərə kilsə tarixinin bioqrafik və tarixi fraqmentlərindən bəhs edilir; 1702-ci ildə çapdan çıxmışdır.
3
3 Qrammatika məktəbi təqribən klassik gimnaziyaya uyğun idi
4
4 Plutarxın «Tərcümeyi-hal» kitabı 50 görkəmli yunan və Roma dövlət xadimi və sərkərdəsinin bioqrafiyasından ibarətdir.
5
«Layihələr üzərində təcrübə» («An Essay on Projects», 1698) əsərində Defo burjua cəmiyyətinin məddahı kimi çıxış edir; əsərdə ticarətin inkişafı, bank işi, akademiya, hərbi kollec, qadınlar üçün ali məktəblərin yaradılmasına dair konkret təkliflər irəli sürülmüşdür.
6
İngiltərənin erkən Maarifçilik dövrünün tanınmış jurnalistləri Addison və Stilin «Tamaşaçı» («Spectator»,1711-1712) ədəbi-satirik jurnalı. Jurnal naşirin («Tamaşaçı»nın) oxucularla məişət, əxlaq və fəlsəfəyə dair didaktik söhbətləri formasındadır.
7
İngilis riyaziyyatçısı Edvard Kokkerin (1631-1675) hesab dərsliyi nəzərdə tutulur.
8
Franklin Dekartın davamçıları, «Məntiq və düşünmək sənəti» dərs vəsaitinin müəllifləri, yansenistlər A.Arno və P.Nikolu (1662) nəzərdə tutur.
9
Ksenofontun «Sokrat haqqında xatirələr»i – e.ə. III əsrin klassik əsərlərindən biridir. Latınca əsər «Memorabilia», yəni «yada salmağa layiq şeylər» adlanır. Əsər Sokratın və onun nəzəriyyəsinin mədhiyyəsidir.