Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл
Чтение книги онлайн.
Читать онлайн книгу Kataloniyanı Xatırlarkən - Джордж Оруэлл страница 7
Yeni qarovul nəfərləri tranşeydəki yerlərini tutmağa macal tapmamış bu dəfə düşmən bizə şıdırğı atəş yağışına tutdu. İşıq gələn yerləri elə nişan alıb atırdılar ki, sanki qəpiyin düz ortasından vururdular. Onları görə bilirdim. Qarışqa kimi balaca boyları ilə sipərin arxasında o tərəf-bu tərəfə qaçışırdılar. Arada isə sanki bizə acıq verirlərmiş kimi uzaqdan nöqtə kimi görünən balaca qara başlarını səngərdən çıxarırdılar. Atdığımız güllələrin faydasızlığı gün kimi aydın idi. Amma əsl ispan qaydası ilə heç kimdən icazə almadan postu özbaşına tərk edib yanıma gələn qarovul nəfəri təkidlə düşmənə atəş açmağımı istəyirdi. Onu başa salmağa çalışırdım ki, belə məsafədən, üstəlik də əlimdəki tüfəng kimi yararsız silahdan hədəfi nişan alıb vurmaq yalnız mində bir təsadüfdə uğurla nəticələnə bilər. Yanımda dayanan xalis uşaq idi. Aramsız olaraq tüfənginin lüləsi ilə əks tərəfdə qaralan nöqtələrdən birini göstərir, qarşısına atılacaq sümüyün arxasınca tullanmağa hazır vəziyyətdə dayanan it kimi dişlərini qıcayaraq səbirsizliklə atəş açmağımı gözləyirdi. Onun israrlı xahişlərinə dözməyib nişangahı yeddi yüz metrin üzərinə qoyub tətiyi sıxdım. Nöqtə yoxa çıxdı. Deyəsən, güllə çox yaxından keçdiyindən faşist özünü dərhal yerə atmışdı. Həyatımda ilk dəfə idi ki, insana atəş açırdım.
Nəhayət, cəbhənin nə olduğunu görəndən sonra hər şeyə nifrət eləməyə başladım. Bunun nəyi müharibədir? Biz düşmənlə demək olar ki, üz-üzə gəlmirdik. Hətta belimi əymədən səngərlə o baş-bu başa addımlaya bilərdim. Amma bir neçə dəqiqə keçməmiş güllə dəhşətli səslə vıyıldayaraq düz qulağımın dibindən keçdi, səngərin arxa divarına sancıldı. Heyhat! Dərhal başımı aşağı əydim. Dönə-dönə and içmişdim ki, həyatım boyu heç vaxt üstümə gələn ilk güllənin önündə baş əyməyəcəyəm. Lakin görünür, bu hərəkət tam instinktivdir və hər bir adam həyatında azı bir dəfə gülləyə təzim etməli olur.
III
Səngər həyatında beş şey çox vacibdir: odun, yemək, tütün, şam və düşmən. Qışda, Saraqosa cəbhəsində onlar öz əhəmiyyətini məhz sadaladığım ardıcıllıqla büruzə verirdi. Düşmən axırıncı yerdə gəlirdi. Gecə döyüşlərinin mümkünlüyü istisna olunarsa, ümumən heç kimin fikrini məşğul emirdi. Düşmən bizim təsəvvürümüzdə nadir hallarda əl-ayağını tərpədən uzaqdakı qara böcəklərdən başqa bir şey deyildi. Qarşı-qarşıya dayanmış iki ordunun düşündürən əsas məsələ necə qızınmaq idi.
Yeri gəlmişkən, İspaniyada qaldığım müddətdə çox az döyüş gördüyümü boynuma almalıyam. Yanvar ayından maya qədər Araqon cəbhəsində oldum, lakin yanvardan martın sonunadək Teruel döyüşünü nəzərə almasaq, tam əminliklə heç bir mühüm hadisənin baş vermədiyini demək olar. Mart ayında Xueskuda ağır döyüşlər gedirdi. Amma həmin hərbi əməliyyatlarda iştirakım çox cüzi olmuşdu. Sonra, iyun ayında Xueskuya uğursuz hücum həyata keçirildi. Nəticədə bir günün içində bir neçə min nəfər öldürüldü. Ondan əvvəl yaralanmışdım. Bu səbəbdən də, müharibənin dəhşətləri sayılacaq sarsıntılar məndən yan keçmişdi. Təyyarələr heç vaxt olduğum yerin yaxınlığına bomba atmamışdılar. Mərmilər həmişə məndən əlli addım kənarda partlamışdı. Yalnız bir dəfə əlbəyaxa döyüşə girmişdim. (Amma bu bir dəfədə yəqin ki, bir neçə dəfənin dəhşətlərini yaşamışdım). Əlbəttə, döyüşçülərin əksəriyyəti kimi mən də tez-tez pulemyot atəşi altına düşürdüm. Lakin atəş bir qayda olaraq uzaq məsafədən açılırdı. Əgər əvvəlcədən ehtiyat tədbirləri görmüşdünüzsə, hətta Xuesko altındakı döyüşlər də sən deyən qorxulu deyildi.
Burada, Saraqosanı əhatə edən təpələrdə bizi ən çox sıxan günlərin yeknəsəqliyi və mövqe müharibəsinin narahatlıqları idi. Həyatımız şəhərdəki kontor xidmətçilərinin günləri kimi heç bir mühüm hadisə baş vermədən sıxıntılı ahənglə keçirdi. Hər şey bir-birini təkrarlayırdı: qarovul, patrul, səngər qazmaq, səngər qazmaq, partul, qarovul… Təpələrin üstündə faşist, yaxud komunist inanclarından asılı olmayaraq bayraqlarının ətrafına yığışan bir dəstə cındır geyimli, his-pas basmış adam əslində ideyanın təntənəsindən daha çox harada, necə qızınmaq haqqında düşünürdü. Günlər və gecələr biri-birini əvəz edirdi. İki təpənin arasındakı dərədən şığıyıb keçən güllələr məqsədsiz və hədəfsiz atılırdı. Onlar nadir hallarda insan bədəninə gedib çatırdılar.
Bəzən soyuq qış mənzərələrindən gözümü çəkmədən baş verənlərin əbəsliyi haqqında fikirləşirdim. Belə müharibələr həmişə heç-heçə qurtarır. Daha əvvəllər, oktyabr ayında mövqe tutduğumuz təpələr uğrunda amansız döyüşlər gedirdi. Sonra isə əsgər, silah, ən başlıcası isə artilleriya çatışmazlığı ucbatından iri miqyaslı hərbi əməliyyatlara son qoyuldu. Hər iki ordu səngərə çəkildi, ilkin döyüşlərdə ala bildikləri təpələrdə möhkəmlənməyə başladı. Bizdən sağ tərtəfdə P.O.U.M.-un kiçik dəstəsi dayanmışdı, sol tərəfdəki yüksəklikdə isə P.S.U.C.-un mövqeyi yerləşirdi. Onun qarşısında faşist postlarının səpələndiyi zirvə ucalırdı. Cəbhə xətti deyilən ayırıcı hüdud irəliyə və geriyə doğru elə ilanvari yollarla burulub gedirdi ki, əgər hər mövqenin üzərində bayraq ucalmasaydı, kimi harada dayandığından baş çıxarmaq müşkülə çevrilərdi. P.O.U.M. ilə P.S.U.C8. qırmızı bayraq asmışdılar. Anarxistlər ya özlərinin qırmızı-qara, ya da respublikaçıların qırmızı-sarı-al bayraqları altında vuruşurdular. Heyrət doğuran mənzərə idi. Əsgərlər əllərində bayraq zirvəni tutmuşdular, dörd tərəfi isə iylənmiş konserv bankaları və insan nəcisi ilə murdarlamışdılar. Bizdən sağ tərəfdə təpə silsiləsi cənub-qərbə burularaq düz Xueskoya qədər uzanıb gedən, çay yataqlarının damar kimi doğradığı geniş bir düzənliyə açılırdı. Uzaqdan baxanda düzənliyin ortasında oyun zərlərini xatırladan kublar nəzərə çarpırdı. Bura faşistlərin əlindəki Robres şəhəri idi. Çox vaxt səhərlər və bütün vadi duman içində görünməz olurdu. Vadi üzərində isə yastı görünüşlü yaşıl təpələr ucalırdı. Bütün bunlar ətrafımızda açılan mənzərəni fotoneqativə bənzədirdi. Xueskonun arxasında hər gün yağan qarın üzərində yeni naxışların açdığı çoxlu belə təpələr vardı. Göz işlədikcə uzaqlarda Pireneyin qarı heç zaman əriməyən nəhəng zirvələri ucalırdı. Aşağıda, vadidə isə hər şey ölü və çılpaq görünürdü. Qarşı tərəfdəki təpələr fil dərisi kimi boz və qırışmış idi. Bomboş göy üzündə quşlar demək olar ki, heç vaxt gözə dəymirdilər. Səmasında bu qədər az quş olan başqa ölkə gördüyümü ağlıma gətirə bilmirdim. Doğrudur, hərdən sığırçına bənzəyən quşlar görürdük. Bəzən gecələr qəfil səs-küylə havaya qalxan və keşikçi əsgərləri
8
P.S.U. C. – Partia Socialista de Cataluna Unificado (Isp.) – Kataloniya Birləşmiş Sosialist Partiyası