Keçmişdən gələn səslər. Болеслав Прус

Чтение книги онлайн.

Читать онлайн книгу Keçmişdən gələn səslər - Болеслав Прус страница 25

Жанр:
Серия:
Издательство:
Keçmişdən gələn səslər - Болеслав Прус

Скачать книгу

yuxarı getdilər. Burda panna Valentina tualet masasının yeşiyindən qırmızı, qədərincə yaprıxmış qeydlər kitabçasını çıxardı və onu Anelkaya verdi.

      – Öyrən… Bunu oxu… Buraya, pəncərə altlığına uçub gələn quşlarımı yemləməyi unutma. Ən əsası isə – öyrən… – Anelkanın dodaqlarından və alnından öpərək, dedi. – Bəzən, amma başqa uşaqlardan az… oh, xeyli az olmaqla, məni kədərləndirirdin! Səni çox pis tərbiyə eləsələr də, mən səni sevirəm… Indi isə öz yerinə get… Sağlam ol! Mənim kitabçamı şən olduğun əyləncələrdən sonra deyil, yalnız sənə ağır olanda oxu… Oxu və ağıl topla!

      Anelka kitabçanı, tilsim kimi, sinəsinə sıxaraq, getdi. Çıxıb gedən müəllimənin hər bir sözünü müqəddəs nəsihət kimi qəbul edirdi. O ucadan ağlamadı, ancaq gözlərindən yaş axdı, ürəyi isə kədərin dəmir məngənəsində sıxıldı.

      Kitabçanı təhlükəsiz yerdə gizlətməyi qərara alaraq, yatağının yanındakı dolabdan nənəsinin tabutundan olan gümüş güləbətin parçasının, pişiyin yediyi bülbülün lələyinin və bir neçə qurudulmuş yarpağın saxlandığı ağ karton qutunu çıxardı. Anelka panna Valentinanın hədiyyəsini də bura yerləşdirdi. Bu zaman, qeyri-iradi olaraq, yıpranmış kitabçanı açdı və elə birinci səhifənin arxasında karandaşla yazılmış, artıq yarımpozulmuş sözləri gördü:

      “Həmişə hər şeydən əvvəl öz vəzifələrin, artıq sonra isə həzzlər barədə fikirləş”.

      Aşağıda isə:

      “Çərşənbə günü yuyulmağa verilib:

      4 köynək

      2 gecə köynəyi”.

      Bir saat sonra panna Valentina artıq evdə deyildi. Öz şələ-küləsini və pan Yanın bir həftə sonra ödəməyə borclu olduğu əlli manatlıq qəbzi apararaq, getmişdi.

      Anelkanın anası bərk naxoşlamış və yataqda uzanmışdı. Atası naharda heç nə yemədi və Anceyə kolyaska qoşmağı tapşırdı. Saat dördə yaxın arvadının yataq otağına daxil oldu və şəhərə getməsinin zəruri olduğunu elan etdi.

      –Yas, mərhəmət göstər! – pani zəif səslə belə dedi. – Indi bizi necə qoyub gedə bilirsən? Bütün evdə bir kəlmə deyə biləcəyim bir şəxs də olmayacaq… Xidmətçilər özlərini, necəsə, qəribə aparırlar… Elə mən də müqəddəs Yandan sonra başqa adamları işə götürməni səndən xahiş etmək istəyərdim.

      – Işə götürərik, narahat olma, – deyə əri gözlərini qaldırmadan cavab verdi.

      – Yaxşı, amma sən hələlikdə məni tək qoyursan! Mənə yaşlı və ağır ev xidmətçisi lazımdır. Anelka üçün mürəbbiyədən isə heç danışmıram – əlbəttə, özünlə kimisə gətirəcəksən?..

      – Yaxşı, yaxşı, – deyə pan narahat halda, bir ayağını qoyub – o biri ayağını götürərək, təkrar etdi

      – Malheureuse que je suis (Mən necə də bədbəxtəm) !.. Başa düşmürəm, hansı işlər sənə evdə oturmağa imkan vermir, üstəlik, belə bir anda… Artıq gözlərim ağlar qalıb. Yuzek üçün həblər, mənim üçün isə maya ekstraktı gətir… Sonra, məni Xalubinskinin yanına aparacağına ümid edə biləcəyimi bilmək istəyərdin.

      – Görüşənə qədər, Metsya! – əri axıra kimi qulaq asmayaraq, onun sözünü kəsdi. – Mənə, hər şeydən əvvəl, ən təxirəsalınmaz işləri yoluna qoymaq lazımdır, artıq sonra sənin Varşavaya səyahətindən danışarıq.

      Pan Yan kabinetinə getdi, ora qapandı və yazı masasının yeşiklərindən müxtəlif sənədlər çıxarmağa başladı. Olduqca kefsiz idi və qapı arxasındaki xırda səsdən də əsəbi vəziyyətdə diksinirdi. Hələ evinə qayıdacağı fikrilə özünü sakitləşdirirdi, amma başqa, daha sakit səs qəlbinin dərinliyində ona burdan həmişəlik getdiyini pıçıldayırdı. Işlərin onun getməsini tələb etdiyini özünə təlqin edirdi, bu daxili səs isə onun öz yaxınlarının başına gətirdiyi tufandan qaçdığını təkrar edirdi. Özünü mülkü satmasını, acıdığına görə, arvadından gizlətməsinə inandırmağa çalışır, vicdanı isə, altdan-altdan, onun, sadəcə, yalançı olduğunu deyirdi.

      Pan Yanın mülkü satmalı olmasını Şmul dəqiqliklə bilirdi, malikanədəki bütün xidmətçilər hiss edirdi, kəndlilər də şübhələnirdilər. Yalnız malikanənin sahibi olan arvadı heç nə bilmir və fəlakəti öncədən hiss etmirdi. Onun mülkiyyətinə hökm etməyə məhdudiyyətsiz hüququn – toy günü ərinə verdiyi haqqın nəticəsi belə idi. Işlərlə özünün məşğul olması, hətta onlarda nəyisə anlamaq onun dairəsinin gənc və gözəl qadınına yaraşmazdı. Həm də ərin hər şeyi göyə sovuracağından necə şübhələnmək olardı!

      Hüdudsuz etibarın toxumlarının kasıblıq doğurması qəribə zəmindir!

      Pan Yanın xeyli sayda cəmiyyət istedadları vardı: dəblə geyinirdi və zəriflik nümunəsi idi, cəmiyyətdə böyük dilavərliklə və nəzakətlə söhbət aparmağı bacarırdı, minlərlə başqa qabiliyyətlərə malik idi, lakin, təhlükə barəsində fikirləşməyərək, uşaq kimi, odla oynayırdı, yanğın törədəndə isə qaçıb gedirdi.

      Uşaqları tullamaq qərarına gəldiyinə görə, arvadını ümidsizliyə çatdırmaq və onların hamısını bir parça çörəksiz qoymaq üçün getmirdi, – xeyr, həmişəki kimi, sadəcə, xoşagəlməzliklərdən qaçmaq istəyirdi. Ailəyə təskinlik vermək və sakitləşdirmək, xidmətçi və nökərlərin gözünə baxmaq, yeni sahibin mülkə sahib olmağa başlamasını görmək, – bir sözlə, müflis rolunda çıxış etmək – yox, bu onun zövqünə uyğun deyildi.

      “Burda, yerində onlara heç nə ilə kömək edə bilmərəm, – deyə düşündü, – yalnız indi mənə ən çox gərək olan sakitliyimi itirərəm. Səhnələrdən qaçaraq, hər şeyi şəhərdə yoluna qoymaq, arvadını hara yerləşdirməyi fikirləşmək və onda hər şey barəsində ona yazmaq daha yaxşısı deyilmi? Əgər pis xəbərlər yaxşılarla birlikdə gəlsə, başqaları malikanəni tutanda hara getməli qayğısı zavallıya əzab verməyəcək…”

      Şübhəsiz, işgüzar mühakimələrdir, bununla belə, pan Yanın kefi pozulmuşdu. O bütün bunlarda hansısa saxta not olduğunu hiss edirdi. Bəlkə, arvadı və uşaqları ilə qalmalı idi, çünki qadına, üstəlik də xəstə qadına məsləhət və köməksiz tək qalmaq çətin olacaq. Bəs Anelka nə deyəcək?

      Həm də özünün bu guşəsi qəlbinə elə əziz, elə etibarlıdir, elə xoşuna gəlir ki! On beş il əvvəl arvadı ilə birgə bu kabinetdə neçə dəfə bütöv saatlar keçirmişdi! Pəncərə arxasındakı cökə ağacı o vaxt daha nazik idi və belə budaqlı deyildi. Pəncərədən nohurun günəşdə parıldayan hamar səthi görünürdü, indi isə kollar onu kölgələyib. Orada, şabalıd ağacının altında, – onda hələ belə çürük deyildi, – Anelka daim

Скачать книгу