rahatlığından min qat artıq canlıdır. Bu cür sağalmanın zərif şirinliyini, məstliyini bir dəfə dadan şəxs onu yenidən yaşamağın istəyilə alışıb-yanır. Sırf yenidən «sağalma dövrünün bu ovsunlayıcı duyğusuna « yetişmək, Niçşe üçün spirtin və nikotinin o adi xəbərdarediciliyinin yerini tutan, hətta aşan bu dəyərli sərxoşluğa çatmaq üçün bu şəxs sevə-sevə canını o yandırıcı əzabların qor atəşinə dəfələrlə atır. Аmma Niçşe iztirabının mənasını və sağalmanın böyük həzzini kəşf edər-etməz bunu boş, mənasız bir şeyə çevirmək istəyir, yəni dünyanın mənasının bu olduğunu deməyə cəhd edir. Bütün çılğınlar kimi o da öz coşqunluğuna məğlub olur. Ləzzətlə əzabın parlaq dəyişikliyi oyunundan artıq doya bilmir. Əziyyətin daha dərinliklərinə düşmək istəyir ki, xəstəlikdən sağalma prosesinin ən son, ən xoşbəxt, ən duru, ən güclüsünə yüksələ bilsin. Bu gözqamaşdırıcı, yandırıcı sərxoşluqda yavş-yavaş özünün yaxşılaşmağa o dəlicəsinə istəyini sağlamlığın özüylə, qızdırmаsını canlılıqla, süqut səndələmələrini qəzanılmış qüvvəylə bir-birinə qarışdırır. Sağlamlıq! Sağlamlıq! – sərxoş adam öz-özünə bu sözü bayraq kimi havada yelləyir. Dünyanın mənası, həyatın məqsədi, hər şeyin ölçüsü bu olmalıdır. Bütün digər dəyərlərin tərəzisi sadəcə budur. Özü qaranlıqda dərddən dərdə onillərcə söykənərək irəliləyən adam canlılıq, zаlımlıq və iqtidar dəlisi olan gücün mədhində bacardığı qədər bağırır. İqtidar iradəsinin bayrağını gözqamaşdırıcı rənglərlə sərtlik üçün, dəhşət üçün açır və bu bayrağı gələcək bəşəriyyətə özündən gedərcəsinə yetişdirir. Bilmir ki, bayrağı belə yuxarıda saxlamaq üçün оnu həvəsləndirən eyni zamanda öldürücü oxu daşıyan, yayı çəkənlə birdir.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.