Fərqanə. Seymur Baycan

Чтение книги онлайн.

Читать онлайн книгу Fərqanə - Seymur Baycan страница 1

Автор:
Жанр:
Серия:
Издательство:
Fərqanə - Seymur Baycan

Скачать книгу

ı

      Kinq Konq çiynində tüfəng küçəyə çıxanda biz iki komandaya bölünüb futbol oynamağa hazırlaşırdıq. Onu çox vaxt oyuna almazdıq. Tənbəl və yekəpər görünüşü oyunun ciddiliyinə xələl gətirirdi. Bizlə yaşıd olsa da, əllərinin üstünü, üzünü, sinəsini, ayaqlarını tük, alnını civzələr basmışdı. Yaşından çox böyük görünürdü. Üzü içən adamların üzünə oxşayırdı. Gözlərinin altı göyərmişdi. Qarasaçlı, qaragözlü Kinq Konq dırnaqlarını daima gəmirdiyindən barmaqlarının ucu yara olurdu. Hətta ən sərt müəllimlər belə ona bu vərdişini tərgitdirə bilmirdilər. Kinq Konqu nə qədər danlasalar da, nə qədər döysələr də, o yenə də özünü unudur, barmaqlarını ağzına aparıb dırnaqlarını gəmirirdi. Xoşagəlməyən və ahəngsiz bir səslə danışardı. Danışanda səsi adamın başına düşürdü. Məktəbli forması geyinib boynuna pioner qalstuku bağlayanda, əlinə məktəbli çantası götürəndə çox gülməli bir karikatura alınırdı. Bu bədən, bu üz karikaturada belə qeyri-təbii görünə bilərdi. Əgər tanımayan adam onu bu vəziyyətdə küçədə görsəydi, elə bilərdi, uşaqlar üçün gülməli film çəkirlər. Kinq Konqun çox yekə qulaqları vardı. O qədər yekə qulaqları vardı ki, başını tərpədəndə qulaqları şappıldayardı. Mən görməmişəm, uşaqlar and içirlər, bir dəfə bərk yıxılıbmış. Nə qədər özünü sıxsa da, ağrıya dözə bilməyib. Ağlayıb. Yanaq-larından axan göz yaşlarını qulaqlarıyla silirmiş. Bir dəfə məktəbimizə teatr gəlmişdi. Kinq Konq məndən qabaqda oturmuşdu. Uşaqlar məni qızışdırdılar. Özümü saxlaya bilməyib Kinq Konqun yekə qulaqlarına sataşdım. Dedim ki, qulaqlarını bir az kənara çək, səhnəni görə bilmirəm. Teatr qurtardı. Biz zaldan çıxıb məktəbin həyətinə düşdük. Kinq Konq mənə yaxınlaşıb qarnıma iki-üç yumruq vurdu. Onun sifətindəki acıqlı ifadə ilə vurduğu yumruqlar bir-birinə heç uyğun gəlmirdi. Yumruğu qarnıma yaxınlaşanda çox yavaşıyırdı. Yumruqları heç ağrıtmırdı. Sözlərimdən bərk qəzəblənsə də, məni heç incitmək istəməmişdi. İki gün küsülü qaldıq. Üçüncü gün o, özü yaxınlaşdı. Üzr istədi. Dedi ki, xətrimi çox istəyir, sözlərim onu bərk əsəbiləşdirib, bir də ona sataşsam, məni bərk döyəcək. Bufetə getdik. Mənə kakao və pryanik aldı. Barışdıq. O, küsülü qala bilmirdi. Çox mehriban, namuslu, lakin, necə deyərlər, bir qədər yelbeyin bir uşaq idi. Heç kimi incitməzdi. Dava-dalaşdan qaçardı. Onda daima heç bir ciddi səbəb olmadan son həddə çatmış bir əhval-ruhiyyə əmələ gəlirdi. Hər zaman kiçik bir şey gah onu kövrəldir, gah da güldürürdü. Başqaları üçün adi olan həyatın hər bir hadisəsindən olduqca təəccüblənirdi. Ona təəccüblü gələn şeylər barədə gic-gic suallar verirdi. Halbuki belə şeylərə təəccüblənmək mənasız idi. Məsələn, günəşə baxıb deyərdi:

      – Görəsən, günəş göydə necə dayanıb? Niyə bizim başımıza düşmür?

      O, bu cür suallarla gülüş hədəfinə çevrilirdi. Buna baxmayaraq, bicliksiz mehribanlığı adamları özünə cəlb edirdi. Həmişə çantasında rəngli qələmlər gəzdirərdi. Bu qələmlərlə qızların dəftərlərinin kənarına gül, quş, ox girmiş qanayan ürək, ağlayan göz rəsmləri çəkirdi. Yaxşı xətti vardı. Oğlanlar qızlara sevgi məktubu yazanda onun xidmətindən istifadə edirdilər. Çoxlu şit sevgi şeirləri bilirdi. Kinq Konqun atası ovçu idi. Həyətlərində ətrafa çoxlu müxtəlif quş lələkləri, kirpi tikanları ətrafa səpələnmişdi. Ağacların budaqlarından isə duzlanmış heyvan dəriləri asılardı. Dediyim kimi, onu çox vaxt öz oyunlarımıza almazdıq. Lakin Kinq Konq hər zaman oyuna aid nəsə orijinal bir şey tapıb bizi cinləndirərdi. Məsələn, biz rezin topla futbol oynayırdıq, o isə haradansa dəri top tapıb kənarda öz topunu atıb-tutub bizi şişirərdi. Bu dəfə də o, bizi cinləndirməyi, oyunumuzu pozmağı bacardı. Onun ayaqlarında əsl qapıçı dizlikləri vardı. Dizlik bir yana, çiynindəki tüfəng daha çox diqqətimizi cəlb etdi. Biz Kinq Konqa yaxınlaşdıq. Tüfəngə heyranlıqla baxdıq. O, tüfəngə toxunmağa heç kimə icazə vermədi. Futbol oynamaq istəyimiz tamam yaddan çıxdı. Atəş açmağa hədəf axtarmaq üçün biz məhəllənin aşağısına doğru addımladıq. Biz deyəndə, siz bilin ki, söhbət bir dəstə uşaqdan gedir. Bu uşaqlar haqqında ayrı-ayrılıqda yazmağa həvəsim yoxdur. Hekayədə üçdən artıq obraz olanda hekayənin başını-ayağını yığa bilmirəm. Son aylar günəş əlini bizim başımıza çəkib bizi haylamışdı. Biz də göylərin cazibə qanununun hökmünə tabe olaraq boyumuzu günəşə sarı uzatmışdıq. Yosunun boy atıb qalxması kimi, səssiz-küysüz böyüyürdük. Məhəllənin aşağısına doğru hərəkət edəndə qarşımıza boynu uzun, ağappaq qaz dəstəsi çıxdı. Biz qazlara güllə ata bilməzdik. Bu qazların elə bir həyasız sahibəsi vardı ki, tutub hamımızı bir-bir iki yerə cırardı. Məhəllənin qurtaracağında yay-qış qurumayan bapbalaca çirkli gölməçə, gölməçədən on-on beş metr aralıda isə zibilxana vardı. Gölməçəni ağır taxta-şalban daşıyan böyük maşınlar yaratmışdılar. Buraları tanımayan sürücülər gölməçənin balacalığına aldanar, gölməçəni ciddiyə almadan üstündən keçmək istəyərdilər. Elə ki, təkərlər palçığa girdi, bu gölməçə əjdahaya çevrilib öz gücünü göstərərdi. Maşının təkərlərin inanılmaz bir güclə öz daxilinə çəkirdi. Sürücü nə qədər çalışırdısa, bir o qədər özünü çətinə salırdı. Palçıq qırsaqqız olub təkərləri buraxmırdı. Batan maşınların fırlanan təkərlərinə əsəbiləşmiş sürücülərə baxmaq bizim özümüzəməxsus əyləncəmiz idi. Biz, bir növ, bu balaca gölməçənin gücü ilə fəxr edirdik. Kənar maşınların bu balaca gölməçədə batıb qalması xoşumuza gəlirdi. Çox az sürücü, çox az maşın bu balaca gölməçədən öz gücünə xilas ola bilirdi. Çox vaxt köməyə başqa maşın çağırmalı olurdular. Bir maşının o biri maşını palçıqdan dartıb çıxarmasına baxmaq bizim üçün maraqlı idi. Darıxırdıq. İldə iki dəfə təmizlənən zibilxana da uşaqların oynadıqları, vaxt keçirdikləri əyləncə məkanlarından biri idi. Burda hər cür zibil olurdu. Deşilmiş vanna, ləyən, vedrə, köhnə qəzetlər, jurnallar, mebel qırıqları, məftil burumları, təkər, pal-paltarlar, saralmış ağac yarpaqları, ağac gövdələri, sıradan çıxmış məişət cihazlarının hissələri… Uşaqlar zibilxanada eşələnib bu zir-zibilin arasından özlərinə lazım olan zibilləri təzədən evə daşıyır, özlərinə oyuncaqlar düzəldirdilər. Nə etməli, nəhəng sovet imperiyasında uşaqlar oynamağa oyuncaq tapmırdılar. Bir çox valideyn, ümumiyyətlə, uşaqlara oyuncaq almırdı. Uşaqlara oyuncaq almaq, uşaqları sevindirmək onların heç ağlına da gəlmirdi. Bu mədəniyyət hələ gəlib bizə çatmamışdı. Oyuncaq sahibi olmaq xoşbəxtliyi çox az uşağa qismət olurdu. Oyuncaqlı uşaqlar küçəyə çıxanda başına o qədər uşaq yığışırdı ki, təzədən evə qayıtmalı olurdu. Elə valideynlərin özləri də uşaqlara oyuncaqla evdən küçəyə çıxmağa icazə vermirdilər. Uşaqlar vaxtlarını təbiətdə keçirirdilər. Təbiət qoynunda keçirilən vaxt çox zaman pis təyinatlı, pis niyyətli olurdu. Heyvanlarla əylənirdilər. Heyvanlara olmazın əzab-əziyyət verirdilər. İtləri quyulara tullayırdılar. Ya da üstlərinə neft töküb yandırırdılar. Quşların yuvalarını dağıdırdılar. Heyvanları dalaşdırıb, ya da cütləşdirib tamaşa edirdilər. Qurbağaları simə keçirib odda qızardırdılar. Bu miskin heyvanlar allaha yalvarmağı bacarsaydılar, bu amansız işgəncələrin altında yalnız ölüm istəyərdilər. Bəziləri özləri-özlərinə oyuncaq düzəldirdilər. Oğlanlar maşın, qızlar isə köhnə əski-üsküdən gəlincik düzəltməyə məcbur olurdular. Pioner evindəki dərnəklərə, kitabxanaya çox az uşaq gedirdi. Valideynlər uşaqları dərnəklərə buraxmırdılar. Çoxlu valideyn uşaq əməyini istismar edirdi. Dərsdən qayıdan uşaqları həyət-bacada işlədirdilər. Heç uşaqların özləri də pioner evindəki dərnəklərə getməyə bir o qədər də həvəsli deyildilər. İldə iki dəfə təmizlənən zibilxanada həmişə bir it yaşayırdı. Bir it harasa yoxa çıxanda, ya öləndə onun yerinə zibilxanaya başqa it gəlirdi. İtlər dəyişsələr də, onların həyatı, xasiyyəti dəyişmirdi. Onların görünüşü fərqli olsalar da, xasiyyətləri, davranışları həmişə bir olurdu. Bizim hekayəmizin qəhrəmanı olan itin yay zamanı bədəni başından tutmuş quyruğunun ucuna kimi tikanlı pıtraqla dolu olardı. Payızda isə ayaqlarından, qarnının altından çəngə-çəngə tükləri palçığa batıb quruduğundan qəhvəyi rəngli stalaktit sallanırdı. Bu cür itləri qədim zamanlardan sahibləri həmişə Toplan adlandırırmışlar, lakin bizim hekayəmizin qəhrəmanının sahibi olmadığından, onun adı da yoxdur. Biz onu adsız it adlandıracağıq. Adsız it xeyirxah adamlara cəsarətlə, inamla yaxınlaşardı. Üzünü yuxarı qaldırıb nəvaziş umardı. Onun başını tumarlayanda sevincdən gözləri

Скачать книгу