Dələduz. Роберт Вальзер

Чтение книги онлайн.

Читать онлайн книгу Dələduz - Роберт Вальзер страница 9

Жанр:
Серия:
Издательство:
Dələduz - Роберт Вальзер

Скачать книгу

qurdalanan Dələduzun bu məmnunluğundan doğulan işığı yalnız dəniz fənərlərinin parlaqlığı ilə müqayisə oluna bilərdi. Əlbəttə bu anlarda müğənninin ona həyəcanlanmadığını, sakit dayandığını da demək yerinə düşər, hərçənd müğənninin belə söyləməyinə səbəb Dələduzun məmnunluqdan əlavə həddindən artıq laubali bir davranış gösətərək onun belinə sarılması olmuşdu. Bu qucaqlaşmanı bir görsəydiniz kaş. Necə də anidən olmuşdu, necə də səmimiliklə qaynayıb daşırdı bu qucaqlaşmşa. Və bu anda Dələduzun özünə daha yaxın, sanki bir vücud kimi hiss etdiyi müğənni, ilahələşmiş müğənni, saçlarındakı darağa belə müqəddəslik haləsi yapışdıran müğənni. Sonrasında isə vodevilin səhnəsində axıb gedən bərəkətli zaman, bu bərəkətdən doyunca dadan Dələduz, ətrafa yayılan şən qəhqəhələr, bu qəhqəhələrin həyəcanı içində qəfildən, mexaniki tanrı kimi sizə yaxınlaşan və ən ucuzu iki, ən bahası beş franklıq gülləri satmaq istəyən, bu təmənnasının utancaqlığı ilə hərəkətlərində incə bir uyum olan çicəkçi qız. Və siz, çiçəkçi qızı sevindirmək xəzinənizi, portmanatızı yükləməkdən daha ali bir işdir deyən bir dinləyici. Qadınların tələblərini yerinə yetirmək necə gözəl bir duyğudur. Xüsusən bu tələblərin yerinə yetirilməsi qadının gözəlliyi ilə əlaqəlidirsə. Qadınlar biz onlara gözəlsiniz deyəndə bizi necə sevirlər, bil bilsəniz. Qadınların gözəlliklərini sübut etmək üçün hər şey etmək mübahdır. Qoy, bu yolda sizin bu kiçik vodevildə sərvətiniz tükənərək portmanatız boş qalsın. Eybi yox, qızıl qol düymələriniz yoxdurmu, yaxud qızıl saatınız? Çəkinməyin, onları da bir günlük qurban verin bu vodevildəki şən qaıdnların gözəlliklərinə. Onsuz da sabah hava necə olursa-olsun buraya qayıdıb qoyduğunuz girovları geri götürəcəksiniz. Çəkinməyin, hər şeyinizi qurban verin şəhər teatrının işçilərinin paxıllıqla baxdığı bu vodevilin gözəl və şən qadınlarına. Qoyun bu zümrə digər bütün zümrələrdən daha ali dayanmaqda davam etsin, imkan yaradın bu zümrəyə hamı xanıməllilər olaraq baxsın. Qoyun başqa hami, bu vodevillərin qadınları qədər pul qazanmayan hamı həsədlərindən paramparça olsun. Ah, insanların həsədləri. Şillerin zamanından özünü göstərən bu həsəd, cəmiyyətin qrupları arasında qızğınlıqla davam edən bu həsəd müharibəsi həmişə davam etsin. Ah, insanların paxıllığı, icanəzilə məni nankor elan edən lovğa birisindən danışım. Eh, insanların eqolarının qurbanı olması necə də ağrılı haldır. Hamımız öz qüsurlarımızın cəzasını digərlərinin çəkməsini istəyirik, halbuki digərlərinin vəzifəsi bizim qüsurlarımızdan törəyən məmnuniyyətsizliklərlə boğuşmaq deyil. Biz digərləri ilə keçinə bilməyi öyrənməliyik. Bəzən insanlar məhəllədə yaxud bir yeməkxanada məni gördükləri halda mənimlə salamlaşmazlar, halbuki elə ilk baxışdan onların bütün bu laqeydliklərinin laqeydliyimə cavab reaksiyası olduğunu anlayıram ki, bu anlamada da dərin bir təəssüf yatır. Təəssüfmü? Bunu da düşünmək lazımdır. Bəzən insanı ən çox yoran şey heyranlarının hörmət bəyanlarıdır, bu bəyanlardan daha çox insan həyatını dözülməz edən nəsə varmı? Hə, bir də bəzi insanlar var ki, sənin daha canlı, daha həyat dolu, yaxud da daha sakit, daha üzüntülü, yaxud da daha uşaqcasına, daha yetişkin görsəndiyin bir anda qəfildən masanda peyda olarlar. Müəyyən mənada Dələduzun da bu tip insanlardan olduğunu söyləyə bilərəm. Bunu elə-belə demirəm. Əgər elə olmasaydı Dələduz dul qadının oturduğu masada qalan qırın-qırtıqları necə silib-süpürə bilərdi. Ah, necə də rüsvayçı bir etiraf oldu. Belə gözəl bir dəliqanlını insan neçə bu qədər təhrif edə bilər axı? Bəs bunlar həqiqətdisə necə? Bu etiraf elə Dələduzun təhrifidirmi? Əsla!

      Bildiyiniz kimi, Dələduz, öz doğma vətəninə, İsveçrə cəmiyyətinə, yaxud başqa növ bütün cəmiyyətlərin əlinə sənədli bir yaşam hekayəsi verməkdən daima qaçınmışdır. Bəli Dələduz çardaqda xarratlığı və sözlərlə işləyərək, sözlərdən, hərflərdən yeni anlamlar yaratmağı digər bütün sənədli işlərdən üstün tutur, taxtaları doğrayıb rəndələmək qarşılığında dul qadın tərəfindən qadının “Vous etes charmant” sözlərinin müşayiəti ilə itpayı qarşısına atılan ikindi vaxtının əvəzedilməz cütlüyü olan bir şüşə pivə və “leberwurst”a dərin bir ehtiram bəsləyirdi. Qadın gəncliyində çoxlarına əbləh kimi görsəndiyini danışmışdı Dələduza. Bununla belə aralarındakı söhbətlər zamanı əbləh gəncliyi olan bu qadın hansısa maviqanlı biri kimi əda ilə oturarkən, Dələduz bir qulluqçu nəzakəti ilə, iri bir taxta udmuş kimi dimdik dayanardı. Hərçənd bir dəfə Dələduz da qadının rokoko üslublu çöhrəsinə baxarkən oturmaq ağlına gəlmiş, lakin elə ilk cəhddə də ağzının payını almışdı. Qadın yaraşdırmamışdı ona bu nəzakətsizliyi və sonrasında Dələduz da haqq vermişdi həmin bu rokoko sifətliyə. Dələduzun duruş mədəniyyətindən yazı və oxu mədəniyyətinə atlasaq onu qeyd edə bilərik ki, Dələduz bir neçə dəfə üzərində səylə çalışdığı, nizama salınmış, üslub və ruh olaraq fikir nisbətinin incəliklə bölüşdürüldüyü yazılarından bir neçəsini dul qadına oxumuşdu. Dələduzun ən böyük zövqlərindən biri də elə anlatmaq, oxumaq idi. Bilmədiyiniz kimi dul qadın şapkaların satıldığı bir butik işlədirdi ki, elə hər gün bu bu-tikə baş çəkən Dələduz dulu görməkdən daha ziyadə amalı elə ona nəsə danışmaq idi. Bəzən bu söhbətlər dulun zərif, kiçicik, şirin, narın, sevimli, mehriban ayaqlarından düşərdi ki, Dələduz da bu ayaqlara şərqilər bəstələmişdi. Bu ayaqların qadının iyirmi yaşlarından daha möhtəşəm görsəndiyini də xatırlamamaq olmaz, bəli dulumuz elə bu ayaqlarla da evlilik adlı müqəddəs məbədə qədəmlərini basmışdı.

      Sonra. Sonra Dələduzun bir axşam, təxminən saat on bir radələrində Orlean Bakirəsi haqqında bir söhbətin sonunda dul qadının öncəki axşamdan qalan çirkli, eyni zamanda pak qaşığı ilə hər sabah etdiyi hərəkəti qadına etiraf edəndə, qadın bu etirafa cavab olaraq günahlandırıcı bir susqunluğa, belə bir susqunluq tövrü halı yalnız orta əsr kraliçaların ədabaz duruşlarında müşahidə olunurdu, qərq olaraq, Dələduzun inciklik olaraq anladığı bir ifadə ilə arxasını Dələduza tərəf çevirərək, Dələduzun şirin yuxular, sakit gecələr adlı xəfif sözlərini tamam etinasız buraxaraq öz hərəminin ən məhrəm, ən sakit, eyni zamanda ən iffətli guşəsinə çəkilmişdi. Bu iffətli duruş qəhrəmanımıza necə də gözəl görsənmişdi. Bu duruş rəsm əsərinə çevrilməli, rəssamlıq incisi olmalıydı. Ah, qadının o anlarda dəhliz boyu yerişi, xətrinə dəyilmiş, amma bir o qədər də məğrur, eyni zamanda xoşallanmış yerişi bir gravürü xatırladırdı. Ah, qadınlar, onları sevdiyimizi üzlərinə etiraf etdiyimiz qadınlar necə də gözəl olurlar. Əlbəttə, bu etirafın Dələduzun yaddaşında hər yönü ilə mükəmməl bir skandal olaraq qaldığını deməyə ehtiyac yoxdur. Biz də Dələduza canı-könüldən bu rüsvayçılıqdan həzz almasını arzu edir, növbəti dəfə bildiririk ki, bizim bu sərsəri belə şeylərin ölüsüdür. Yox, tamam ölü deyil, ölüvay bir ölü desək daha yaxşı olar. Ah, qaşıq etirafı zamanı cəsarəti qarşısında titrəyən Dələduz. Bununla belə necə cəsarət tablosu görüntüsü vardı. Və bu dul qadın. Dünyada minlərlə bənzəri olan bir kişiylə evlənmiş bu qadın. Elə bir kişiylə evlənmişdi ki, o adam hamını xoşbəxt edə bilərdi. Amma bu xoşbəxtlikdən dul qadın faydalana bilməmişdi. Bu xoşbəxtlik ona çox uzaq görsənmişdi. Əcaba nədən? Bəlkə

Скачать книгу