Radetski Marşı. Йозеф Рот

Чтение книги онлайн.

Читать онлайн книгу Radetski Marşı - Йозеф Рот страница 23

Автор:
Жанр:
Серия:
Издательство:
Radetski Marşı - Йозеф Рот

Скачать книгу

style="font-size:15px;">      – Heç bir şey, – deyə həkim cavab verdi. – Sadəcə babanızı düşünürdüm!

      – Mən onun nəvəsiyəm, – Karl Cozef dedi. – Mənim heyif ki, imperatoru qurtarmaq üçün fürsətim yoxdur!

      Masanın üstünə dörd gümüş pul qoyub frau Resi Horvatın evini tərk etdilər.

      VI

      Alay həkimi Maks Demant üç ildən bəri alayda idi. Şəhərdən kənarda, cənub ucunda, yolun "köhnə" və "yeni" qəbiristanlığa çıxdığı yerdə yaşayırdı. Hər iki qəbiristanlıq gözətçisi həkimi yaxşı tanıyırdı. Həkim həftədə bir neçə dəfə ölüləri ziyarətə gəlirdi, həm çoxdan unudulmuşları, həm də hələ də yadda qalanları. Bəzən məzarların arasında uzun-uzadı gəzər, gah o yandan, gah bu biri yandan qılıncını bir məzar daşına çırpınca çıxardığı səs eşidilərdi. Həkim heç şübhəsiz, qəribə bir adam idi; yaxşı bir həkim olduğu deyilərdi, hərbi həkimlər arasında az rast gəlinən bir insan idi. Hər cür əlaqədən uzaq durur, yalnız işinə görə bəzi yerlərdə (amma hər halda arzu etdiyindən çox) iş yoldaşlarının arasında görünürdü. Yaşı və vəzifə müddəti nəzərə alındıqda kapitan rütbəli həkim olmalıydı. Niyə olmadığını kimsə bilmirdi. Bəlkə özü belə. "Tərs qarmaqlı karyeralar vardır". Bu söz alayı məqsədəuyğun epiqramlarla da bəsləyən kapitan Taittingerə aid idi.

      "Tərs qarmaqlı karyera" – deyə həkim tez-tez düşünərdi.

      –Tərs qarmaqlı bir həyat, – leytenant Trottaya dedi. – Mənim tərs qarmaqlı bir həyatım var. Əgər taleyim mənimlə daha yaxşı davranmış olsaydı, vyanalı böyük cərrahın assistenti və ehtimalla professor ola bilərdim.

      Vyanalı cərrahın adı uşaqlığının qaramat məhkumluğuna hələ erkən illərdə bir parlaqlıq gətirmişdi. Maks Demant hələ kiçik bir oğlan ikən böyüyüncə həkim olmağa qərar vermişdi. Krallığın şərqdəki sərhəd kəndlərindən birində dünyaya gəlmişdi. Dindar bir yəhudi olan babası mehmanxana sahibi idi, atası isə on iki il ehtiyat birliyində vəzifədə olduqdan sonra ən yaxın sərhəd şəhərinin poçt idarəsinə keçən orta dərəcəli bir məmur idi. Babasını hələ də çox aydın bir şəkildə xatırlayırdı. Babası sərhəd mehmanxanasının böyük qapısının qarşısında bütün günü otururdu. Qıvrım gümüşü saqqalı sinəsini örtər, dizlərinə qədər uzanardı; qoca kişi ətrafına gübrə, süd, at, saman qoxusu yayardı. Beləcə babası mehmanxana qarşısında oturardı, mehmanxanaçılar arasında yaşlı bir kraldı. Kəndlilər həftəlik adi donuz bazarından evlərinə geri dönərkən memanxananın qarşısında dayandıqda yaşlı kişi insan qiyafəsində nəhəng bir dağ kimi dikələrdi. Qulağı eşitmədiyi üçün kiçik kəndlilər istəklərini bildirmək üçün əllərini ağızlarının qarşısında bir qıf halına gətirərək qışqırmağa məcbur olardılar. O isə eləcə başını tərpədərdi. Anlamışdı. Müştərilərinin istəklərini sanki bunların yerinə yetirilməsi qarşılığında nağd pul ödənmirmiş kimi, kəndlilərə lütf edirmiş kimi təsdiqləyərdi. Güclü əlləriylə atların qoşqusunu açıb onları şəxsən axura aparar; qızları müştərilərə geniş, alçaq tavanlı müştəri salonunda konyakla qurudulub duzlanılmış göy noxud verərkən, çöldə sakitləşdirici sözlərlə heyvanları bəsləyərdi. Şənbə günləri böyük, dini kitabları önünə qoyub onların üstünə əyilər, gümüşü saqqalı səhifələrin alt hissəsini örtərdi. Əgər nəvəsinin günlərin birində bir zabit forması geyinib, öldürücü silahlarla qurşanıb dünyadan keçəcəyini bilsəydi, yaşını və belindən gələnlərin meyvəsini lənətləyərdi. Orta dərəcəli bir poçt məmuru olan oğlu, yəni həkim Demantın atası belə yaşlı kişinin gözlərində sadəcə şəfqət səbəbiylə dözdüyü bir dəhşət idi. Kişi xələflər ən uzaq gələcəyədək məmur, oxumuş, axmaq kimi qalmağa məhkum ikən, yeddi nəsil əvvəlindən bu günlərə qədər gələn mehmanxana qız övladlara və kürəkənlərə verilmək məcburiyyətində qalmışdı. Ən uzaq gələcəyədəkmi? Bu, çox da uyğun gəlmirdi. Alay həkiminin uşağı yox idi, istəmirdi də… Çünki arvadı…

      Həkim Demant xatirələrinə həmişə düz burada ara verərdi. Anasını düşündü. Anası müntəzəm şəkildə böyük bir narahatlıqla əlavə gəlir axtarışında olurdu. Gözlərinin qarşısında şəkillər peyda oldu: Atası işdən sonra kiçik çayxanada oturur. Tarokko oynayır, məğlub olur, hesabı ödəyə bilmir. Oğlunun orta məktəbi bitirdikdən sonra məmur olmasını istəyir; əlbəttə, poçt məmuru. Anasına deyir:

      "Sənin gözün həmişə yuxarılardadı". Mülki həyatı nə qədər nizamsız olursa olsun, hərbçilik zamanından mülki həyata daşıdığı bütün aksesuarları gülünc bir səliqə-sahmanla qoruyur. Uzun müddət xidmət etmiş ehtiyatda olan zabitin qolları qızıl işləməli forması, qara şalvarı, piyada papağı üç parçaya bölünmüş və hələ də yaşayan bir adam kimi parlayan və hər həftə yenidən cilalanılan düymələriylə qarderobda asılıb. Qulpu da hər həftə təmizlənən qara, qıvrım qılınc isə heç istifadə edilməyən yazı masasının üstündə iki mismara söykənmiş vəziyyətdə divara yapışıq halda durur; qılıncın öz-özünə sallanan qızılı rəngli saçağı bir tumurcuq kimi qapalı, bir az tozlu bir günəbaxanı xatırladır. "Əgər sən gəlməsəydin imtahana girər, bu gün kapitan olardım" – atası anasına deyir. Poçt məmuru Demant imperatorun ad günündə məmur uniformasını geyinir, geniş kənarlı şlyapasını taxır, qılıncını qurşanır. O gün tarokko oynamır. İmperatorun hər ad günündə borcsuz yeni bir həyata başlamağa qərar verir. Sərxoş olana qədər içir. Gecənin bir aləmində evə gəlir, mətbəxdə qılıncını çəkir, bütöv bir alaya əmr edir. Qazanlar birlik, çay fincanları dəstə, qablar isə bölükdür. Simon Demant polkovnik, imperator Birinci Frans Cozefin əmrində olan polkovnikdir. Buruq gecəliyi, belinə dolanan jileti və gecə başlığıyla yataqdan atılan anası atasını sakitləşdirməyə çalışır.

      İmperatorun ad günlərindən birində atası yatağındaca iflic olur. Gözəl bir ölümü, qeyri-adi bir dəfn mərasimi oldu. Bütün poçtalyonlar tabutun arxasınca getdi. Mərhum yaxşı bir ər, imperator və İmperiya Poçt İdarəsinin xidmətində ölən bir adam olaraq dul arvadının xatirələrində yaşamağa davam etdi. Poçt məmuru Demantın forması dul arvadı tərəfindən fırça və təmizlik vasitələriylə təmizlənərək qarderobda davamlı olaraq hazır saxlanıldı. Forma bir mumiya kimi görünür, qarderob hər dəfə açıldıqda oğlu mərhum atasının yan-yana uzanan iki cəsədini görürmüş kimi bir hissə qapılırdı.

      Oğul hər nə bahasına olursa olsun həkim olmaq istəyirdi. Ayda cəmi-cümlətanı altı kron qarşılığında dərs verirdi. Cırıq-sökük çəkmələri vardı. Yağış yağdıqda çəkmələr varlıların evlərinin gözəl, cilalı döşəmələrində böyük ayaq izləri qoyurdu. Çəkmələrin dabanı yırtıq-sökük olanda insanın ayaqları daha böyük izlər qoyur. Nəhayət, liseyi bitirib həkim oldu. Gələcəyinin qarşısında hələ də yoxsulluq dayanırdı, bu dəyincə insanın parçalandığı qara bir divardı. Özünü ordunun qollarına buraxdı. Yeddi il yeyəcək, yeddi il içəcək, yeddi il geyinəcək, yeddi il sığınacaq, yeddi uzun il. Hərbi həkim

Скачать книгу