Doktor Baqqenin əhvalatı. Ида Йессен
Чтение книги онлайн.
Читать онлайн книгу Doktor Baqqenin əhvalatı - Ида Йессен страница 7
Hətta bəzən elə olurdu ki, əməliyyat zamanı, həkim əməliyyatı saxlayıb əməliyyat alətlərinin itilənməsini istəyirdi. Bu anda alət düzəldən cibindən bülöv daşını çıxarar, həkimin skarpelini elə əməliyyat otağındaca itiləyib həkimə qaytarardı. Döşəmə qan, çirk, daş və dəmir qırıntıları ilə örtülərdi, elə əməliyyatın gedişindəcə xadimə oranı əvvəl silər sonra isə qurulayardı. Əməliyyat sonra çatanda döşəmə şüşə kimi parıldayardı. Amma döşəmədəki çatlar görəsən nələr-nələr bilirdi? Hələ həkim xalatları nələrə-nələrə şahidlik etmişdilər.
Öz düşüncələrimdə həmin natəmizliyi atama göstərirdim. Atama deyirdim: “ata, sən mənə belə işləri necə görmək lazım olduğunu öyrətmişdin. Öz təmizliyinlə, səliqə səhmanınla belə işlərin necə görülməli olduğunu mənə zamanında öyrətmişdin.
Ondan cavab gəlir “ Hə, bala elədir””
Hətta uzun-uzadı söhbətlər edə biləcəyim fantaziyalarımda belə atam azsözlü və konkret olardı. İmkan vermirdi onunla istədiyim qədər söhbətləşim. Bu mənə xoş gəlirdi. Hər zaman azsözlüyü əhvalqaldırıcı və münasibətləri möhkəmləndirən kimi görmüşəm. Onsuz, bu keyfiyyətləri o mənə sağlığında, gerçəkdə də aşılamışdı. Bu inam, etibar rəmzidir. Bunun mənası belədir: “burada üzmə”! Mən sənə inanıram. Bu insanın öz qapılarını bağlayıb hər kəsi iç dünyasına buraxmaması ilə bağlı olan bir məsələ idi. Nə kimsə girir ora nə də hansısa sirr, məlumat çölə çıxır.
– O nə deməkdir ki?
Bax bu barədə mənim heç məlumatım yox idi.
Aradabir, bəzən orda-burda mühaziələr də oxuyurdum. Bunu işimin bir hissəsi sayırdım. Mühazirələrim faydalı və məhşur idi, insanlar gəlib iştirak etməyə can atırdılar. Amma bu dövrlər çox nadir hallarda baş tuturdu. Birincisi, ona görə ki, heç məndən mühazirə istəyən yoxdur. İkincisi, heç özümün də vaxtım yoxdur. Özü də, baxmayaraq ki, indi mənim nəzarətimdə olan ərazi elə də böyük deyil və mən artıq tək deyiləm. Ola bilsin, camaat həkimə daha çox getməyə başlayıb, yaxud da o qədər sağlamdırlar ki həkimə ehtiyacları yoxdur.
Yaxud da ola bilsin onlar ən pis vəziyyətlərə belə özlərində alışqanlıq duyurlar.
Tez–tez evdən çıxanda bu səhnə ilə qarşılaşıram, adamlar gecədən qalan qabları, hansına ki, təbii ehtiyaclarını ödəyiblər, onu elə qapılarnın ağzınaca atırlar. O yerlərdən keçəndə isə adam məcbur olur zir-zibil içində brek-dans rəqs edərək yoluna davam etsin. Bir başqa problem də camaata hər yerə yox ancaq xüsusi yerlərə tüpürməyi öyrətməkdədir. Camaat, görürsən, məişət tullantılarını da zibilxanaya atmaq istəmir tollazlayır elə qapısının ağzına. Toyuqlar buz bağlamış hinin deşiklərindən çıxır, mətbəxin şimal tərəfində əyilmiş bacadan istədiyi vaxt içəri keçib, çölə çıxırlar. Yatdığın çarpayının üstündə belə toyuq zığına rast gəlmək mümkündür. Hələ yorğanı qaldıranda ətrafa yayılan qalın toz dumanından danışmıram. Su təchizatı: su qazılmış su quyusundan birbaşa çıxarılıb istifadə edilir, nə təmizlənir, nə bir şey. Su qatı qəhvəyə bənzəyir. Sudan qurğuşun dadı gəlirdi, çünki tərkibi Allah bilir nə idi.
Siçan-siçovullar. Ən pis halda onlar insanlar artıq axşam yeməyinə oturanda düz stolun üzərinə dırmaşırdılar. Yuxarıda, çardaqda isə özlərinə əməlli başlı kef məclisi qururdular, elə səslər gəlirdi ki… Ciyilti, xırıltı, döşəmənin altından gələn gəmirmə səsləri. Nə qədər istəyirsən döşəməni təpiklə ya çardağı çırp, heç bir xeyri yox idi. Bu bədbəxt insanların yaşayış tərzi belə idi. Məcbur olub evdə siçanyeyən it saxlayırdılar ya da tələlər qururdular. Daha naəlac qalanda isə suya siçovul dərmanı qatırdılar, susuzluğunu yatırmaq üçün həmin sudan içən siçovul isə çox keçmədən elə evin döşəməsindəcə gəbərirdi. Özü də hansı ölçülərdə! Öz normal ölçüsündən 3 dəfə böyük halda.
Bütün bunlar indi keçmiş idi. Belə şeylərə indi rast gəlinmir. Cəmi otuz il bundan qabaq vəziyyət məhz belə idi. Indi isə daha az, daha seyrək rast gəlinir. Tezliklə isə tamamilə aradan çıxacaq.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.