İfşa edilmiş fırıldaqçı. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу İfşa edilmiş fırıldaqçı - Франц Кафка страница 21
Amma hələlik məktubun üstünü əllərimlə örtüb gizlətmişdim; ona görə də dedim:
– Demək, iş istədiyiniz kimi alınmadığı üçün mənə tənə vurmaq niyyətindəsiniz? Axı, bu tənələr nəyə lazımdır? Gəlin, vidalaşarkən bir-birimizin qəlbini qırmayaq. Doğrudur, siz bir kəşf etmisiniz, amma əzizim, heç olmasa bunu anlamağa çalışın ki, sizin kəşfiniz başqa kəşflərdən üstün deyil; yəni, sizə edilən haqsızlıq da başqa haqsızlıqlardan daha böyük deyil. Mən elmi dairələrin adətlərini bilmirəm, amma hətta ən yaxşı halda belə, zavallı arvadınıza da bəlkə təsvir etdiyiniz qəbul mərasiminə heç olmasa uzaqdan bənzəyən bir mərasimi düşünmürəm ki, sizin üçün təşkil etsinlər. Mən özüm də yazımın müəyyən təsiri olacağını gözləyirdim və ümid edirdim ki, məqaləm bəlkə bir professorun diqqətini bizim məsələnin üzərinə çəkə bilər, professor da öz tələbəsinə bu məsələ ilə məşğul olmağı tapşırar, tələbə durub yanınıza gələr, sizin və mənim araşdırmalarımı yenidən gözdən keçirər və nəhayət, çıxardığı nəticələri diqqətəlayiq hesab edərsə, – yeri gəlmişkən, tələbələrin hər şeyə şübhə ilə baxdığını unutmamaq lazımdır, – bir məqalə yazar, sizin yazdıqlarınızı bu məqalədə elmi şəkildə əsaslandırar. Amma bu ümid həyata keçsəydi belə, yenə çox şey əldə edilmiş sayılmazdı. Belə qəribə hadisənin müdafiəsinə qalxan gənc tələbənin məqaləsini lağa qoyub gülərdilər. Bunun necə asanlıqla baş verə biləcəyini aqrar məsələlələrə dair adi bir jurnalın nümunəsində görürsünüz, elmi jurnallar isə bu mənada daha amansızdır; bunu isə başa düşmək çətin deyil: professorlar elm qarşısında, gələcək nəsillər qarşısında böyük məsuliyyət daşıyırlar, hər yeni kəşfi tərifləyib göylərə qaldıra bilməzlər. Bu baxımdan bizim vəziyyətimiz daha əlverişlidir. Amma bunu bir kənara qoyub, fərz edək ki, tələbənin məqaləsi maraqla qarşılandı. Bunun nəticəsi nə olardı? Adınız bir neçə dəfə hörmətlə çəkilər, hətta sosial vəziyyətinizə də faydası dəyərdi bunun; “sən demə, bizim kənd müəllimi də gözüaçıq imiş” – deyərdilər və bu jurnal da, – əgər jurnalların yaddaşı və vicdanı varsa, – açıqca sizdən üzr istəyər, bəlkə xeyirxah bir professor da ortaya çıxıb sizə təqaüd verilməsinə nail olardı. Güman ki, sizi şəhərə köçürməyə çalışar, ibtidai məktəbdə sizə iş tapıb, öz biliyinizi artırmaq üçün yalnız şəhərdə olan elmi vasitələrdən istifadə etməyinizə imkan yaradardılar. Amma açıq demək lazımdırsa, mənə elə gəlir ki, bütün bunlar təşəbbüsdən o yana keçməz. Sizi doğrudan da şəhərə çağırardılar, siz də durub gedərdiniz, amma adi bir təmənnaçı kimi; xahiş etmək üçün şəhərə gələn yüzlərlə adam var, siz də onlardan biri olardınız; qarşılama mərasimi, təntənəli qəbul-filan, əlbəttə, təşkil olunmazdı; sizinlə söhbət edib, araşdırmalarınızı, səmimi cəhdlərinizi təqdir edəcəklər, amma eyni zamanda görəcəklər ki, yaşlı adamsınız, bu yaşda elmi fəaliyyətlə məşğul olmaq mənasızdır; siz də planlı araşdırmalar nəticəsində deyil, təsadüfən bu kəşfi etmisiniz, və bu yeganə hal istisna olmaqla, gələcəkdə bu istiqamətdə işləməyi düşünmürsünüz. Bütün bu səbəblərə görə, yəqin ki, sizi kəndə qaytarardılar. Amma kəşfiniz üzərində başqaları işləyəcək; çünki bu, bir dəfə təqdir qazandıqdan sonra unudulacaq bir mövzu deyil. Sizinsə bundan xəbəriniz olmayacaq, olsa belə, heç bir şey anlamayacaqsınız. İstənilən kəşf dərhal elmlər məcmusuna daxil edilərək müəyyən mənada kəşf olmaqdan çıxır, onun içində əriyərək yox olur; bundan sonra həmin kəşfi ayırd etmək üçün elmi təcrübəyə sahib olmaq lazımdır. Onu ağlımıza gəlməyən elmi müddəalarla əlaqələndirir və elmi müzakirələrdə bu müddəaların köməyi ilə göylərə qaldırırlar. Bunları biz hardan anlayaq?! Elmi diskussiyalara qulaq asdıqda, bizə elə gəlir ki, kəşfin özündən söhbət gedir, amma əslində tamamilə başqa mövzulardan bəhs edilir; növbəti dəfə elə olur ki, kəşfdən deyil, başqa bir şeydən danışıldığını zənn edirik, amma əslində bu dəfə kəşfin özündən söhbət açılmaq-dadır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.