Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно

Чтение книги онлайн.

Читать онлайн книгу Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно страница 2

Жанр:
Серия:
Издательство:
Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно

Скачать книгу

öz reallığı tərəfindən məhv oluna biləcək qədər konkret olmalı deyil. O, tarixi cəhətdən möhkəmlənmiş olmalı və ənənənin danılmaz elementi kimi çıxış etməlidir.

      Xurafat donmuş və yaxşı tanınan stereotiplərdə4 müəyyənləşdirilmiş olmalıdır, və nəhayət, əvvəlcədən yaranmış mənfi rəylərin pozucu tendensiyalarına mane olan əlamətlərə malik olmalıdır, yaxud ən azı əlamət kimi qəbul olunan və aydın olmalıdır.

      Danılmaz olan budur ki, bütün bu şərtlər həddindən artıq “yəhudi” fenomeni ilə doludur. Bu o demək deyildir ki, yəhudilər yalnız nifrət qazanmalıdırlar, yaxud qarşısıalınmaz tarixi zərurət onları digərlərindən daha çox sosial aqressiyaya ideal hədəf edir. Elə onların bu funksiyanı bir çox fərdlərin ruhi aləmində yerinə yetirə bilmələri kifayətdir.

      “Yəhudi fenomeninin” bənzərsiz olmağını yalnız verilmiş tədqiqatın çərçivələrindən kənara çıxan nəzəriyyə daxilində ekskursun köməyi ilə izah etmək olar. Belə bir nəzəriyyə “faktorların” müxtəlifliyini saymazdı, yaxud səbəb kimi spesifik fiqur seçməzdi, böyük ehtimalla, bütün elementlərin öz aralarında möhkəm əlaqəli olduqları qapalı çərçivələr hazırlayaraq, müasir cəmiyyətin tam olmağı nəzəriyyəsinə gətirib çıxarardı.

      Əvvəlcə biz antisemitizmin “funksional” xüsusiyyətini, yəni obyektin nisbi müstəqilliyini müəyyənləşdirməyə çalışaq. Sonra kimə lazımdır sualını aydınlaşdıraq: antisemitizm soyuq, yad və çox şeydə anlaşılmaz dünyada oriyentasiya üçün güc sərfi tələb etməyən bir vasitə kimi. Siyasi və iqtisadi ideologiyanın analizində olduğu kimi, burada da stereotiplərin köməyi ilə bu oriyentasiya əldə edilir. Belə stereotiplik arasında mövcud uçurum bir tərəfdən faktiki təcrübə və hələ də qəbul olunan demokratik dəyərlər, digər tərəfdən müsahibələrdə üzə çıxan konfliktli vəziyyətlərə gətirib çıxarır. Sonra biz bu konfliktin həlli sayılan məsələni tədqiq edəcəyik: dərk edilməyən yaxud anlaşılmaz mövhumata malik fərdlə əlaqəli olan amerikan sivilizasiyası mühitində böyümüş antisemitizm fövqəladə vəziyyətlərdə özünü vicdan və rəsmi demokratik dəyərlərdən artıq büruzə verir. Bu antisemit reaksiyaların dağıdıcı xüsusiyyətlərini sübut edir. Bu konfliktin qalıqları kimi müəyyən yəhudi xüsusiyyətlərinə qarşı simpatiya və ya daha doğrusu "bəyənmə" izləri görülür hansı ki, bunlar daha diqqətli müşahidə vaxtı eyhamlar ehtiva edir.

      Sonra antiyəhudi fikirlərinin strukturu haqda bəzi spesifik müşahidələrə baxacağıq. Bununla belə, diqqət mərkəzində antisemitizmlə antisemit sosial identifikasiyasının köməyi ilə tanınan müxtəlifliklər var. Antisemit dinamikanın şərhini biz mövhumatla əlaqəsi olmayan fərdin davranışı haqda bəzi qeydlərlə yekunlaşdıracağıq.

      Ən axırda söhbət antisemitizmin daha ümumi sosial mahiyyəti barədə olacaq, yəni amerikan demokratiyasının prinsiplərinin inkar edilməsi barədə.

      B.

      ANTİSEMİTİZMİN “FUNKSİONAL” XÜSUSİYYƏTİ

      Bizim güman etdiyimiz kimi “antisemit çıxış nöqtəsini” tələb edən psixi proseslərin dinamikası əslində bu kitabın digər fəsillərində qismən təsvir olunan avtoritar və qiyamçı həvəslərin ambivalentliyidir5.

      Burada biz ayrı-ayrı qeyri-tipik, buna baxmayaraq antisemitizmin subyektin psixoloji ehtiyac və meylləri kimi obyektin təbiətindən asılı olmamasını göstərən konkret nümunələri araşdırmaqla kifayətlənəcəyik.

      Bəzi hallarda yanlış fikirlərin “funksional” xüsusiyyəti lap aydın görünür. Burada söhbət öz təbiətinə əvvəlcədən yaranan yanlış fikirlə yanaşan, fikirlərinin hansı istiqamətə yönəldilməsi əhəmiyyət kəsb etməyən fərdlərdən gedir. İki nümunə ilə kifayətlənək. 5051 nömrəsini verdiyimiz fərd bütün cədvəllərdə çoxlu sayda bəndlərlə ən yuxarı bal yığan adam kimi lider hesab olunur. O, instinktiv olaraq baş versə də, güclü nəzərə çarpan faşizmə meylliliyi üzə çıxarır. Antisemit kimi yanaşa raq, o, öz fikirlərini müəyyən yarımrasional qeydlərin köməyi ilə yumşaltmağa çalışır.

      Bizim 5051 nömrəli subyektə özünün anladığı kimi, nəzərəçarpacaq dərəcədə saxta demokratik ideologiyası və amerikan ideallarının həyata keçirilməsinə saxta cəhdlə aktiv kömək etmək kimi cəhətlər xasdır. O, özünü konservativ fikirləşən fərd kimi deyil, “başlıca liberal” kimi görür: öz müzakirələrində başqa qrupu cəlb edərək, bununla qaradərililərə qarşı öz antisemitizmini və düşmənçiliyini yumşaldır. Öz obyektivliyinin sübutu üçün o ermənilərin adını çəkir, bununla belə sadə antisemit stereotiplərindən asanlıqla istifadə etməyə imkan verən ifadələrdən istifadə edir. Hətta yəhudilərin üzərindən “hiyləgərlik” qınağını götürəndə belə, bu həqiqətdə öz şəxsi qrupunun şöhrətləndirilməsi üçün vasitədir: “onlar bizdən zirəkdirlər” fikri onda nifrət doğurur.

      Ön mühakiməlilərin qatı nümunəsi, əgər belə demək olarsa, dənizçilik məktəbi tələbəsi M1225a-nı göstərmək olar. Onun sorğu vərəqində yalnız orta bəndlərin göstərilməsinə baxmayaraq, onunla aparılan müsahibədə “manipulyasiya olunan” antisemitin aydın ifadə olunan xüsusiyyətlərini üzə çıxarır. O, azlıqlar barədə aşağıdakıları deyir:

      –İrqi azlıqlar probleminə olan münasibətiniz?

      –Mən tamamilə əminəm ki, belə problem var. Güman ki, burada mən qərəzsiz olacam. Qaradərili problemində olduğu kimi. Onlar daha mərhəmətli ola bilərdilər. Onda bu belə bir problem yaranmazdı.

      Onun qaradərililərə qarşı aqressivliyi bütün aqressivliklərinin yalnız yəhudilərə qarşı yönəldiyi ekstremist əhval-ruhiyyəli antisemitlərdə müşahidə olunan qəribə üsulla hopdurulmuşdur:

      “Bəzən hesab edirlər ki, yəhudilər kütlə cəhətdən ağlara nisbətən daha zirək iş adamıdırlar. Ancaq mən buna inanmıram, bu fikir məndə nifrət yaradır. Yəhudilər yaxşı olardı ki, yaxşı adaptasiya üçün millətlərinin ən pis nümayəndələrini müştərək əmək fəaliyyətində tərbiyə etməyi öyrənərdilər. Həqiqətdə ermənilər yəhudilərə nisbətən qaranlıq bizneslə daha çox məşğul olurlar. Lakin ermənilər o qədər də tanınmış və şöhrətli deyillər. Qeyd edirəm ki, mən bəzi yəhudilərlə tanıyırdım ki, onları hər münasibətdə özümə bərabər sayıram və çox yüksək qiymətləndirirəm”.

      Bu E. Ponun yoldan keçənlərin oranqutanın qışqırıqlarını onlara tamamilə tanış olmayan müxtəlif dillərin sözləri kimi səhv başa düşdükləri məşhur “Ryu Morqda ikili qətl” hekayəsini xatırladır. Hamı özünün bilmədiyi başqa bir dildə nə isə eşitdiyini hesab edir. İlkin düşmənçilik reaksiyası öz-özünə nə-isə “murdar” kimi qəbul olunan özgələrə yönəlib. Yalnız sonra qeyri-müəyyənliyin uşaqlıq qorxusundan qalan bu məqsəd üçün stereotip və uyğun olan müəyyən qrup barədə təsəvvürlərlə

Скачать книгу


<p>4</p>

Stereotype. Stereotip bir qrup insanın (məsələn bir millət, bir etnik qrup, sosial qrup, dinin davamçıları və s.) hamısının eyni olduğu inancıdır. (tərc.)

<p>5</p>

Ambivalentlik hər hansı bir insan, hadisə, əşya haqqında eyni vaxtda bir-birinə zidd fikirlər və münasibət bəsləməkdir. (tərc.)