Colan Türkmanları. Əli Şamil

Чтение книги онлайн.

Читать онлайн книгу Colan Türkmanları - Əli Şamil страница 1

Автор:
Жанр:
Серия:
Издательство:
Colan Türkmanları - Əli Şamil

Скачать книгу

təpəlik bölgəsi qaynaqlarda Colan, Golan, Kolan adlandırılır. Ərəblərin Hadbetül-Cülan, İbranilərin Ramat Ha Golan adlandırdıqları təpəliklərin sahəsi 2 min kvadrat kilometrə yaxındır. Suriyanın Güney-Batısında, İsrailin Quzey-Doğusunda yerləşmiş Colan təpələrinin bir ucu da Livan (Lübnan) və İordaniyaya (Ürdünə) çatır. Buradan həm Dəməşq (Şam) şəhəri, həm də Ağ dəniz (Aralıq dənizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu üzərindəki Kuneytra keçidi Colan bölgəsindədir. İsraili içməli su ilə təmin edən bulaqların yüzdə otuzu məhz bu bölgədə yerləşir (Bax: http://www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441.html). Burada içməli suyun qiyməti neftdən baha olduğu üçün su qaynaqları olan yerlər mühüm strateji əhəmiyyət daşıyır.

      1967-ci ildə İsrail Colan təpələrini işğal edənədək buradakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdılar. İsraillə Suriya arasındakı “Altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub Suriyanın içərilərinə doğru qaçdılar. Beləcə, Colan təpələrinin 1158 kvadrat kilometr sahəsi İsrailin işğal dairəsində qaldı.

      Colan təpələrində gedən qısa savaşdan Sovet mətbuatında illərlə məqalələr verildi, radio-televiziya verilişləri hazırlandı, İsrailin işğalçı siyasəti kəskin tənqid edildi. Sovet diplomatları beynəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qorumaq adı altında hərbi sursat satdığı və iqtisadi əməkdaşlıq etdiyi Suriyanı dəstəklədi. Azərbaycan Respublikası da SSRİ-nin bir parçası olduğundan Colan mövzusu bizim mətbuatın, radio və televiziyanın gündəmindən uzun müddət düşmədi. Çox təəssüflər ki, həmin dövrün Colan təpələri ilə bağlı yazılarında, verilişlərində bizim bu soydaş və dindaşlarımızın varlığı dilə gətirilmədi, İsrail hökumətinin onları necə cətin duruma salmasından söz açılmadı.

      İsrail höküməti Colan təpələrini 1981-ci ildə öz ərazisi elan edərək, burada 33 yaşayış məskəni saldı. Xarici ölkələrdən gətirilmiş 15 min nəfər Colanda yerləşdirildi, onlara İbrani dili öyrədildi. Dünyanın müxtəlif guşələrində yaşamış, maddi və mənəvi sıxıntıdan bezmiş, necə deyərlər, irqindən, dilindən asılı olmayaq, firavan yaşayış arzulayanlar çox keçmədən burada yəhudiləşdirildi (Bax: http://www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441.html). Onların arasında sənədlərini saxtalaşdıraraq nənəsinin, babasının Yəhudi olduğunu göstərən Azərbaycandan getmiş Türk, Talış, Tat, Ləzgi, Avar, Kürd və b. xalqların nümayəndələri də vardı.

      Birləşmiş Millətlər Təşkilatı qətnamələr qəbul etdi ki, İsrail hökumətinin işğal etdiyi bölgələrdə Yəhudi yaşayış məskənləri yaratması yolverilməzdir. Lakin bu qətnamələr, qınaqlar İsrail hökumətinin fəaliyyətini durdura bilmədi.

      Colandakı İsrail zülmündən qaçan soydaşlarımızın bir qismi Dəməşq şəhərinin ucqar məhəllələrində özlərinə sığınacaq quraraq yerləşdi, bir qismi isə Türkiyə Cümhuriyyətinə köçmək məcburiyyətində qaldı. Bol sulu, məhsuldar torpaqlı, sərin və sağlam havalı kəndlərdə yaşamağa, əkin-biçinlə, heyvandarlıqla məşğul olmağa alışmış insanların bir çoxu Dəməşq kimi izdihamlı şəhərdə qalmağa alışa bilmədi. Stresdən və mühiti dəyişməkdən ölənlərin sayı artdı. Buna görə də, sülh bağlanacağına, İsrail əsgərlərinin işğal etdikləri əraziləri boşaldacaqlarına, ata-baba yurdlarına dönəcəklərinə inananlar Colanın Suriyada qalmış hissəsinə qayıdaraq orada özlərinə ev tikməyə, güzaran qurmağa, əkin-biçinlə məşğul olmağa başladılar.

      Azərbaycan müstəqillik əldə etdikdən sonra da colanlı soydaşlarımızın taleyi mətbuatımızın, radio-televiziyamızın, ictimai-siyasi xadimlərimizin diqqətini çəkmədi. Ayrı-ayrı vətənsevərlərin məqalələri, radio və televiziyada hazırladıq-ları verilişlər də ictimaiyyətə elə bir təsir göstərmədi. Türk-manların folkor materiallarını toplamaq, dialekt və şivələrini, adət-ənənələrini öyrənmək üçün elmi ekspedisiyalar təşkil edilmədi. Halbuki buna imkan və şərait var idi…

      Təkcə Colanda yaşamış soydaşlarımızdan yox, Suriyada, İraqda, hətta Türkiyədə yaşayan, Türkcə danışan, İslam dininə inanan insanlarımızdan söz açanlar gah Türk, gah Türkmən, gah da Türkman deyir və yazırlar. Bu termin fərqlilikləri oxucuda çaşqınlıq yaratmasın deyə araşdırıcı Əfzələddin Əsgərovun “Ümumtürk folkloru tarixində Oğuznamə yaradıcılğı” kitabının “Oğuznamənin etnik auditoriyasi” fəslindəki “Türkmanlar” yarımbaşlığından bəzi parçaları aşağıda veririk.

      Türk, Türkmən, Türkman, Oğuz terminlərinin yaranmasına və tarixi inkişaf yoluna aydınlıq gətirən Əfzələddin Əsgərov yazır ki, Türkman etnonimi tarix səhnəsinə ilk dəfə 8-ci yüzildə çıxmışdır. Həmin yüzildə birdən-birə Çin qaynaqları “Türkman (Te-kü-monq) ölkəsi”ndən bəhs etmişdir. Türkmanlar Oğuzların İslamı qəbul etməsindən ən azı 200 il öncə bir etnos olaraq mövcud idi və bu etnos türksoylu etnik qruplardan olan bir sıra oba və oymaqları öz içərisinə almışdı. Ancaq 10-cu yüzildən başlayaraq Oğuzların İslamı qəbul edib Türkmanlara qatılması bu etnosun taleyində mühüm rol oynadı.

      Etnosdan, etnosun və etnik sistemin varlığından söz açan araşdırıcı yazır: “Etnosun varlığı etnik sistemin varlığından, ömrü isə etnik sistemin yaşamasından asılıdır. Etnik şüurun ifadəsi kimi etnik adın yaşaması etnik sistemin qorunması hesabına etnosun öz varlığını davam etdirməsindən qaynaqlanırdı. Buradan aydın olur ki, Oğuzların (ümumiyyətlə, Türklərin) İslam dinini qəbul etmələri hələ onların etnik mənada “Türkman olmaları” demək deyildi. Oğuz etnik sisteminin içərisində İslamı qəbul edən Oğuz, sadəcə olaraq, “Müsəlman Oğuz” idi və “Müsəlman Oğuz” ifadəsini “Türkman” etnoniminin anlamı kimi yox, yalnız bu mənada işlətmək olar. Oğuzların İslam dinini qəbul etmələri “Türkman olmaları” ilə nəticələnmədi. Onlar öz etnik sistemlərini qorumaqla Türkman dünyasının içərisində etnoloji baxımdan subetnos olaraq varlıqlarını davam etdirirdilər” (Əsgərov Əfzələddin, 2014:24-42).

      Oturaq həyata keçən türksoylular özlərinin etnik adlarını itirdikləri üçün ümummilli adla, yəni Türk adı ilə tanınırdılar. Bununla bərabər, haqqında danışdığımız oturaq və ya yarımköçəri əhali bu adla tanınmadı. İş burasındadır ki, onlar oturaq və ya yarımköçəri olmaqla yanaşı, İslamı qəbul etmiş ilk Türklər idi və onların götürdükləri Türkman adı bu sonuncu hadisəni ifadə edirdi. Elə ona görə də, bu ad ilk vaxtlar etnik anlamla yanaşı, rəmzi olaraq «Müsəlman Türk» anlamında da işlənirdi. İslam dinini qəbul edən Oğuzun «Türkman olma» şəklində ifadəsi etnonimin sonuncu anlamı ilə bağlıdır və şübhəsiz ki, VIII-XII əsrlərdə Qarluqların, Qıpçaqların, Uyğurların vb. İslam dinini qəbul etməsi də məhz deyilən şəkildə ifadə olunmuşdur. Türkman etnoniminin «Müsəlman Türk» anlamı onun o dövrdə Tanrıçı Türk dünyasını İslama çağırış rəmzi kimi istifadə olunduğunu göstərir. Belə məlum olur ki, «Müsəlman Türklər» Tanrıçı Türk dünyasını İslamın qəbulu yolu ilə birləşdirmək iddiasında olmuşdur. Bu mənada Türkman etnonimi bir müddət ümummilli Türk etnoniminin yerini tutmaq sevdasına düşmüşdür.

      Tarixi qaynaqlarda Türkmanların içərisində Xələc, Kanqlı və başqa türksoylu etnik qruplardan qopmuş oba və oymaqların olması haqqında məlumatlar da az deyil.

      Türkmanlar yayıldıqları böyük coğrafiyada onlarla xalqı öz içərisinə alıb superetnosa çevrildilər. Bu ərazilərdə qurulan onlarla dövlət, o cümlədən Böyük Səlcuqlu imperiyası, Xarəzmşahlar imperiyası, Osmanlı imperiyası, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri böyük Türkman xalqının siyasi zəkasının məhsuludur (Əsgərov Əfzələddin, 2014:24-42).

      Suriyada, İraqda yaşayan, bizim dildaşımız, dindaşımız və soydaşımız olan bu toplumdan söz açanda Əfzələddin Əsgərovun araşdırmalarına dayanaraq onların adını

Скачать книгу