Çippolinonun macəraları. Джанни Родари
Чтение книги онлайн.
Читать онлайн книгу Çippolinonun macəraları - Джанни Родари страница 4
– Bu bığlar başıma çox dərd açıb, – Kəvər bığlarının ucunu buraraq Çipollinoya şikayətlənirdi. – Arvadım paltar qurutmaq istəyəndə məni balkonda oturdub bığlarımın ucunu divardakı mıxa bağlayır. Sonra da mələfələri, köynəkləri, corabları bığlarımın üstünə sərir ki, qurusun. Mən də onlar quruyana kimi balkonda, Günəşin altında oturmalı oluram.
Bir dəfə pinəçi dükanına Qırxayaq ailəsi təşrif buyurdu: ata və iki oğlu. Qırxayağın oğlanları bir dəqiqə də yerlərində dinc durmur, ora-bura vurnuxurdular.
– Onlar həmişə belədirlər? – Çipollino soruşdu.
– Nə danışırsınız! – ata Qırxayaq ah çəkdi. – Əslində, burada özlərini çox sakit aparırlar. Siz onları evdə görəsiniz! Onları çimizdirdiyimiz vaxt arvadım qabaq ayaqlarını yuyana kimi arxa ayaqlarını çirkləndirirlər. Hər dəfə onları yuyunduranda bir qutu sabun işlətməli oluruq.
Pinəçi Üzüm boynunun ardını qaşıyıb dedi:
– Hə, nə deyirsiniz, ayaqlarının ölçüsünü götürüm?
– Yox, yox! Mənim o qədər çəkmə sifariş eləməyə pulum çatar?!
– Düzdür, – Üzüm razılaşdı. – Heç məndə də o qədər çəkməni tikmək üçün dəri yoxdur.
– Yaxşısı budur, siz oğlanların hansı ayağındakı çəkmələr daha çox yırtılıbsa, onların ölçüsünü götürün, – ata Qırxayaq dedi. – Heç olmasa, bir neçə cütünü dəyişək.
Nəhayət, pinəçi oğlanların ayaq ölçülərini götürəndən sonra Qırxayaq ailəsi dükandan çıxıb getdi. Bala qırxayaqlar qabaqda qaçışırdılar, ataları isə onların dalınca axsaya-axsaya ayaqlarını sürüyürdü.
Çipollino susuzluqdan yanan itə necə kələk gəldi
Yaxşı, bəs Kudu lələnin evi necə oldu?
Günlərin bir günü kavaler Pomidor yenə dörd xiyar qoşulmuş kareti ilə ətrafda toz qopararaq gəlib çıxdı. Bu dəfə onu bir xeyli sayda lumucuq da müşayiət eləyirdi. Əsgərlər zavallı Kudu lələni zorla öz evindən çıxarıb onun yerinə Mastino adlı iti daxmaya bağladılar.
– Sizə hələ bu da azdır! – Pomidor qəzəblə bağırdı. – Əgər bu səfeh Kudu başının üstündə damının olmasını istəyirsə, ona geniş, rahat həbsxanamızda həmişə yer tapılar!
Pinəçi Üzümlə şagirdi Çipollino baş verənləri uzaqdan izləsələr də, zavallı Kuduya heç cür köməklik göstərə bilmədilər.
Kavaler Pomidor üzünü Mastinoya tutub əmr elədi:
– Buralardan göz-qulaq ol!
Sonra karetinə minib xiyarları qamçılayaraq gözdən itdi.
Həmin gün hava çox isti və günəşli idi. Kavaler Pomidor gedəndən sonra boynu zəncirli Mastino bir müddət evin qabağında o tərəf-bu tərəfə gəzindi. Bərk susamışdı. İstidən dilini bir qarış çölə çıxarıb ləhləyirdi. Boynunda zəncir olduğundan gedib su içə bilmirdi. Birdən pinəçi dükanının qapısı ağzında dayanmış Çipollinonu gördü.
– Ey oğlan! – Mastino onu çağırdı. – Qaç mənə sərin su gətir.
– Böyük məmnuniyyətlə sənə su gətirərdim, – Çipollino dedi, – ancaq ustam mənə vacib iş tapşırıb, əlimdəki çəkməni yamamalıyam. Təəssüf ki, bu işi bitirmədən heç yerə gedə bilmərəm.
Çipollino bunu deyib dükana girdi.
– Tənbəlin biri tənbəl! – Mastino fınxırdı.
Bir qədər sonra Çipollino yenə dükanın qapısında göründü. Mastino bu dəfə də ondan su istədi. Çipollino yenə əlindəki işi bəhanə gətirib su dalınca getmədi.
Əslində, onun susuzluqdan dili bir qarış çölə çıxmış zavallı itə yazığı gəlirdi, lakin senyor Pomidora dərs vermək üçün plan cızmışdı. Bu plana görə hələ bir qədər də gözləmək lazım idi.
Nəhayət, gündüz saat 3-də Çipollino artıq Mastinonun susuzluqdan yandığını görüb bir şüşəyə su doldurdu. İçinə də pinəçinin arvadının axşamlar içdiyi yuxu dərmanından töküb itin yanına gəldi. Şüşəni başına çəkib özünü elə göstərdi ki, guya sudan içir.
– Xahiş eləyirəm, mənə də bir qurtum ver, – Mastino yalvarmağa başladı, – bircə qurtum…
– Bir qurtum niyə?! Al, istədiyin qədər iç, – Çipollino bunu deyib şüşəni itə uzatdı. Mastino şüşəni alıb acgözlüklə suyu başına çəkdi. Şüşədəki bütün suyu içib qurtaran kimi onu yuxu tutdu.
Çipollino itin boynundakı zənciri çıxarandan sonra onu belinə şəllədi və Albalı qrafinyalarla kavaler Pomidorun yaşadığı qəsrə tərəf üz tutdu. Geri boylanıb baxanda gördü ki, Kudu lələ artıq öz evinin içindədir. Onun kürən saqqalı pəncərədən çölə çıxmışdı.
Çipollino yolda öz-özünə mızıldanırdı:
– Yazıq it! Məni bağışla, lakin bunu etməyə məcbur idim.
Qəsrin qapıları açıq idi. Çipollino iti yaşıl otların üstünə qoyub başını sığalladı və dedi:
– Məndən senyor Pomidora və qrafinyalara salam de.
Qaragilə qapıya oğrular üçün zınqırov asır
Kəndə qayıdan Çipollino gördü ki, Kudunun evinin ətrafına çoxlu adam toplaşıb. Adamlar nə barədəsə qızğın mübahisə edirdilər, ağız deyəni qulaq eşitmirdi. Belə görünürdü ki, məsələ xeyli ciddidir.
– Görək indi kavaler Pomidor kimi günahkar biləcək, – professor Armud qəmgin və qayğılı halda dilləndi.
– Məncə, bu işin axırı yaxşı qurtarmayacaq, – Kəvər dedi. – Buranın ağası onlardır, istədiklərini eləyəcəklər.
Hətta hər zaman soyuqqanlığını qoruyan pinəçi Üzüm də həyəcanlanmışdı. O, əlləri ilə başını tutub dedi:
– Kavaler Pomidor artıq iki dəfə axmaq vəziyyətə düşüb. Aydın məsələdir ki, bunun əvəzini çıxacaq.
Təkcə Kudu lələ narahat deyildi. Onun cibi həmişəki kimi şüşə konfetlərlə