Kazanova. Стефан Цвейг

Чтение книги онлайн.

Читать онлайн книгу Kazanova - Стефан Цвейг страница 3

Жанр:
Серия:
Издательство:
Kazanova - Стефан Цвейг

Скачать книгу

söylədiyi ariyanı qorxmadan yüksələn incə bir səslə təzəcə bitirmiş; birdən-birə boşalan bir leysan kimi, salonu alqış yağmuru bürümüşdü; ancaq indi ağır bir templə davam edən səhnədəki danışıqlar zamanı ümumi maraq və diqqət zəifləmişdi; gənc lovğa cənablar lojaları gözdən keçirirdilər; xanımlar durbinləriylə oynayır, gümüş qaşıqlarla ləzzətli tortlarını yeyirdilər və portağal rəngində likörlü şərbətlər içirdilər; bu əsnada səhnədə Arlekin, fır-fır fırlanan Kolumbinenin ətrafında güldürücü pantomimlərini sərgiləyirdi tamaşaçılara, ancaq boş yerə özlərini həlak edirdilər!

      Birdən-birə baxışlar, maraqla bir əcnəbiyə çevrilir: Rahat və arxayın bir şəkildə, zərif görünüşlü bir cənaba yaraşan tam bir sərbəstlik və laqeydliklə, heç kimsənin tanımadığı bir cənab, orkestr çalmağa başladıqdan sonra girir içəriyə. Güclü bədəninin ətrafında, sanki bir halə kimi, zənginliyin parıltısı var; zərif güləbətin işləmələrlə bəzənmiş bir brokart jiletin üzərini qıvrımlarla saran kül rəngli parlaq mahuddan bir kostyum geymiş; bahalı krujevalar, Brüssel tipi bir yaxalığın düymələrindən başlayaraq ipək corablara qədər, bir qala qiyafətinin ciddi görüntüsünü sərgiləyir.

      Əlində sərbəst tutduğu bəyaz tüklü bir mərasim şapkası var; bu əsilzadə əcnəbidən xəfif və xoş bir gülab ya da son moda bir krem qoxusu yayılır ətrafa və indi o, ilk sıradakı kreslolardan birində rahatca yerləşir, kürəyini kreslonun arxasına dayayır, üzüklərlə dolu əlini, qürurlu bir şəkildə, ingilis dəmirindən düzəlmiş qılıncın üzərinə qoyub. Hamıda maraq oyandırdığının fərqində deyilmiş kimi, qızıl sağanaqlı gözlüyünü qaldırır və saxta bir laqeydliklə lojaları gözdən keçirir. Lakin, artıq indidən, bütün kreslolarda və bütün sıralarda, kiçik şəhərin maraq duyğusu oyanmış və pıçıltılar başlamışdır: Bir şahzadəmi, zəngin bir səyyahmı? Başlar bir-birinə yaxınlaşır, sayqı dolu bir pıçıltıyla, əcnəbinin sinəsində sallanan tünd qırmızı bir lentin ucundakı almazlarla örtülü bir medalyondan söz açırlar (elə parlaq daşlarla bəzənib ki, kimsə bunun bir ovuc böyürtkəndən daha bahalı olmayan adi, uzuc bir nişan olduğunu başa düşmür). Səhnədəki musiqiçilər onlara göstərilən marağın azaldığını o saat hiss edirlər; söhbətlər daha maraqsız bir hal alır, çünki skripkanın və violanın arxasınca rəqqaslar da kulislərə qaçırlar, biri-birlərindən – Əcəba, bizə karlı bir gecə keçirdəcək çox zəngin bir hersoqmu? – deyə soruşaraq onu diqqətlə süzürlər.

      Ancaq salonda olan yüzlərcə tamaşaçı, hələ bu əcnəbinin sirrini öyrənməmiş, kim olduğunu kəşf etməmiş, lojalardakı qadınlar, həyəcandan çaşqına dönmüş halda, başqa bir şeyi müşahidə edirlər. Bu adam nə qədər yaraşıqlıdır! Nə qədər gözəl və erkəkcəsinə bir görünüşü var! Boylu-buxunlu, enlikürək; dolğun və əzələli əlləri var; qamətli və kişiyana möhkəm görünüşündə qadınsayağı heç bir iz yoxdur; indi orada ayaq üstə durub, boynunu bir az önə əymiş, eynilə hücuma keçmədəyə hazırlaşan bir buğaya bənzəyir. Yandan baxıldığı zaman bu üz, bir Roma medalyonunu xatırladır, hər cizgi qumral başın mis zəmini üzərinə metallik bir açıqlıqla işlənmiş kimidir sanki. Zərif bir hərəkətlə alnını yuxarı doğru qaldırır. Xəfifcə dalğalı şabalıd rəngi saçların arasından birdən-birə ortaya çıxan belə bir alnı görsəydi, bütün şairlər heyran qalardı; burnu bir qarmaq kimi çıxıntılı, güclü sümüklərdən yaranmış çənəsi də qabarıq idi; və onun altında da iki qoz böyüklüyündə bir hulqum (sadəlövh qadınlar bunu erkəklik gücünün ən etibarlı ifadəsi olaraq görürlər); üzdəki hər cizginin bir sərtlik, cəsarət və qərarlılıq ifadə etdiyi inkar edilməz idi. Yalnız dodaqları yumşaq və nəmliydi; bu dolğun şəhvətli və qırmızı dodaqların arasından mirvari kimi dişləri görünürdü. Yaraşıqlı adam indi yavaşca üzünü zəif işıqlanmış anfiteatra doğru döndərir; biçimli, sıx kirpikli, qüsursuz bir qövs şəklində aralanmış göz qapaqlarının altından qara göz bəbəkləri həyəcanlı və səbrsiz bir baxışla parlayır: Ov arxasınca qaçan və birdən-birə bir qartal kimi qurbanının üzərinə atlamağa hazır olan əsl ovçu baxışları kimi… Amma hələlik yeni-yeni tutuşmağa başlayan bir alovla parlayır bu gözlər, hələ yandırıcı bir atəş halına gəlməmiş; lojaları gözdən keçirən və erkəkləri saya salmadan, satışa hazır bir mal kimi qadınların bulunduğu bu yarımqaranlıq yuvalardakı istiliyi, çılpaqlığı və bəyazlığı incələyən bir növ gizli atəş… Bir-birinin ardınca hamısını diqqətlə gözdən keçirir, eynilə maldan başı çıxan bir adamın etdiyi kimi; və bu arada qadınların da onu diqqətlə süzdüyünü hiss edir. O zaman şəhvətli dodaqları bir az boşalır və cənublulara xas dolğun ağzının kənarında görünən xəfif bir gülümsəmə qar kimi bəyaz dişlərinin parlaq sırasını açığa çıxarır.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCALSAdYDAREAAhEBAxEB/8QAHgAAAQQDAQEBAAAAAAAAAAAABQMEBgcCCAkBAAr/xAAdAQACAgMBAQEAAAAAAAAAAAAEBQIDAAEGBwgJ/9oADAMBAAIQAxAAAAHRbzT609nplEF/WahbslQ1+mOKuVvqjQ9qDEm5xCYu9QP2NjuKOqCcD85TbZWvlieXe5R7EpSGnmFe6o9wsXiZ9jBlYCQg0cwYhbudOUtfqDEYimNM0t0tiLHlU/dx9hNzSWwsRMyINrcx1TjAZ7o9DcHVZnteMywvLNJw0TGvexMTywWQmKVOzi7oxBCBUwfKg5Gqn6y9zvQolWL2GQFk2M2ykIZqYC5Cp4KHMTKQtUnevWctWOSBfrzFYXL8dXBDkrija8jmNgpSkhCrXxC9WtsxmMbDcr2jscuUiIrAlhcO90U4iSjlLuDJG4VSEVaCGswcLdNrI4Qg4ht9Bo8qtVjNlOpfL16pijFqeqTkXTGADG4FjNadW9cRiRXrzzzCVRwVsaF6FUYxxOwEUlHWJTVTVC2aGhWdwDiGvMkhIvGESFRrS0bGQ8cM5xecjwb8dcJjlXsJE6Gv24ea29rZtsXLYStEssMwRzWeosCA5MO9h5PN/THT3mVsl6p+Qpd0u3kYqws+neuMaXgaxICabCDHpJep7+BMvMpYB3DjVVT9H5gcEflKWUOO4iZKe7Y2LiEmB9a6ibPmFa9rW2BiwVqqEbaI8Ry80W947rOYyqywXPJDpju4WwhtxXusmKzuBB3Px4vnZmu7IXNfnVmF+kR6pbHpEdWRuzlzY3Uv6719EOatjCwsZ6yrtT1S9i19yiMMOVJVlPoOE6xTI3QNpAo2UmRHYAtChiwgJ10facC6i5mabtow146EM+J8nGUDdUcS9CPNULUGEqGsZa8ivDRpX1WNy8CemaSFZzolI3TC9LSWHtcrbZStLWMtFhHAE9A4ok7ixR3T4PeLacyzzCFtwO5bJl/THAmkcNSG6meEJqxoka3tI6z5YTJcpm0soXwjOJOBIrTSx1SycbnkKfgQuW1c9Ecizk4RkhfqGeBNLTA5VT1rsS6ItOeaVhS2jomNgAAhXMgOnbWVBr0auyc4TXqsZ2KmN1Zih8pKKExm9tGVI/lZSsyXEcTpghdD2ygnQyZQHb2hV+54svUwcT1FyedlgXanV3R+zAR0UbGPR1Bau1CdHhFqEh8YUJWVvd25RJY4uWqMfxtb23CpKDtL1euyOl8sAMUSdd08qC6OKM+Yw3bMkfVizFqWxnkD42fzxQY96E4fR3G2XNoWhyYHq2tlAkhCvhCwhTC4BzhOdtiW1+QjPK6t2GWyKvwxUzlQ8tiqMyjLHl40y4AoJ0rvdkaKQLUEWIs9IUHxKYK9hn2jnImk5kkMBjkhyEmDSa9OdR4N8naOHuqki5pHmSZbQ5YZ8+HPjpfNw1xxlw8r7JFz+QdjPGpYWM6347HycY5dzqRI5KBygN7yJIwxV0Eceea7c/6EHIzo03830HB6DXio3ri343nWj9a2eYeexDbDUNT0e2jjkIwD2esYu+s3UeLcsEXr+3pnH6QgdcHO5ro214DV7l/Y9/X/AJnx+C6XdpnyzYZvY8YaYLO76WN/M9Xl/f1Ks63bF95Vr8B0uzTng+d/L+2JyoxsrbyBR1Alo0ZIRzPHFRi1ZDyBwchIrO6SrurFXpHtZRgFrD2fNFqTWWhMCKHNF/miFczOzI7ag2maBX7PkudCb0jpy48y5ig+jIQK65

Скачать книгу