Qardaşım Elçibəy haqqında xatirələrim. Murad bəy

Чтение книги онлайн.

Читать онлайн книгу Qardaşım Elçibəy haqqında xatirələrim - Murad bəy страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Qardaşım Elçibəy haqqında xatirələrim - Murad bəy

Скачать книгу

kimi atamız ötürüb qayıtdı. Bir həftədən sonra yenə də gəldi. Avqustun axırı idi. Bu dəfə yenə də ağır olan yükləri atlara yükləyib inəyin birini, altı dənə də erkək toğlu, bir dənə də keçi qabağımıza qatıb sübh tezdən yola düşdük. Anam bizi çayın yuxarısına kimi yola saldı. Almurad yatmışdı, onu yuxudan oyatmadıq. Biz sağ-salamat gəlib saat 8-də Kələkiyə çatdıq.

      Danışığa görə, sentyabrın axırına kimi atamız qoyunları başqa çobanlara təhvil verib öz qoyunlarımızı ayırıb dağ yolu ilə gəlməli idi. Elə də oldu. Anamgil sentyabrın axırında sağ-salamat gəlib çıxdılar. İki ay dincələndən sonra dayım atamızı kolxozun baş çobanı təyin etdi. Kolxoz qoyunu qışlaqda saxlanırdı. Öz qoyunlarımızı kənd çobanına qoşmuşduq. O otarırdı. Bu qayda ilə 1937-ci ili başa vurduq. Əziz oxucular, mənim yaddaşımda olan, yadımda qalan bunlar idi. Bunu da yaddaş dəftərinə yazıb sizə təqdim edirəm. İndi də 1938-ci ilin yaddaşımı, yadda qalanları yazmağa başlayıram. Allah hamınıza kömək olsun, mənə də. Amin.

      1938-ci ilin günlərinin qış aylarını sağ-salamat başa vurduq. Qoyun-malımız da qışı yaxşı çıxardı. Novruz bayramımızı da şənliklə başa vurduq. Baharın bu il tez gəlməsi, qoyun-quzunun qışdan salamat çıxması, maldarçıları – qoyunçuları daha da ruhlandırdı. Eləcə də kolxoz, ferma işçilərini, kolxoz heyət idarəsi atamızı da, fermaçıları da mükafatlandırdı. Baş çobana 50 manat pul mükafat verdilər. O da atamız Qədirqulu kişiydi.

      May ayı qurtarmaq üzrəydi. İyun ayı addım-addım irəliləyirdi. Maldarçıların yaylağa hazırlıq işləri başlayırdı, biz də bu il ata-baba yaylağına yox, yaxındakı yaylağa Xəlil yurduna köçəcəyik. Atamız kolxozun baş çobanı, dayım da kolxoz sədriydi.

      İyun ayı girmişdi. Ayın 15-də yaylağa çıxacaqdıq. Bu yaylaq ata-baba yaylağından çox-çox yaxın idi. 4–5 saat yol gedirdin. Ayın 15-də birinci yaylağa ferma işçilərinin, sağıcıların, çobanların, naxırçıların ailəsini köçürürdülər. Ona görə də bizim ailə həmişəki kimi birinci getməliydi. Dayım qardaşımı çağırıb atını verib dedi ki, anangili sabah apar yaylağa. Yükləri də bir kolxozçuya tapşırıb dedi ki, bacımgilin yüklərini apar Xəlil yurduna.

      Ayın 16-ı oldu (iyun ayının). Yaylağa aparmaq üçün hər şeyi axşamdan hazırladıq. At hazır idi. Qapıda anam atı minib Almuradı da qucağına alıb yola düşdü. Qardaşım İbrahimlə mən də kolxozçu Murad kişi ilə qatırları yükləyib anamgilin arxasınca getdik. Mal-qaramızı kolxozun mal-qarası ilə yola salmışdıq. Günorta vaxtı Xəlil yurduna çatdıq. Bu il baharın tez gəlməyi Xəlil yurdunu dörd bir tərəfdən yaşıllığa qərq etmişdi. Yurd yerindən aşağı hər yer – taxıl zəmiləri göm-göy idi. Yuxarı hissəsi dağların, dərin dərələrin içi qarla örtülü idi. Qoyun-quzu, mal-qara otların içində görünmürdü. Gələn yurdçular, obaçılar, çobanlar «Xəlil yurdunu bu ilki kimi gözəl, göyçək, otlu-çiçəkli görməmişik» deyirdilər. Nə isə. Bu yurdda bu il xeyirli-bərəkətli bir iş baş verəcək. Hər şey var, bolluqdur.

      Hərə öz köhnə yurduna, yerinə yüklərini düşürdülər. İbrahim tez alaçığın çubuqlarını gətirdi. Kolxozçu Murad kişi gələndə yoldan kənarda kolxoz yerindən çubuqları qırıb qatıra yükləmişdi. Yurd yerinin otunu təmizləyib çubuqları bir-bir yerə taxıb uc-uca bağlayıb keçələri (qəlibləri) üstə atıb, çətənlərin yanlarına çəkib bağladıq. Artıq alaçıq hazır kimi idi. Anam və Almurad su dalınca getmişdilər. Xəlil yurdunun suyu sağ tərəfdəki arxdan gəlir. Arxın suyu 1,5 km Qaşqar deyilən yurd yerindən gəlir. Arx hazır olmadığı üçün arxda su yox idi. Xəlil yurdunun sol tərəfində Vəlinin dərəsi deyilən yerdən gəlir. Anamgil o dərədən su gətirməyə getmişdilər. Suyu gətirib tez çay qoydu. Su gətirdiyi yerdən yığdığı otlardan çay dəmlədi. Alaçığın döşəməsinə palazı açıb üstünə süfrə açıb dəmlədiyi çaydan hərəmizə bir stəkan verib dedi ki, həmişə çay içirsiniz, indi ot çayı için, bu çay həm ətirli, tamlı, həm də dərmandır. Ağzınızın tamını dəyişin. Yeyib-içib durub hərə öz işinə getdi. Qardaşım və Murad kişi atı, qatırları minib kəndə getdilər. Keçən gün gələnlər gəlib bizim alaçığın qabağına salamlaşıb anama sağ-salamat bu alaçıqda can sağlığı arzuladılar. «Xoşbəxt olasan quda» deyib gedirdilər. Mən işimi bildiyim üçün obanın yan tərəflərini (alaçığın) axarını qazıb düzəltdim. Yəni yağış yağsa, su bu axardan (xəndək) axıb getsin. Alaçığın içərisinə su getməsin. Gün batan vaxt inəklərimiz, buzovlarımız, kolxoz mal-qarası ilə bir yerdə gəlib çıxdı. Gedib inəkləri gətirib buzovları ayırıb inəkləri ağıla salıb bağladım ki, alaçığımızı tanıyıb həmişə qapımıza gəlsin. İki-üç gündən sonra inəkləri bağlamayacağıq. Özləri gələcək.

      Hələ kolxoz qoyun-quzusu yaylağa gəlib çıxmayıb. Bu gün qoyun-quzunu yaylaqdan aşağıda yol enən yerdə saxlayıb sabahısı Xəlil yurduna qalxacaq idik. Ona görə ki, qoyunu birdən-birə gətirmək olmaz. Xəstələnə bilər (qızdırar). Qaranlıq düşdü. Hərə öz mal-qarasını yığıb buzovları ayırıb ağıla buzovxanaya salıb rahatlandılar. Alaçıqlarda zəif işıqlar görünürdü. Çıraqlar yanırdı. Alaçıq qabağında ocaqlar yanırdı, alovlanırdı. Kimi çay qoyur, kimisi xörək bişirirdi. Anam, mən, Almurad ocağın yanan alovunda isinirdik. Tez-tez it hürən tərəfə baxırdıq, birdən atamız gələr. Ancaq qaraltılar başqa adamlar idi. Anam bizə «durun yerinizi düzəltmişəm, yatın, kişi sabah günorta gələcək» dedi. O gedib Almuradla bir yerdə qucaqlaşıb yatdı. Almuradın 5 yaşı var idi.

      Sabah açıldı, anam durub inəkləri sağıb kolxozun naxırına qoşub naxırçıya tapşırdı. Buzovları mən götürüb başqa səmtə örüşə ötürüb gəldim. Gedib dərədən çaydanları su ilə doldurub gətirdim. Anam ağırlaşmışdı, hər işdə ona kömək edirdim. Çay-çörək yeyib ipi götürüb odun dalınca getdim. Xəlil yurdunda odun yoxdur. Südlü xörəyi bişirmək üçün qurudulmuş qanqal qurusu, gəvən qurusu yığıb gətirdim. Günorta oldu, qoyun-quzu yurd yerinə, qoyun yatağına gəldi. Çobanlar da hazır qurulmuş alaçıqlarına gəlib dincəlmək, çay-çörək yeyib bir az uzanıb yatmaq, yuxularını alıb durub, sağılmış qoyunları yenə də örüşə aparıb qoyun-quzu arxaclarında gecələmək, sabahısı yenə də günorta bəriyə, sağın yerinə, alaçıqların yanına gəlməli idilər. Bu iş hər gün təkrar olunurdu. Bu işləri atamız da hər gün təkrar edirdi.

      Ayın 20-i oldu. Seçkilər günü yaxınlaşırdı. Yaylağa çıxan bütün maldarlar yaylaqdaydı. Kənddən gəlib təpənin üstünə bir ağac basdırıb üstünə bir lövhə vuruldu. Orada yazılmışdı: «Hamı seçkilərə». Günlər gəlib keçdi, 23-ü oldu. Günortadan sonra maldarlar atla, qalanlar isə piyada kəndə yola düşdülər. Tək-tük qoca arvadlar, bir də yaşı çatmayan uşaqlar qaldılar.

      Anamın ağrıları başladı. Məni tez qonşu alaçıqda olan Bənövşə qarını çağırmağa göndərdilər. Dedim ki, anam xəstələnib, səni çağırır. Qarı tez başa düşdü: «Gəlirəm, bala, gəlirəm». Yaylaqda bir neçə qadın qalmışdı. Onlar sübh tezdən inəkləri sağıb seçki məntəqəsinə getməli idilər. Bunlar Hacı Xanım, Xanzeynəb, Mənsumə, Güləbətin xala idi. Onlar da eşidib gəldilər. Mənlə Almuradı Hacı Xanım xalanın qızı Mələk

Скачать книгу