Xatirələr. Süleyman Rüstəm
Чтение книги онлайн.
Читать онлайн книгу Xatirələr - Süleyman Rüstəm страница 3
Vaqonumuz bir qədər qaranlıqdı. Gürcü dostlarımızın bizi hansı vaqon qarşısında qarşılaması bizi düşündürürdü. Bir səslə qərara aldıq ki, böyük yazıçılarımız qatar Tbilisiyə çatana yaxın yumşaq vaqonlara gedib ordan düşsünlər.
Haqverdiyev, vaxtımız cansıxıcı keçməsin deyə öz həyatından bizə çox maraqlı səhnələr söyləyirdi.
Molla əmi isə əsasını çənəsinə dayayıb gözlərini bir nöqtəyə zilləyərək sakitcə dinləyir və nə
haqdasa düşünürdü.
Artıq səhər açılırdı. Vaqonumuz da işıqlandı. Qatar Tiblisi vağzalına yaxınlaşırdı. Heç kəs yerindən qalxmaq istəmirdi. Haqverdiyevlə Mirzə Cəlil hamıdan tez durub əl-üzlərini yuyub geyinmişdilər. Haqverdiyev bir sədr kimi bizə müraciət etdi:
– Uşaqlar, Tbilisiyə az qalır. Tez, qalxın, əl-üzünüzü yuyun!
Yoldaşlarda bir hərəkət əlaməti görünmədi. Hamı kal oyanmışdı. Bu zaman hər şeyi dərindən duyan Mirzə Cəlil Haqverdiyevin dadına çatdı.
– Əbdürrəhim, uşaqlar əl-üzlərini yumasalar yaxşıdır. Qoy Tbilisi camaatı görüb və agah olsun ki, biz mazutlu Bakıdan gəlirik, bəli, bəli, mazutlu, Bakıdan.
Bu sözlər hədəfə dəydi. Hamı əsgərsayağı qalxıb cəld əl-üzünü yumağa getdi.
* * *
Tbilisidə Azərbaycan yazıçılarının şərəfinə verilən qonaqlıqların birində Gürcüstan Yazıçılar İttifaqında çalışan bir qız oturmuşdu. Mirzə Cəlil qızın sol tərəfindəydi. Mirzə Cəlil hərdənbir əlindəki
“Zarya Vostoka” qəzetilə qızın üzünü yelləyir və qulağına nə isə pıçıldayırdı.
Birdən gürcü qızı mənə donuz əti təklif etdi. Mən yeməkdən imtina etdikdə qız pərt olub dedi:
– Yeməsəniz, durub yanınızdan getməyə məcburam. Qonağa nə versələr, yeməlidir.
Molla əmi də ona havadar çıxdı.
– Bala, niyə yemirsən? Ye, halalın olsun.
Mən çıxılmaz vəziyyətdə qalıb naçar… ilk və son dəfə o məclisdə donuz əti yedim.
Molla əmi gülümsəyərək dedi:
– Bala, daha sən müsəlmanlıqdan çıxdın, mübarək olsun!
Mən Molla əminin məclisdə qızla pıçhapıçının mənasını sonra başa düşdüm.
Bir gün Mirzə Cəlilin könlünə Naxçıvanı görmək düşdü. Bu barədə Haqverdiyevlə danışdı və
onun boynuna qoydu ki, bu səfər getmək üçün heyətimizin baş rəhbəri Əminbəylidən icazə istəsin.
Əminbəylini tanıyanlar bilir ki, o necə qanunbaz bir adamdı. Mirzə Cəlil və Haqverdiyev Əminbəylinin yanına getdi. Özünü qabağa verib Haqverdiyev bu xahişi Əminbəyliyə dedi. Əminbəyli özündən çıxdı.
– Bu nə oyundur, canım? Bu axmaq fikir kimin başına gəlib? Dəstədən bir dəqiqə də ayrılmağa ixtiyarınız yoxdur… vəssalam!
Haqverdiyev dediyinə peşman olub başını aşağı saldı.
Mirzə Cəlil acı təbəssümlə ona dedi:
– Əbdürrəhim, mən səni ağıllı adam bilirdim. Bu axmaq fikir sənin başına hardan gəldi?
8
O gün Haqverdiyevin üzü gülmədi.
Səfəri başa vurub erməni yazıçılarıyla birlikdə Yerevandan Azərbaycana yola düşdük. Yolüstü qonaqları bir neçə rayon və şəhərlərimizə apardıq. Bu zaman Azərbaycan diviziyası həmin şəhərlərin birində təlim keçməkdəydi. Ordu hissələri musiqi müşayiətilə qarşımızdan keçirdi. Haqverdiyevlə
Şirvanzadə bir təpədə yan-yana durub nümayişi qəbul edirdilər. Şirvanzadə də tez-tez deyirdi:
– Salam, yoldaşlar!
– Əleyk salam. Şirvanzadə:
– Yaşasın Şura Edirbecan. Əsgərlər:
– Urra! – deyə cavab verirdi.
Haqverdiyev və Şirvanzadə yaman yorulmuşdu. Nümayişin sonunda diviziya komandiri zabit və
əsgərlərə nə barədə isə əmr verdi. Birdən polad biləkli əsgərlər Haqverdiyevlə Şirvanzadəni atıb-tutmağa başladılar.
Şirvanzadənin və Haqverdiyevin göylərə ucalan nalə və fəryadları əsgərlərin urra sədaları altında batıb gedirdi. İki ətli-canlı qocaman ədibin halı çox pisdi. Hamımız özümüzü itirdik. Tez diviziya komandirinə müraciət etdik. Komandirin əmrilə əsgərlər nəhayət, bihal olmuş Şirvanzadədən və
Haqverdiyevdən əl çəkdilər. Artıq iki möhtərəm yazıçı otların üstündə arxası üstə zorla ağır nəfəs alırdı. Onlar ancaq bir neçə dəqiqədən sonra özlərina gələ bildilər. Bu mənzərəni seyr edən Mirzə Cəlil gülümsəyərək dedi:
– Döşünü qabağa verənin, çox danışanın aqibəti bax belə olar. Niyə, bəd deyil.
* * *
Mirzə
Cəlilin
böyüklüyü,
necə
qüdrətli
qələm
sahibi
olduğundan,
alimlərimiz,
ədəbiyyatşünaslarımız öz ürək sözlərini demişlər və bundan sonra da deyəcəklər. Mənim payıma isə
onun həyatında baş vermiş bəzi hadisələr düşmüşdür. Mirzə Cəlil aramızdan gedəndən sonra hər yerdə onun adını eşidirdim.
1941-ci ildə ordu sıralarında Təbrizdə olduğum zaman “Molla Nəsrəddin” məcmuəsinin orada nə
kimi mühüm rol oynadığının şahidi oldum.
Bir gün Təbrizli professor Fəxri Ədhəm bizi evinə qonaq çağırdı.