Yazılmayan yazı. Sabir Əhmədli

Чтение книги онлайн.

Читать онлайн книгу Yazılmayan yazı - Sabir Əhmədli страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Yazılmayan yazı - Sabir Əhmədli Xatirə ədəbiyyatı

Скачать книгу

dəyişib, qoyaq Qaçay.

      Qaçqınlığı körpələr vecinə almır. Onların yurdu yataqxana dəhlizləri, ata-anaların dərdindən çərlədikləri dağlardan, bağlardan şirindir. Körpələr, dörd-beş yaşlılar oraları görməyiblər, gözlərinin qabağına gətirə bilmirlər. Körpələrin görmədiyi, tanımadığı torpaqlar, yurdlar züryətsizdir, daha oralarda körpə doğulmur. O sulardan içmir, o çörəkdən yemirlər. Qayıdacaqlarmı? "Pilləkan uşaqları" necə yanaşacaq, necə baxacaq dədənənələrin nisgildən can verdikləri torpaqlara, viranə ev-eşiyə!

      Yurdsuz, evsiz-eşiksiz adam necə olar? Bunu bir ruhən araşdıran varmı? Olacaqsız, məskənsiz insan nə halda yaşayır? Elə bil əyləşdiyin kətili çəkiblər. Havada qalıbsan, bütün varlığında bir boşluq istinadsızlıq var. Belə, bu kökdə yaşayır qaçqın. Torpaq, bağ-bağat insanın cismini canlandırır, ayağının altını bərkidir, vücudunda bir sabitlik, durum yaradır. Baxırsan qaçqın kişilərə, qaçqın qadınlara, bunların varlığında bir çəkisizlik var. Kosmonavta dönüblər bədbaxtlar!

      Vətən, ev-eşik, doğma torpaq insana, onun halına necə əsər göstərir? Bunlar araşdırılmalı, qaçqın ruhu-xassəsi, davranışı-psixolojisi öyrənilməlidir. Bir həqiqət var: Ermənistan respublikası, ondan qabaq Ermənistan "ölkəsi" kimsənin yox, ancaq Azərbaycanın torpaqları sayasına yaranmışdır. Ermənilər İranla Rus imperiyası arasında Türkmənçay, Gülüstan bağlaşmalarından başlayaraq İrandan köçürülüblər bu yana, Qarabağa, İrəvana. XIX əsrin başlanğıcında İrəvan xanlığının əhalisinin səksən, doxsan faizi biz – azərbaycanlılar olmuşuq. Demoqrafik statistika var, tarix var. Yavaş-yavaş Gömrü, Qara kilsə, Göyçə, Vedibasar tutulub. Nəhayət, axırda Qarabağ!

      Yüz illərdir onlar bizə qəsd eləyirlər. Bütün qonşular arasında bizim satqın düşmənimiz onlardır. Bizə qarşı törətdikləri əməllərdən ağlımız başımıza gəlmir. Giclikdən, başısoyuqluqdan əl çəkmirik. Budur bizim mentalitetimiz, milli çatışmazlığımız.

      Azərbaycan ölkəsinin başına gəlmiş bu hadisələrin, bu mağmınçılığın nədən törəndiyini, necə, nə üçün baş verdiyini hey düşünürsən, bir yana çıxara bilmirsən. Nədən oldu axı, bunca şəhər-kəndlərimiz erməni əlinə keçdi? İndiyədək də ermənilər şəhər, kəndlərimizdə meydan sulamış, əhaliyə əziyyət vermiş, hətta Bakını ələ keçirmişlər. Amma bütün bu alçaqlıqların cavabı verilmiş, ermənilər qovulmuşlar. 1918-20-ci illərdə onlar çox azğınlıqlar törətmişlər.

      Daşnaksyütun dığalar Bakıda, Şamaxıda, Salyanda, Nəvahidə çox qanlar tökmüşlər. Bütün bu fitnəkarlıqda satqın azərbaycanlılardan istifadə etmişdilər. Baxaq,"iyirmi altılara". Qondarma-qurama Bakı hökumətinə xalis daşnak olan Şaumyan başçılıq eləmiş, iyirmi altıdan ən azı on altısı erməni olmuşdur. Şaumyanın ən yaxın silahdaşı azərbaycanlı Məşədi Əzizbəyovdu. İndi sənədlər çıxır ortaya. Leninin Şaumyana məktubları çap olunur. Aydın olur ki, Lenin hamıdan artıq Şaumyana inanırmış Qafqaz məsələsində, buranın işğalında onunla ünsiyyət saxlamış, ona söykənmişdir. Azərbaycanı, Bakını almaq, tutmaqdan ötrü Daşnaqsyütun himayədarı Şaumyan bolşeviklərin ən inandığı sima olmuşdur. Bəs, Əzizbəyov nə ağılla gizli qayəsi Azərbaycanı məhv etmək olan bu erməni hökumətinin tərkibinə girmişdi? Bakının, Şamaxının körpəsindən ağbirçəyinədək süngüyə taxılanda Əzizbəyov bunu törədən hökumətin başçılığında necə qalmışdır? Hansı qeyrətlə, hansı ürəklə? İndi adını daşıyan prospektdəki nəhəng heykəl, qolunu göyə açıb harasa çağıran kişi satqınlıq, xəyanət abidəsi deyilmi? Kirovun heykəli təki bu abidə də darmadağın edilməli, ya da altından iri bir bildiriş vurulmalıdır: «Satqın». Əzizbəyov şüurlu, istər şüursuz, millətinə qarşı xəyanət yolunu tutmuşdur. Erməni bizi ağılsız yerinə qoyub, istədiyi yola yönəltmişdir. Elə həmin yolla sonralar, axırıncı hərbi münaqişəyədək bizimkilərin arasından, öz içimizdən erməniyə bağışlanmazcasına qulluq göstəriblər. Yeri gələndə hakimiyyət ehtirası, vəzifə mənafeindən yana erməniyə işləyiblər. Sübuta, şahidə ehtiyac yoxdur. Baş vermiş hadisələri öyrənib bildikdə, görürsən erməni böyük himayədarı Rus imperializminin, Moskvanın yardımına güvənib. O biri yandan KQB-yə satılmış, Rusiyaya xidmət edən imperializm agentlərinin əliylə altdan-altdan bu işləri yeritmişlər. Ən dəhşətlisi, bütün bu cinayətlər cəzasız qalmışdır. Cəzasızlıq yeni-yeni cinayətlərə şirnikləndirmişdir. Eləcə də sonralar hakimiyyətdə qalmaq istəyən MK-nın birinci katibləri, Nazirlər soveti sədrləri, digər yüksək vəzifə tutanlar ən çox Moskvada çalışan, baş mövqelərdə iş görən ermənilərdən çəkinmiş, onlarla hesablaşmış, erməniyə gözün üstə qaşın var deməmiş, həmişə ermənidən həsləmişlər. Mikoyana, Baqramyana münasibət, onlarla ünsiyyət, ermənilərin rəğbətini qazanmaq istəyi güdülmüşdür. Moskva, rus dövləti iki yüz ilə yaxındır hayları başa adladır, bizi həmişə onların ayağına verir. İndi isə bizə düşmən kəsilmiş erməniylə hərbi müqavilə bağlayır, müttəfiq kimi sənədlər imzalayır. Azərbaycana qarşı qəsd etmiş, təcavüzə varmış, torpaqlarımızı tutmuş erməniyə nəinki havadarlıq edir, onu açıq-aşkar dəstəkləyir. Rusiya öz hərbi qüvvəsini gətirib Ermənistana, bizimlə döyüşə yönəldir.

      Rusiya heç vaxt Azərbaycanın müstəqilliyinə qol qoymazdı. Araz boyu, İran torpaqlarının qarşısı ilə düzülmüş rus əsgərləri qovuldu. Çıxdı bizim ölkədən. Rusiyanın cənub sərhədləri çəkildi Mahaçqalaya, Dərbəndə. Hələ orada toxdasa… İndi Rusiyanın əlinə girəvə düşdü, basıb gəldi. Bizim Arazqırağı, Arazbar-Qarabağ torpaqlarını ermənilərlə əlbir tutdular. Araz boyunca yenə rus əsgərləri düzüldü.

      Sovet İttifaqının yıxılmağı ilə sərhədlərin dəyişməsi, daralması Rusiyanı yandırmışdı, dözə bilmirdi. Axırı bu sayaq, erməni təcavüzü ilə yenə də öz sərhəddini İranla Sovet hökuməti vaxtındakı yerəcən bərpa etdi. İran çox vaxt Azərbaycana, Türkiyəyə qarşı birləşdikləri, ənənəvi müttəfiqləri Rusiya əvəzinə, Azərbaycanla sərhədi olmaq istəməzdi: onun ən yaxın qonşuluğunda, İrandakı azərbaycan-türklərini ürəkləndirən bir azad ölkə yaransın, artsın. Günü sabah güney Azərbaycan azad, müstəqil qardaşlarına qovuşsun, qurtulsun.

      Hökumətlər dəyişir, quruluşlar bir-birini əvəz edir. İnqilablar olur, imperiyalar parçalanır, amma siyasət qalır. Bu baxımdan Rusiyanın ənənəvi siyasi-beynəlxalq münasibətləri yüz illərdən bəri həmişəki təki saxlanır. Kimin ağlına gələrdi, II Nikolayı dirildəcəklər, Yekaterinopoldan onun və ailəsinin cəsədlərini Sank-Peterburqa böyük dəbdəbə ilə daşıyacaqlar. Bunun qarşısında Leninin doxsan beş il türbədə «diri» saxlanan nəşini torpağa basdırmaq istəyəcəklər. Belə çıxır ki, Nikolayı əbəs yıxıblar, Çar hökuməti barədə yüz ildən bəri yağdırdıqları lənət, yaman əbəsmiş, inqilab əbəs bir işmiş, haqsızmış, Sovet hökuməti qurama imiş. İndi II Nikolay əlbəttə Lenindən, Stalindən qat-qat urvatlıdır. Dünyanın işinə bax! Beləliklə, Rusiya əlahəzrət Nikolay dinastiyası, Romanovların siyasətinə qayıtmalıymış. Nikolayın "dirilməsi", çarla bağlı nə varsa, bütün siyasət, beynəlxalq münasibətlər də qaytarılmalıdır. Belə ki, ruslar belə

Скачать книгу