Mirzə Ələkbər Sabiq haqqında xatirələr. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Mirzə Ələkbər Sabiq haqqında xatirələr - Коллектив авторов страница 3

Mirzə Ələkbər Sabiq haqqında xatirələr - Коллектив авторов Xatirə ədəbiyyatı

Скачать книгу

götürüb hara gedəcəyini bilmirdi. Axı bu insan ailəsini də dolandırmalı idi.

      Babam həm də müəllim idi. Şamaxıdan başını götürüb Bakıya gəlir və Balaxanı məktəbində dərs deməyə başlayır. Belə məlum olur ki, orada təhsil qənaətbəxş deyilmiş. Amma Sabir elə fərqli ab-hava yaradır ki, uşaqlarını məktəbə qoymayan valideynlər belə, onları Sabirin yanına oxumağa gətirirlər. Onun fəaliyyəti o qədər gözəçarpan olub ki, Sabirin məvacibini 20 manat artırıblar (maaş nəzərə alınmasa belə, bu artım o dövr üçün çox yüksək məbləğ idi). Digər bibim Məşədi Səkinə Sabirin ən böyük qızı olub. Ailə qurub. 3 övladı olub, amma onlar da dünyadan tez köçüblər.

      Babamın hüzr mərasimində diqqətçəkən bir hadisə baş verib. Hüzr məclisinə mollabacı (qadın məclisini aparan molla) gəlir. Atamın dediyinə görə, həmin qadın məqsədli şəkildə – Sabirə aid əlyazmaları ələ keçirmək üçün oraya göndərilibmiş. Mollabacı Sabirin hüzr məclisində şairin özü yazdığı mərsiyələri oxumaq istədiyini bildirib. Heç nədən şübhələnməyən ailə Sabirin əsərləri olan bağlamanı gətirib ortaya qoyur. Hər kəsin başı məclisə qarışır. Məclis də bitir və yalnız bir müddətdən sonra dərdli ailəyə məlum olur ki, əlyazmaların olduğu bağlama yoxdur. Beləliklə, həmin əsərlər itir və o gündən onlardan xəbər çıxmır.

      Məşədi Səriyyə Soltanın babamın sirdaş qızı olmasını təsadüfi demədim. Sabirin övladlarının üçü də eyni yerdə, köhnə Yasamal qəbiristanlığında dəfn olunublar. Səriyyə Soltanın məzarı üzərində isə belə yazılıb: Şair Sabirin sirdaş qızı, "Hophopnamə"nin xilaskarı Tahirzadə Məşədi Səriyyə Soltan. Bunu atam Səriyyə Soltan 1938-ci ildə rəhmətə gedərkən yazdırıb.

      Deməli, bibim bir dəfə ata evinə gəlir. Görür ki, atası məyusdur. Soruşur nə olub, nə məsələdir? Sabir ona deyir ki, fikirləşirəm şeirlərimi çap etdirim, amma vəsait yoxdur. Ölməzdən əvvəl kitabımın çıxmasını istəyirəm. Bu söhbət burda da qalır. Növbəti gün qızı təkrar atasıgilə gəlir. Stolun üstünə boğça qoyur, deyir bunu götür və kitabını çap elə. Boğçada Səriyyə Soltanın gəlinlik zinət əşyaları var imiş. Sabir razılaşmır, qızı təkid edir ki götür, kitabın çıxandan sonra ondan gələn vəsaitlə mən yenə də zinət əşyalarımı alıb yerinə qoyaram. Beləliklə, babamı razı sala bilir. Şeirləri çap etdirməyə aparanda məlum olur ki, bu vəsait bütün şeirlərin çap olunmasına kifayət etməyəcək. Otururlar ata-bala məsləhətləşirlər və qərara gəlirlər ki, vacib olanları seçib çap etdirsinlər. Sonra ondan gələn vəsaitlə digərlərini çap edərlər. Sabir öz əli ilə ilk növbədə çap olunacaq şeirləri seçir. Lakin yenə də hansısa səbəblərə görə kitab çap olunmur. Seçilmiş şeirlər qalır Səriyyə Soltanda. Sabirin əlyazmaları oğurlandığından Səriyyə Soltan gizlətdiyi boğçanı da oğurlamasınlar deyə bu barədə kimsəyə söyləmir. Sonradan "Hophopnamə"də çap olunan şeirlər Sabirin sağlığında seçdiyi və Səriyyə Soltanın da qoruyub saxladıqlarıdır.

"Azərbaycan müəllimi" qəzeti, Rüfanə Günəş

      Üzeyir Hacıbəyli

      Sabir üçün varidatından keçən xanım

      "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım idi. Mirzə Ələkbər Sabir Tiflisdə müalicə olarkən onun üçün xeyli zəhmət çəkmişdi.

      Azərbaycan ədəbiyyatının, musiqisinin, incəsənətinin görkəmli nümayəndələri Mizrə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Həşim bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Süleyman Sani Axundov və başqaları

      M. Hacınski

      Mirzə Ələkbər Sabir haqqında xatirat[1]

      1905-ci ildə "Həyat" qəzətəsində işlədiyim zaman mərhum Sabir idarəyə gəlmişdi. Sübh zamanı idi. İçəri daxil olub şair, Avaranı soruşdu. Mən istəmədim ki, özümü bildirim. Dedim:

      – Avara bir saatdan sonra gələcək, əgər tələsirsinizsə, nə qulluğunuz var isə buyurunuz, deyərəm.

      Sabir:

      – Mən istəyirdim görüm bu necə adamdır, doğrudan da avaradır və yainki kefinə çatıb özünə təxəllüs qoyubdur.

      – Bizim kimi bir adamdır, ancaq avara deyil, əhli-ruh bir adamdır.

      Sabir:

      – Bəs onda sən allah, ona de ki, yazıqdır, adını dəyişdirsin. Bizim Şirvanda biri vardı, adını "Məhrum" qoymuşdu. Biçarə övlad tərəfindən sonra da məhrum oldu. İndi qorxuram ki, bizim Avaramız qiyamətəcən dünyada avara qala.

      – Mən gülüb özümü nişan verdim. Şairin sözü yerini tutdu.

"Məlumat”, 21 iyul 1911, № 18

      Məmmədəli Sidqi[2]

      Kiçik bir xatirat

      Yeri gəlmişkən acizləri də möhtərəm şairimiz Sabir haqqında bir parça xatirat yazıb bu gecə[3] onu yad edənlərə təqdim etməyi faydadan xali görmədim.

Sabir Tiflisdə

      1911-ci ilin əvvəllərində Sabir müalicə üçün "Molla Nəsrəddin" idarəsi tərəfindən Tiflisə gətirilmiş idi. Sabirin xəstəliyi günü-gündən şiddət etməkdə idi. Xəstəliyinə baxmayaraq, Sabir yenə də yazmaqdan əl çəkmirdi. Hər gün Bakıdan alınan türk (Azərbaycan) qəzetlərini təqib edib əhvali-zəmanəni mütəzəmmən şeirlər yazmaqda davam edirdi. Hətta Kürdəmirdən vaqona oturub Tiflisə gələnə qədər yolda:

      Ağladıqca kişi biqeyrət olur,

      Necə ki, ağladı İran oldu.

      – Şeirini yazıb gətirmişdi. Sabir ilə bir otaqda yaşadığıma görə bəzən Sabir yatdığı bir halda oyanıb məni oturmuş gördükdə "qələmi al, bu taziyanəni yaz, bu qəmçini yaz" – deyərdi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно

Скачать книгу


<p>1</p>

Xatirə qəzetdə M. Hacınskinin gizli imzalarından biri – "Avara" imzası ilə getmişdir.

<p>2</p>

Məmmədəli Sidqi bundan başqa Sabir haqqında daha bir neçə xatirə yazıb çap etdirmişdir. ("Sabir və dostları", "Kommunist qəzeti", 28 dekabr, 1936, "Sabirin xəstəliyi", "Kommunist qəzeti", 24 iyul, 1936). Bu xatirədə nağıl olunan əhvalatlar sonrakı xatirələrdə təkrar edildiyi üçün biz həmin bu ilk xatirəni verməklə kifayətləndik. Məmmədəli Səfərov Sidqi (1888–1956) – məşhur müəllim və yazıçı Mirzə Məmmədtağı Səfərov Sidqinin (1854–1903) oğlu, jurnalist, "Molla Nəsrəddin jurnalının köhnə əməkdaşlarından biri. 1910-cu il noyabr ayının 13-dən 1911-ci il mart ayının 16-na kimi, Cəlil Məmmədquluzadənin şəxsi işlərilə məşğul olduğu üçün, "Molla Nəsrəddin" jurnalı Məmmədəli Sidqinin müvəqqəti redaktorluğu altında çıxmışdır. Sovet hakimiyyəti illərində Məmmədəli Sidqi uzun müddət "Kommunist" qəzeti redaksiyasında, ömrünün son illərində isə "Sosialist Sumqayıtı" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir.

<p>3</p>

1922-ci ilin ilk aylarında Bakıda Sabir adına kitabxanada M.Ə.Sabirin xatirəsinə həsr edilmiş ədəbi yığıncaq nəzərdə tutulur.