Hər kəs üçün yaxşı. Arif Əmrahoğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Hər kəs üçün yaxşı - Arif Əmrahoğlu страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Hər kəs üçün yaxşı - Arif Əmrahoğlu Xatirə ədəbiyyatı

Скачать книгу

və pəncərə nəfəsliyini otaq yoldaşlarının Arifdən icazəsiz örtməsi müşkül məsələ idi. Əhvalatın üzdə olan bir mənası da budur ki, tələbə yoldaşlarının Ariflə hesablaşmasının, Arifə hörmət-ehtiram göstərməsinin əsl səbəbi fiziki güc-qüvvətlə yox, onun daxili zənginliyi ilə bağlı idi və gecə-gündüz vaxt itirmədən kitab oxumaq, ciddi və əsaslı şəkildə mütaliə ilə məşğul olmaq həmin daxili zənginliyin mühüm göstəricilərindən idi. Pəncərə nəfəsliyi ilə bağlı əhvalatın alt qatda gizlənən mənası məndən ötrü daha əziz və daha unudulmazdır. Məsələ burasındadır ki, mən o nəfəsliyə, daha doğrusu, qışın oğlan çağında o nəfəsliyin saatlarla açıq saxlanmasına Arifin həyatının, Arifin keçib getdiyi ömür yolunun rəmzi mənası kimi baxıram. Şaxtalı günlərdə belə, pəncərə nəfəsliyini saatlarla açıq saxlamaq otaq yoldaşları ilə zarafatlaşmaqdan qat-qat artıq dərəcədə otağa təmiz hava gətirmək ehtiyacından doğurdu. Sözün hərfi mənasında təmiz hava, heç şübhəsiz, sözün məcazi mənasında təmiz hava ilə qırılmaz surətdə bağlı idi. Arif beş il qaldığı yataqxanada, oxuduğu və sonradan müəllim kimi çalışdığı filologiya fakültəsində, həmçinin elmi işçi olduğu Ədəbiyyat İnstitutunda, direktor müavini olduğu Ədəbiyyat Muzeyində, katib olduğu Yazıçılar Birliyində yeni ab-hava axtardı və bu ab-havanın yaranmasında əlindən gələni əsirgəmədi, gücü çatan işi bu gündən sabaha saxlamadı. Belə olmasaydı, yazıçı Anar, Arifin Yazıçılar Birliyindəki fəaliyyəti barədə bu sözləri deməzdi: "Arif təşkilatımıza yeni dövrün ab-havasını gətirdi… Arif Əmrahoğlunun Birliyimizə gətirdiyi yenilik, təbii ki, tək texniki vasitələrlə məhdudlaşmır. O, katibliyinin hələ ilk dövründə ən istedadlı gənc nasir, şair, tənqidçi, dramaturqlarla ünsiyyət yaratmağa, yeni nəslin sağlam qüvvələrini Yazıçılar ocağıyla daha yaxından bağlamağa nail oldu".

      Anarın sözünə qüvvət olaraq xatırladım ki, birinci dəfə Yazıçılar Birliyinə katib seçiləndə Arif Gənclərlə iş üzrə katib seçilmişdi və bununla ona çətin bir vəzifə həvalə edilmişdi. Çətinliyin səbəbi aydın idi: özlərindən kifayət qədər razı olub heç kimi bəyənməyən gənc yazarlar əhli-qələmin ən ərköyün təbəqəsidir. Bu təbəqə ilə dil tapmaq üçün katib yüksək daxili mədəniyyət sahibi olmalı və ədəbiyyatı dərindən bilməlidir. Gənc yazarlarla ünsiyyəti Arif məhz həmin məziyyətlər (yüksək daxili mədəniyyət sahibi olmaq və ədəbiyyatı dərindən bilmək) hesabına yarada bildi. Ən cığal gənclər belə, Arifin yanında ucadan danışmaq, ona ədəbiyyatdan dərs demək xəyalına düşmədilər. Ariflə hər hansı maksimalist gənc arasında, indiki medianın təbirincə desək, hansısa bir insident baş vermədi.

      Arif ağlayıb-sıtqamağı özünə sığışdırmayan, həyatının kədərli məqamlarından danışıb dost-tanışı kövrəltməyi xoşlamayan bir adam idi. Tələbə vaxtı oxuduğum birbəndlik şeirindən bildim ki, Arifin ana nisgili var. Şeirin məzmunu təxminən belə idi: ana, səni görmək üçün ölmək istəyirəm. Bu şeiri oxuyub Arifi sorğu-suala tutandan sonra mənə məlum oldu ki, Arifin anası cavankən rəhmətə gedib. Öyrənə bildim ki, anası uzun müddət yataq xəstəsi olub, o, rəhmətə gedəndə Arif doqquzuncu sinifdə oxuyurmuş. Arifin doğulduğu Ağqula kəndini görmək isə mənə Universiteti bitirəndən üç-dörd il sonra qismət oldu. Ədəbiyyat İnstitutunda Arifin laborant işlədiyi, mənim aspirant olduğum vaxtlar idi. Qış çoxdan gəlmişdi, amma qardan əsər-əlamət yox idi. Borçalının Kosalar kəndinə – tələbə yoldaşımız Vahid Ömərovun toyuna getməli idik. Arif dedi, əvvəl qalxaq bizim kəndə, sonra enərik Vahidgilin kəndinə. (Xatırladım ki, Vahidgilin kəndi Borçalının aran, Arifgilin kəndi Borçalının dağ kəndlərindəndir.) Yaşıllığın solub getdiyi, yal-yamacın bomboz bozardığı, yarpaqların tamam töküldüyü bir vaxtda belə, Ağqulanı mən bir cənnət guşəsi kimi gördüm: kəndə qalxan dolama yol boyunca dağ çayı axıb gedir, kənd özü uca bir taxçada yerləşir, kəndin qabaq tərəfi isə boya-boy meşədir. Ariflə məni evlərində analığı qarşıladı. Atası Əmrah kişi hardasa qonaqlıqda idi, evə bir az gec gəldi. Çox mehriban görüşdük, şirin-şirin söhbət elədik, Əmrah kişi saz çaldı, qədimi havalar bizi məchul uzaqlara apardı. Və Ağqula məni o qədər mütəəssir etdi ki, o təəssüratın havasına bir şeir də yazdım. "Aydınlıq içində" adlandırdığım o şeirdə belə misralar vardı:

      Bu torpaq aydan arı, sudan durudu.

      Elə durudu ki,

      Ölülərini görmək olur,

      Sevgisini duymaq olur Ölülərin…

      Ürəyindəkiləri hər kəslə bölüşməyi xoşlamasa da, Arif doğulduğu kəndin bir parçası kimi müəmmadan-filandan uzaq, aydın adam idi. Ağqula kəndlisi səhərdən axşamacan çalışıb-çabalayıb əlinin qabarı, alnının təri ilə çörək qazandığı kimi, Arif də Bakıya gəldiyi gündən heç kimə ümid bağlamadı, həm dolanışıq qurmaqda, həm də yavaş-yavaş cəmiyyətdə mövqe tutub nüfuz qazanmaqda daha çox öz istedadına və öz zəhmətinə güvəndi. Bu istedad və zəhmətkeşliyi BDU-nun filologiya fakültəsində Pənah Xəlilov, AMEA-nın Ədəbiyyat institutunda Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Arif Hacıyev… gördü və onlar Arifə böyük rəğbətlə yanaşdılar. Bu rəğbətin bir göstəricisi idi ki, Arif Hacıyev (kifayət qədər ciddi alim və doğru-dürüst insan) Ədəbiyyat institutundan Ədəbiyyat Muzeyinə direktor gedəndə Arifi özünə müavin apardı; BDU-nun filologiya fakültəsində "Türk xalqları ədəbiyyatı" kafedrasının müdiri Pənah Xəlilov (bizim gözəl müəllimlərimizdən biri) Arifin həmin kafedraya müəllim gətirilməsinə nail oldu. Bir müddət Prezident Aparatında – "Milli siyasət" şöbəsində çalışması və Yazıçılar Birliyində katib vəzifəsinə irəli çəkilməsi də, təbii ki, Arifin cəmiyyətdə səriştəli bir ədəbiyyatşünas və ayıq-sayıq bir ziyalı kimi tanınmasının nəticəsi idi.

      "Nəsrin poetikası" adlı ilk kitabını Arif mənə belə bir avtoqrafla bağışlayıb: "Əzizim Muxtar! Elmdə namuslu söz deməyə çalışdıq, deyə bilmişiksə, xoşbəxtik. M.Arif. 23. XII. 90". Bu avtoqrafla bağlı birinci onu demək istəyirəm ki, Arif o vaxtlar "Arif Məmmədov" imzası ilə çap olunurdu. (Yeri gəlmişkən qeyd edim ki, tələbə vaxtlarından bu yana əksər hallarda mən ona yarızarafat-yarıciddi "Məmmədov" deyərdim, o da mənə "İmanov". Məsələn, söhbətimiz təxminən bu şəkildə olardı: "Məmmədov, yenə aya-günə dönübsən, haralardasan?" "Başım yaman qarışıqdı, İmanov. Bir yazı yazıram, amma bir az ağır yazıdı". Sonralar Arif öz imzasında "Məmmədov" u "Əmrahoğlu" ilə əvəz etsə də, mən öz imzamda "İmanov" yerinə "Kazımoğlu" yazdırsam da, əvvəlki müraciət formaları aramızda olduğu kimi qaldı: "Məmmədov", "İmanov"). Yuxarıda xatırlatdığım avtoqrafla bağlı toxunacağım ikinci məsələ məhz ağır yazı məsələsidir. Məsələ burasındadır ki, Arif ədəbiyyatın ən ağır, ən mürəkkəb problemlərinin araşdırılması ilə məşğul oldu və ədəbiyyat haqqında namuslu söz deyə bildi. Birinci kitabının həsr olunduğu təhkiyə problemi az araşdırılan (xüsusən bizim ədəbiyyatşünaslıqda qətiyyən öyrənilməyən) problemlərdən biri idi. Klassik Azərbaycan nəsri, o cümlədən bu nəsrin "Aldanmış kəvakib" və "Danabaş kəndinin əhvalatları" kimi nümunələri əsasında Arif təhkiyənin strukturunu, tipini və xarakterini müəyyənləşdirdi, təhkiyədə hekayəçi, müəllif obrazı və müəllif kimi fiqurların mövqeyi barədə dolğun

Скачать книгу