“Martiroloq” və Tarkovski haqqında xatirələr . Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу “Martiroloq” və Tarkovski haqqında xatirələr - Коллектив авторов страница 3
Bizi tərk edən ruhların niyə bu dünyada darıxdığını indi anlayıram (Ölümündən sonra Axmatova mənə deyirdi: “Əvvəlki tək məni sevib, xatırlayırlarmı?”, “Mən sevdiyim kimi!” və ya buna bənzər nəsə.24).
İnsanı – ananı, qadını, uşaqlarının anasını, kişini – həqiqətən, sevmək üçün gərək bütöv şəxsiyyət, daha doğrusu, Dahi insan olasan. Anna Semyonovna da beləydi, anam da, nənəm də… Dekabristlərin bütün arvadları beləydi. Sevgi həqiqətdir! Riyakarlıqla həqiqət birləşə bilməz.
28 fevral 1982, Moskva
Heç vaxt özümə kiminsə qarşısında əyilməyi arzulamamışam (axmaq rolunda olmağa utanmışam). İstəmişəm ki, lazımlı insan olum.
27 fevral 1983, bazar günü, Via di Monserrato
“Cindar”25a arayış yazdım.
Gərək bütün gündəliklərdə eşələnib, bütün altdüşüncələri ayrıca dəftərə yazım. Gündəliklərdən iş üçün istifadə etmək qəti rahat deyil. Zamanla rahatlıq üçün onlardan çıxarışlar etməlisən.
Tyapa ilə telefonda söhbət etmək necə də kədərlidir! Çox darıxır… Necə insani duyğularsız cəmiyyət ola bilər ki, girov saxlamaq məqsədilə ailəni bir-birindən ayrı salsın. Vəziyyət get-gedə pisləşir, burası aydındır.
Və aydındır ki, Tanrı bütün bunların hamısını görür.
3 aprel 1983,Via di Monserrato
Sabah doğum günümdür – Romada artıq ikinci dəfədir.
Tyapadan ötrü çox darıxıram.
Bu gün ağlıma ayıq fikir gəldi – indi hara gedirəm-gedim, eyni şeydir: indi hər yerdə tənha olacağam – elə burada da, Moskvada da.
Burada nostalgiyaya görə, oradasa taleyimi dəyişən imkandan, azadlıqdan istifadə etməməyə görə.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.