Müşfiqli günlər. Dilbər Axundzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Müşfiqli günlər - Dilbər Axundzadə страница 4

Müşfiqli günlər - Dilbər Axundzadə Xatirə ədəbiyyatı

Скачать книгу

barəsində onun xalası oğlu Ağakərim Kərimov da bu yaxınlarda mənə kiçik bir xatirə danışmışdı. Həmin xatirəni də oxuçulara çatdırıram: “ Mən mollaxanada oxuyanda, Müşfiq 8–9 yaşlı uşaq idi. Bir dəfə mənimlə mollaxanaya getdi. Məktəbdən gəldikdən sonra mollanın dərs deməyini, mollaxananı lağa qoyub gülməyə başladı: “ Məktəb nə məktəb, molla nə molla! Adamın lap bağrı yarılır”, – deyib mənə mollanın yanına getməməyimi məsləhət gördü. Hələ bir həcv də yazdı. Həmin həcvdən yadımda bu sətirlər qalıb:

      Uşaq əyləşib yerə,

      Cındır həsir – dolu birə,

      Belə molla yerə girə!

      De görüm bu molla–

      Hara mollasıdır?

      Yoxsa, bu molla qara mollasıdır?

      Mollaxana haqqında yazdığı bu həcvi eşidəndə, qohumları təşvişə düşür, nənəsi Qızqayıt Mikayılı yanına çağırıb, ona öyüd-nəsihət verməyə başlayır:

      – Ay bala, yetim uşaqsan, özünü də, bizi də işə salarsan. Molla eşidər, sənə küfr oxuyar, deyər: oxşayıb oxşamışlarına. Mollaxananı heç atan Mirzə Qədirin də görməyə gözü yox idi. Ona görə də gedib “Səadət” məktəbində uşaqlara hər cür elm öyrədirdi.

      Mikayıl isə: – Nənə, mən Cəfər kimi şair olacağam, – deyib özünəməxsus bir hərəkətlə onun şeirini dedi:

      Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,

      Ürək süqut eləməz aldığım mətanətdən.

      Ricavü xəvfə məkan vermərəm gər alimlər

      Min il də vəz edələr dəhşəti-qiyamətdən.

      Qızqayıt xala fikrə gedər və deyərdi: – Cəfərin yolu ilə gedəcəksənsə, evimiz yıxıldı. Elə sizləri yoldan çıxaran Cəfər kimi adamlardır. Məgər Cəfər az əzab çəkir, onu gündə Dumaya çağırırlar. Bax, Cəfər bu gecə qardaşı oğlu Heydərin toyuna getmişdi. Hələ də gəlməyib, Şahbikə səhərə kimi yatmayıb. Axırda öyrənib ki, Cəfəri Dumaya aparıblar. Səni də Dumaya apararlar. Yetim uşaqsan, mən də bu ağrıyan ayaqlarımla sənin dalınca gələ bilmərəm.

      “Lakin bu kimi sözlər Müşfiqin əqidəsinə uyğun gəlmirdi. O, çox cəsarətli olduğundan sözü üzə deməkdən də çəkinmirdi. Nənəsini başa salmağa çalışırdı ki, o, ancaq şair olacaqdır. Uşaqlıqdan şeirə belə həvəs götərən Mikayıl sözün əsil mənasında çoxlu şeirlər yazırdı. Ancaq o vaxt şeirlərini toplayıb saxlamamışıq. O, öz hafizəsinə arxayın olduğu üçün hər şeiri köçürməzdi”.

      M. Müşfiq bir dərəcəli 10 №-li məktəbdə Şəmsi Bədəlbəyli (Azərbaycan SSR xalq artisti) ilə üç il eyni sinifdə parta arxasında oturmuş, birlikdə oxumuşdu. Onun da xatirələrindən məlum olur ki, Müşfiq hələ lap uşaq yaşlarından şeir yazıb məktəbin divar qəzetində “Yel döyən oğlu Səba yel” imzası ilə dərc etdirmişdir.

      Bir axşam rəfiqəm Pirayə sevinə-sevinə mənə yanaşdı.

      Onun üzündə qeyri-adi bir təbəssüm və həyəcan vardı.

      – Dilbər, sənə şad xəbər verəcəyəm, – dedi.

      Mən sual dolu gözlərimi ona dikdim.

      – Sənə Müşfiqdən məktub gətirmişəm, al!..

      Yerimdə donub qaldım.

      – Nə oldu, Dilbər? Al oxu, görək nə yazıb!

      Məktubu bərabər oxuduq. Müşfiq ilk görüşümüzdən aldığı təəssürat əsasında iki şeir yazmışdı. Sonralar həmin “İşidir” rədifi qoşmasının yaranma tarixini mənə danışdı. Sən demə, müsamirədə olduğumuz gecə, mən, sinəmə düşən uzun qoşa hörüklərimi geri atanda, Müşfiqin üzünə toxunubmuş. (Bəlkə də toxunmayıbmış.) Ancaq o, məni inandırmağa çalışırdı ki, guya o günü onu ətirli bahar küləyi vurmuşdu… Həmin qoşma belə idi.

      Xayır, hörüklərin deyildir ilan

      O əski şairlər söyləmiş yalan,

      Məni xəyal kimi ayağa salan, –

      O coşğun dalğalı telin işidir…

      “Ədəbi sevgi” şeirindən həmin gecəni xatırladan misraları da oxucuların nəzərinə çatdırmaq istəyirəm:

      Xatırla, sevgilim, bir axşam çağı,

      Yandı gözlərimdə eşqin çırağı.

      Saçlarından ilham aldığım zaman,

      Sardı gözlərimi incə bir duman,

      Nə yüksəyi gördüm, nə də alçağı.

      Şeirlər xoşumuza gəldi. Məktubun sonunda Müşfiq mənə öz səmimi hiss və məhəbbətindən yazırdı.

      Pirayə mənim üzümə mənalı baxıb dedi:

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAMCAgMCAgMDAwMEAwMEBQgFBQQEBQoHBwYIDAoMDAsKCwsNDhIQDQ4RDgsLEBYQERMUFRUVDA8XGBYUGBIUFRT/2wBDAQMEBAUEBQkFBQkUDQsNFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBT/wgARCAjKBdwDASIAAhEBAxEB/8QAHQABAAICAwEBAAAAAAAAAAAAAAcIBQYBAwQJAv/EABgBAQADAQAAAAAAAAAAAAAAAAABAgME/9oADAMBAAIQAxAAAAGXUliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNEliNElgAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAY4yKGdCLRq5yib245AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAABC5M/NCrlG1gAOBy45AAAADj8HY1LzG7MbkTk4EP6rW0lvLQaPoRlaE2QJndMNG8U1xvhhwJOeBNNpfnjvpeFgcie3iK4eLQahS/zl89o+ce4l7USS0cgAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA/NAb8fPI80hR6Po5+q5SsblBsVxYb/hNb5JotD89d5Lyc6BuR7UQxQW1VtsAZLhAZkq2YDg54DukGOBYTVYmyMMc2XJVtpH6lHupeJeZOx0xrOI3P2y0TP7n+876m2xW2l4+RE1izolvy3rGH6kT8TEc

Скачать книгу