Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде

Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде страница 13

Жанр:
Серия:
Издательство:
Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде

Скачать книгу

ikən yazmışdır. Eyni ildə üləmanın fitvası üzərinə Miranşahın əmrilə Naxçıvanda öldürülmüşdür.

      35

      Əbu Abdullah Məhəmməd ibni Bakuya Şirazda bir dağ başında yaşadığı için ona Baba Kuhi deyilmişdir. Bakıdan gəlmiş idi. Vəfatı h. 442- ci ildir. Divanı «British museum»dadır, son zamanlarda Şirazda basılmışdır.

      36

      Şeyx Hümam İlxanlılardan Abaqa xanın vəziri, Sahibdivanın nədimlərindən olmuşdur. Fəsahət (anlatma) və səlasətdə (axıcılıqda) «Azərbaycan Sədisi» deyə məşhurdur. Bir qəzəlinin sonunda təəssürləmi, yoxsa təvazöləmi özü haqqında yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:

      Pəyam deh suy-e bolbol ke ba vocud-e homam

      Rəva bovəd ke soxənha-ye eşq pərdazi?!

      Homam-ra soxən-e delfərib-o şirin-əst

      Vəli çe süd ke biçare nist şirazi?!

      Hümam varkən söyləyiniz bülbülə,

      Münasibdür eşqə mahnı söyləsin?!

      Könül açar dadlı dili Hümamın

      Zavallı Şirazlı deyil, neyləsin?!

      37

      Bu şairlər türk ədəbiyyatının kadrosuna girmiş olmaqla bərabər farsca şeirlər dəxi, yazmışlar.

      38

      Bu zat İlxanlılar dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadır xan adına yazdığı «Şahənşahnamə» mənzuməsi Yafəsdən başlayaraq ta Əbu Səid xana qədər keçən dünya vaqeələrini nəzm etmişdir. Əsərin tam nüsxəsi «British museum»dadır. Əsər Rəşidəddinin təşviqilə yazılmışdır.

      39

      Qasım Ənvar farsca ilə bərabər türkcə və giləkcə dəxi, şeirlər yazmışdır. Hicri 757-ci ildə Təbriz civarındakı Surxabda doğulmuşdur.

      40

      Sadıq Əfşar əsərlərini həm farsca, həm də türkcə yazmışdır. Eyni zamanda rəssamlığı da varmış. Bir tablosu Leninqrad müzeyindədir.

      41

      Saib öz zamanında müsəlman Doğusunun ən tanınmış bir şairi idi. Osmanlı sarayının istəyi üzərinə Səfəvilər tərəfindən Saibin əsərləri İsfahandan İstanbula hədiyyə göndərilirdi [«Encyclopedie de L’İslam»].

      «Encyclopedie de L’İslam»da Saibin isfahanlı olduğu yazılıdır ki, bu, yanlışdır. Saib təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkcə də gözəl şeirlər yazmışdır və doğum yeri olan Təbrizlə öyünməkdədir. Aşağıdakı beytlər onundur:

      Saeb əz xak-e pak-e Təbriz-əst

      Həst Sədi gər gel-e Şiraz.

      (Əgər Sədi Şirazın palçığındandırsa

      Saib Təbrizin pak torpağındandır. – R.Ə.).

      və ya:

      Ze hosne təb-e to Saeb ke dər tərəqqi bad

      Bolənd-nam şod əz comle şəhrha Təbriz.

      (Saib, qoy ucalsın sənin ilhamın ki, onun gözəlliyindən

      Təbriz bütün şəhərlərdən yüksək ad qazandı. – R. Ə.).

      və ya türkcə:

      Sabiqən zövq verirdi şüarayə Şiraz

      İndi Şirazı keçib abü-həva-yi Təbriz.

      Saibin təbrizli olduğunu ondan sonra gələn verimli şairlərdən Təsir dəxi, aşağıdakı beytilə təyit etməkdədir:

      Hazeqe nəbz-e soxən dər həme-ye aləm nist

      Becoz əz Saeb-o-Təsir ke əz Təbriz-ənd.

      (Təbrizdən olan Saib və Təsirdən başqa

      Bütün dünyada sözün nəbzini duyan yoxdur. – R. Ə.).

      42

      Be dour-e kərəm bəxşeş e-nik did

      Ze Məhmud-e keşvərsetan Onsori.

      Be dəh beyt səd bədre-vo-bərde yaft

      Ze yek fəth-e Hendustan Onsori.

      Şenidəm ke əz noğre zəd dikdan

      Ze zər saxt alat-e xan Onsori.

      Mənası:

      Verim çağında kərəmlər gördü

      Sultan Mahmudu anan Ünsüri.

      On beytə qarşı yüz bəxşiş aldı

      Hindistan fəthini yazan Ünsüri.

      Süfrəsində vardı qızıl qaşıqlar,

      Mətbəxində gümüş qazan Ünsüri.

Xaqani

1

Nezami-ra ço in mənzume xaniHozurəş dər soxən yabi əyani.Nehan key manəd əz to celvesaziKe dər hər beyt quyəd ba to razi.Pəs əz səd sal gər quyi koca uZe hər beyti neda xizəd ke ha u.

2

V.Bartold. «İslam mədəniyyəti tarixi». İstanbul, 1940, səh.71.

3

Türk dili daha XIII yüzildə islam dünyasının üçüncü kültür dili sayılırdı [V.Bartold. «İslam mədəniyyəti tarixi», s.125].

4

Firdovsidən:

Bəs rənc bordəm dər in sale-siƏcem zinde kərdəm bedin parsi.

5

Sinanın filoloji baxımdan türkcə bir ad olduğu da dava edilmişdir.

6

«Danişməndan-i Azərbaycan» adındakı bu kitab əsərlərini bilxassə, ərəbcə və farsca yazmış azərbaycanlılara ayrılmışdır. Kitab farscadır, Tehranda hicri 1314-də basılmışdır.

7

Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan bilginləri arasında saymaqdadır. Zərdüşt gerçəkdən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin bundan 1000 il əvvəl yazmış olduğu ərəbcə əsərdə Zərdüştün Azərbaycanda [Muğanda] doğulub, yetişdiyi qeyd olunmuşdur.

8

XVIII yüzil Avropa hürfikirliliyini Doğuda qüvvətli təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış ilk müsəlman dramaturqu və çağdaş Azərbaycan ədəbiyyatının qurucusu Mirzə Fətəli Axundzadədir.

9

Xətib-i Təbrizi adı ilə tanınan bu adam məşhur filosof Əbül Üla Meərrinin şagirdidir, künyəsi Əbu Zəkəriyyədir.

Скачать книгу