Fəlsəfə : dərs vəsaiti. Elşən Bayramzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Fəlsəfə : dərs vəsaiti - Elşən Bayramzadə страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Fəlsəfə : dərs vəsaiti - Elşən Bayramzadə

Скачать книгу

tez başa düşülənliyi ilə (“çaru” –xoşagələn, tez başa düşülən, “vak” –söz) seçildiyi üçün onlar “çarvaklar” adlandırılıb. Materializmi işarələmək üçün lokayata sözündən də istifadə edildiyi üçün( lokayatamata -adi insanın baxışları) bu təlim həm də çarvak-lokayata adlandırılır. Çarvak-lokoyata təliminin kim tərəfindən yaradıldığı dəqiq bəlli deyil. Bununla belə bir çox hind fəlsəfə tarixçiləri bu təlimin Brihaspati tərəfindən yaradıldığını iddia edirlər.

      Çarvak-lokayata təlimi əsasən üç hissədən ibarətdir: qnoseologiya -idrak nəzəriyyəsi; ontologiya -varlıq haqqında təlim; etika -əxlaq nəzəriyyəsi.

      Çarvak-lokayata sisteminə görə idrakın səhih mənbəyi qavrayışdır. Qavrayışa aid olmayan digər idrak mənbələri, məsələn nəticə, digər şəxslərin şəhadəti dəqiq deyil və yanlış nəticələr verir. Ona görə də birbaşa qavrayışla dərk etdiklərimizdən başqa heç nəyə inanmaq olmaz.

      Qavrayış bizə yalnız maddi dünyanı aşkarlayır. Maddi dünya isə materiyanın dörd ünsüründən: hava, od, su və torpaqdan ibarətdir. Bu ünsürlərin hər birinin mövcudluğuna biz qavrayış vasitəsilə əmin oluruq. Dörd ünsürün müxtəlif kombinasiyaları təkcə cansız maddi obyektləri yox, ölümündən sonra yenə həmin ünsürlərə çevrilən bitki və canlıları da əmələ gətirir.

      Çarvak-lokayata təliminə görə qeyri-maddi insan canı (ruhu) haqqında danışmağın heç bir əsası yoxdur. İnsan bütövlükdə materiyadan ibarətdir.

      Düzdür insan şüura malikdir, lakin şüur materiyadan təşkil olunmuş canlı bədənin keyfiyyətidir. Şüursuz ünsürlərdən təşkil olunan predmetin (bədənin) şüursuz olacağını iddia etmək də düz deyil. Ayrı-ayrı ünsürlərin heç birində olmayan keyfiyyətin, bu ünsürlərin birləşməsindən yaranan predmetə xas olmasına çoxlu misallar göstərmək olar. Məsələn, qara bibər kolu, qoz və əhəng birlikdə çeynənilərsə alınan kütlə, əvvəlki elementlərin heç birində olmayan qırmızı rəng olacaq. Buradan belə nəticə çıxarılır ki, maddi ünsürlərin xüsusi qaydada kombinasiyası şüura malik canlı bədəni yaradır. Aydındır ki, şüur bədəndən kənarda mövcud ola bilməz. İnsan ölərkən ondan heç nə qalmır, yəni insan canı əbədi deyil.

      Çarvak-lokayata fəlsəfəsinin əxlaq təlimi axirət dünyasının inkarına əsaslanır. Dini ayinlərin icrası ilə axirətdə əbədi xoşbəxtlik tapacağına inamı isə onlar kahinlərin uydurması hesab etmişlər. Ona görə də zəkalı insanın həyatının əsas məqsədi, gerçəkliyinə heç bir şübhə olmayan bu real dünyada daha çox həzzə nail olmaqdır.

      1.3.2. Caynizm. Caynizm fəlsəfəsinin ardıclıları belə hesab edirlər ki, bu təlim ən qədim dövrlərdə yaranmış və iyirmi dörd müəllimin (tirthankara) ardıcıl fəaliyyəti nəticəsində formalaşmışdır. İlk müəllim Rişabhadeva, sonuncu müəllim isə m.ö. VI əsrdə yaşamış Vardhamana (ona həm də “böyük qəhrəman” -Mahavira da deyirlər). Caynizm termini “qalib” anlamı verən “cina” sözündən götürülüb. Bu təlim tərəfdarlarının fikrinə görə onların iyirmi dörd müəlliminin hamısı bütün ehtiraslara qalib gələrək azadlıq məqamına çatmışlar.

      Caynizm təlimi də əsasən idrak nəzəriyyəsi, varlıq və əxlaq təlimlərindən ibarətdir.

      Caynizm idrak nəzəriyyəsi qavrayışı biliyin yeganə səhih mənbəyi sayan çarvak-lokayata təlimini qəbul etmir. Bu təlim tərəfdarlarının fikrincə qavrayışdan əlavə məntiqi nəticə və şəhadət də biliyin səhih mənbəyi ola bilər. Əgər məntiqi nəticələr müəyyən məntiqi qanunlara tabedirsə, bu halda onların vasitəsilə səhih bilik əldə etmək mümkündür.

      Şəhadət isə o zaman səhih olur ki, o özündə etibarlı avtoritetdən qalmış məlumatı əks etdirsin. Caynist sistemində belə avtoritetlər “cinalar”, və yaxud tirthankaralardır.

      Caynistlər idrakın yuxarıda adı çəkilmiş üç mənbəyinə əsaslanaraq kainatın quruluşu haqqında təlim yaradırlar. Qavrayış od, su, hava və torpaq kimi ünsürlərdən ibarət maddi substansiyaları bizə aşkar edir. Nəticə isə məkan (yəni, maddi substansiya harada isə mövcud olmalıdır) və zamanın (çünki dəyişiklik, yəni substansiyaların müxtəlif hallar sırası onsuz anlaşılmır) mövcudluğu inamını yaradır. Eyni zamanda hərəkət və sükunətin “dharma” və “adharma” kimi səbəbləri də var.

      Caynistlərə görə təkcə heyvanlar yox, həm də bitkilər, hətta tozcuqlar da cana malikdir. Lakin müxtəlif canlılar heç də bərabər şüura malik deyillər. Onlardan bəziləri, məsələn bitki və yaxud tozcuğun canı yalnız toxunma hissinə malikdirlər. İbtidai canlı orqanizmlər iki, nisbətən inkişaf etmişləri üç, bəziləri isə dörd hissə malikdir. İnsan isə beş hissə malik olaraq, onların köməyi ilə dərk edirlər. Lakin hisslərin hansı səviyyədə inkişaf etməsindən asılı olmayaraq, bədəndə yaşayan can idrak imkanlarına görə məhduddur. Onların gücü də məhdud olub hər bir iztiraba məruz qalırlar.

      Bununla belə hər bir can şüurluluq, güc və xoşbəxtlik əldə etməyə qadirdir. Buna isə əsasən canın arzu və ehtiras qüvvəsi, yəni karma mane olur. Karmanın dəf edilməsi ilə can azad ola və təbii kamilliyə yetişə bilər.

      Canın azad olunmasına artıq azadlığa yetişmiş müqəddəslərin (tirthankaraların) təlimi və həyatı nümunə ola bilər. Azad olmaq üçün isə üç şey zəruridir: caynizm təliminə mütləq inam, bu təlimi dəqiq bilmək, düzgün davranış. Düzgün davranış isə ədalətsizlikdən, yalan danışmaqdan, oğurluqdan, hisslikdən və hissi obyektlərdən imtinadan ibarətdir. Özümüzdə düzgün inam, düzgün bilik və düzgün davranış aşılandıqdan sonra biz ehtiraslarımıza nəzarət imkanı əldə edirik və materiya bağları ilə canı buxovlayan karmanı kənarlaşdırırıq. Maneələr aradan qaldırıldıqdan sonra can yenidən təbii kamillik: hüdudsuz inam, hüdudsuz bilik, hüdudsuz güc və hüdudsuz bəxtiyarlıq əldə edir. Bu isə elə azadlıq halıdır.

      1.3.3. Buddizm. Dünyanın bir çox regionlarında bu gün də çoxsaylı tərəfdar və ardıcılları olan Buddizm m.ö. V əsrdə Qədim Hindistanda yaranmış dini-fəlsəfi təlimlərdən biridir. Sonrakı dövrlərdə, təqribən m.s.III əsrdə Çin, Cənub-Şərqi Asiya ölkələrində də tərəfdarlar tapmışdır.

      Bu təlimin banisi Qautama Sidhartha Şakyamuni –Budda (m.ö. 563-483) olmuşdur. Şimali Hindistanda knyaz ailəsində doğulmuş Qautama mürəkkəb həyat yolu keçmişdir –taxt-tac varisi, asket-zahid, müdrik. Həyatının ilk illərini atasına məxsus, hər tərəfdən yaşıllıq və uca divarlarla əhatələnmiş dəbdəbəli sarayında keçirmiş Qautama, ətraf aləmdə daha nələr var deyə saray hüdudlarından kənara çıxır. Rastlaşdığı dörd hadisə onun dünyagörüşündə ciddi dönüş yaradır. Birinci, üzü qırışlı, saç-saqqalı ağarmış qocanı görməsi ona anladır ki, cavanlıq əbədi deyil. İkinci, ağır xəstəlikdən əzab çəkən, üz-gözü xora ilə örtülmüş xəstəni görəndə isə başa düşür ki,

Скачать книгу