Bakı və bakılılar. Qılman İlkin

Чтение книги онлайн.

Читать онлайн книгу Bakı və bakılılar - Qılman İlkin страница 11

Автор:
Жанр:
Серия:
Издательство:
Bakı və bakılılar - Qılman İlkin

Скачать книгу

tərəf yönəldir. Qıjıltı ilə hücum çəkən su qala divarlarını yuyub uçurur və şəhərə dolmağa başlayır. Bu vaxt Nadirə xəbər çatır ki, Qars və İrəvan tərəfdən türk qoşunları gəncəlilərin köməyinə tələsirlər. Nadir tez Gəncəni işğal etmək fikrindən əl çəkərək, düşməni qarşılamaq üçün 1735-ci ilin may ayında Ermənistana tərəf yürüş edir. Düşməni məğlub etdikdən sonra İrəvan və Tiflis şəhərlərini işğal edir və təzədən Gəncəyə qayıdır. Bu dəfə Gəncədəki türk qarnizonu Nadirin basqınına davam gətirə bilməyib, təslim olur.

      Türklər Nadirin hücumunun qarşısını almaq üçün onun cəbhə arxasına Krım tatarlarından ibarət böyük bir dəstə desant çıxarır. Tatarlar Dərbənd qalasında yerləşirlər. Bundan xəbər tutan Nadir Dərbəndə hücum edərək, tatarları geri çəkilməyə məcbur edir.

      İngiltərə və Fransa dövlətləri hələ də rus dövlətinə qarşı qəsd üçün İran və Türkiyədən istifadə etməyə çalışırdılar. Onların niyyəti bu idi ki, bu iki dövlət arasında ittifaq bağlansın və sonra hər ikisi Rusiyaya qarşı hücuma təhrik edilsin.

      Rus imperiyası tarixində isə böyük dəyişikliklər əmələ gəlmişdi. 1725-ci ilin yanvarında, I Pyotr öləndən sonra onun taxt-tacına I Yekaterina çıxarılmışdı. Lakin onun hökmranlığı cəmi üç il davam etmişdi. Ondan sonra hakimiyyət başına keçən II Pyotrun da hökmranlığı üç ildən artıq çəkməmişdi. Saray dəyişikliyi zamanı taxtdan düşürülüb, yerinə Anna İoannovna çar elan edilmişdi.

      Anna İoannovnanın hakimiyyət başına keçməsi Rusiyanın ağır bir dövrünə təsadüf etmişdi. Bu illərdə ölkənin daxili və xarici vəziyyəti xeyli pisləşmiş, ordu və donanma çox zəifləmişdi. Belə bir vəziyyətdə Rusiyadan uzaqlarda, Xəzər sahili əyalətlərində ordu saxlamaq böyük xərc tələb edirdi. I Pyotrun Xəzərin qərb sahilində işğal etdiyi torpaqlar cəmi 100 kilometr enində və 600 kilometr uzunluğunda bir zolaqdan ibarət idi. Bu torpaqları əldə saxlamaq üçün Xəzər sahillərində 16 nizami, 7 süvari draqun polku dururdu. Bunlardan başqa buraya 1.800 nəfərdən ibarət kazak, tatar, çuvaş, gürcü, erməni və mordov işçi qüvvəsi də gətirilmişdi. Təbii ki, bu böyüklükdə qüvvəni saxlamağa külli xərc tələb olunurdu. İqlimə alışmamış əsgərlər içərisində xəstəliklər artırdı. Tibbi yardım lazımi səviyyədə olmadığından ölüm halları çoxalmışdı. N. Butkov yazırdı ki, Rusiya bu işğal dövründə çoxlu adam itirmişdi. Əyalətdən əldə edilən gəlir ixracatı ödəyə bilmirdi. Cənubda Rusiya üçün ordu saxlamaq bir də ona görə təhlükəli idi ki, bu əyalətlərin üstündə İranla müharibə baş verə bilərdi. O biri tərəfdən Türkiyənin də Rusiyanı təzədən hədələmək qorxusu vardı. Buna görə Rusiyaya Xəzər dənizinin deyil, Qara dənizin sahillərini möhkəmlətmək lazım idi. Türkiyə ilə müharibədə Rusiya İranla müttəfiq də ola bilərdi. Bu mülahizələr baxımından ruslar Xəzər sahili əyalətlərini tərk etmək məcburiyyəti qarşısında qalmışdı. İranla rus dövləti arasında ittifaq bağlanmasına Türkiyə heç cür razı ola bilməzdi. İngiltərə ilə Fransa da bu işdə Türkiyənin siyasəti ilə həmrəy idilər. Ancaq bununla belə, 1732-ci ilin 21 yanvarında Rəşt şəhərində İranla rus dövləti arasında sülh müqaviləsi bağlandı. Bu müqavilənin əsas maddələrindən biri ondan ibarət idi ki, İran dövləti Türkiyəni Xəzər sahili əyalətlərinə buraxmamağı bir vəzifə olaraq, üzərinə götürürdü. Bundan başqa sülh müqaviləsində rus tacirlərinin İran daxilində sərbəst alveri üçün imtiyazlar yaradılması da nəzərdə tutulurdu.

      1735-ci ildə Gəncə yaxınlığında rus imperiyası ilə İran dövləti arasında yeni bir müqavilə bağlandı. Bu müqaviləyə əsasən rus qoşunları Bakı və Dərbənddən çıxarılmalı idi. Rus tacirlərinin İran torpaqlarında sərbəst və gömrüksüz ticarət edə biləcəkləri isə yenə pozulmaz bir maddə kimi müqavilədə qalırdı.

      Rus qoşunları artıq Bakını tərk etməyə başlayırlar. Nadir özünün ən yaxın adamlarını həmin əyalətlərin şəhərlərində yerləşdirməyə tələsir. Şahın ən yaxın və etibarlı adamlarından biri olan Qələmi Bakıya sultan təyin olunur. Bakıda və ətraf kəndlərdə Nadir özünə möhkəm dayaq yaratmaq məqsədilə əfşar türk tayfalarından bir çoxlarını buraya sürgün edərək, Sabunçu, Keşlə, Zabrat və başqa kəndlərdə yerləşdirir. Sabunçuya köçürülmüş əfşar tayfalarının içərisində şahın ən yaxın adamlarından biri olan sərkərdə Aşur xan da vardı. 1743-cü ildə Ağsu yaxınlığında Şirvanşahların qaldırdığı üsyanın yatırılmasında Aşur xan fəal iştirak etmişdi. Sonralar Sabunçuda yaşamış məşhur Aşurbəyov sülaləsi yəqin ki, Aşur xanın nəslindəndir.

      1736-cı ilin fevralında Nadir Muğana gəlir. O, kiçik yaşlı III Şah Abbasın ölümü münasibətilə ölkənin hər tərəfindən feodalları da buraya çağırtdırmışdı. Yığıncaq təxminən indiki Sabirabad torpağında keçirilmişdi. O zaman bu yer Cavad adlanırdı. Nadir gələnləri təntənə ilə qarşılamış və onlar üçün hətta müvəqqəti evlər, məscid və hamam da tikdirmişdi. İran feodallarının bu yığıncağında Nadir özünü İranın şahı elan etmişdi. Nadir şahın taxta çıxması ilə Səfəvilər sülaləsinə son qoyuldu. Bundan sonra Nadir ölkənin cənubuna yürüdü. 1736-cı ilin aprelində Nadir şah 1735-ci il İran-rus müqaviləsini pozaraq, Ərzurumda Türkiyə ilə sülh danışıqlarına başladı. Halbuki 1735-ci il Gəncə müqaviləsinə əsasən İran Rusiyanın razılığı olmadan Türkiyə ilə heç bir müqavilə bağlamamalı idi. Beləliklə, 1736-cı ilin noyabr ayında İranla Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqavilənin bağlanmasına İngiltərə xüsusilə böyük səy göstərmişdi. İngilislər Rusiyanın Şərq ölkələri ilə olan hər cür ticarət əlaqələrinin də yerli-dibli kəsilməsi üçün əllərindən gələni əsirgəmirdilər. Onlar Rusiya-İran ticarətinə mane olmaq üçün xüsusi quldur dəstələri yaradaraq, Xəzər dənizində üzən rus ticarət gəmilərinə müntəzəm basqınlar təşkil edirdilər. Nadir şah da onların bu hərəkətini bəyənir və dəniz quldurlarını gəmilərlə təmin edirdi.

      Rus dövləti öz qoşunlarını Xəzər sahili əyalətlərindən geri çəksə də, bu yerlərin Rusiya üzərinə hücum platformasına çevrilməsinə yol verə bilməzdi.

      Tacirlər sərbəst ticarət üçün şərait olmadığından ölkəni tərk edirdilər. Bakıda ticarət zəifləmişdi. Şirvandan ipək ixracı azalmışdı. Məşhur səyyah İ. Lerx belə yazırdı: "Dərbənddə 150 dükan üçün nəzərdə tutulmuş bir verst uzunluğundakı karvansarada bir nəfər də tacir yoxdur. Xəzər sahili əyalətlərinin İran hakimiyyəti altına keçməsindən sonra şəhərlərdə əhalinin miqdarı xeyli azalmışdır. Evləri, ocaqları uçub dağılmış bu adamlar başqa yerlərə köçməyə məcbur olublar".

      Ölkənin iqtisadi böhran keçirdiyi, xəzinə gəlirinin azaldığı bu dövrdə işğalçılıq müharibələri İran hakim dairələri tərəfindən yeganə çıxış yolu kimi göstərilirdi.

      Quraqlıq və ardı-arası kəsilməyən müharibələr nəticəsində ölkədə başlayan aclıq əhalinin böyük qırğınına səbəb olmuşdu. Nadirin taxta çıxdığı 1736-cı ilin qışında ölkədə

Скачать книгу