səhnədə biz Rozayla tanış oluruq. Roza… O tamamilə bədbəxtdir. Yadınızdadır nəyə görə? Çünki, o çox darıxdırıcı, varlı bir adama ərə getmək məcburiyyətindədir. Onun anası deyir: ”Roza, sən bunu bizim ailəmizin naminə eləməlisən.” Bu da bizim bu səhnədən aldığımız ikinci şüuraltı informasiya: Siz pula görə ruhunuzu iblisə satmalısınız. Sonra isə filmi və oradakı, bütün emosional səhnələri yadınıza salın. Gəlin Rozanin 1-ci dərəcədən olan restoranda etdiyi nahar yeməyini xatırla-yaq. O, bütün bu darıxdırıcı adamların arasında oturaraq bir anlıq fikrə gedir: ”Mən bütün həyatımı bu insanların arasında keçirməli olacam?” Sonra isə bu səhnəni görürük: Bəm-bəyaz əlcəklər geyinmiş ana və qızı. Ana qızını ilbiz üçün nəzərdə tutulmuş, sol tərəfdən 8-ci çəngəldən istifadə edə bilmədiyi üçün cəzalan-dırır. Biz bu səhnələrdə varlı insanların necə xüdbin və təkəbbürlü olduğunu görürük. Sonra Leonardo ona deyir: ”Gedək mənimlə 3-cü dərəcədən olanlarçün göyərtəyə və mən sənə əsl əyləncənin nə olduğunu göstərim.” Yadınız-dadır? Onlar kasıblar əylənən yerə gəlirlər, orada isə xoş-bəxtlik, şənlikdi. Hamı rəqs edir, oxuyur, əylənir. Və biz, bunu hiss etmədən, yenə də öz kiçik şüuraltı proqramlaşdırma payımızı alırıq və bu informasiya bizə deyir: varlılar çox lovğa və darıxdırıcıdırlar. Kasıblar isə, əslində çox yaxşı, mülayim, şən insanlardır. Əgər sən vaxtını əla keçirmək isəyirsənsə, kasıbların məclisində əylənmək lazımdı.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.