Çaldıran döyüşü. Фарман Керимзаде

Чтение книги онлайн.

Читать онлайн книгу Çaldıran döyüşü - Фарман Керимзаде страница 4

Жанр:
Серия:
Издательство:
Çaldıran döyüşü - Фарман Керимзаде

Скачать книгу

yoxdursa, bu məhşər ayağından sağ-salamat keçəcək, kimin günahı varsa, həmin şəxs elə buradaca öz günahını yuya bilər. Mənim dediklərimi təkrar eləyin. Bu, doğrudan da, məhşər ayağı idi. Məsciddə hələ heç kim namaz qılan vaxt şeyxin «Allahu Əkbər» kəlməsindən başqa, heç bir sözünü təkrar etməmişdi. İndi on mindən, çox adam «Əliyən-vəliyullah» kəlməsini təkrar etməliydi. Şeyx Nəcməddin həmin kəlməni bir daha təkrar etdi: «Məhəmmədən rəsullillah, Əliyən vəliyyullah». Özü də aramla… Məsciddəki şiələr onunla bərabər bu sözləri təkrar etdilər. Özü də ürəkdən, can-dildən. Neçə illər idi ki, onların səsini boğmuşdular. Aşura keçirəndə, xəncərlə alınlarını yarıb qanlarını ağ köynəklərinə tökəndə, zəncirlə sinələrinə döyəndə onları lağa qoymuşdular. İndi əllərinə girəvə düşmüşdü. Bu vaxt məsciddə tük-ürpədən bir qışqırtı eşidildi və kəsildi. Hamı döndü. Şiələrdən biri xəncəri yanında dayanan, bu sözləri təkrar etməyən qonşusunun ürəyinə saplamışdı. Qarışıqlıq düşə bilərdi. İsmayıl qorçubaşı Dədə bəyə baxdı. O da məsciddəki adamlarına göstəriş verdi. İribığlı adamı dartıb kənara çıxartdılar.

      Şeyx Nəcməddin xütbəyə ara verdi:

      – Ey müsəlmanlar! O şiənin cəzası veriləcək. Ona görə ki, bu allahın evinə silahla gələn yalnız Sahibi Zamandır. O, allahın buyruğu ilə gəlib və hər yerdə məhşər qurmağa ixtiyarı ona gözəgörünməzin özü verib. İndi məhşər ayağında mənim dediyim mübarək kəlamları təkrar edin.

      – Biriminci imamın – imami Həsən.

      Məscid titrədi.

      – Biriminci imamın – imami Həsən!

      – İkiminci imamın – imami Hüseyn!

      Məscid yenə titrədi. Hiss olunurdu ki, artıq sünnilər də şiələrə qoşulub.

      – Üçümüncü imamın – imami Zeynalabdin…

      Şeyx Nəcməddin imamların adlarını sayıb qurtardı.

      Axırıncı imamın adını çəkəndə əli ilə şah İsmayılı göstərib ucadan dedi:

      – On ikinci imamın – Mehdi Sahibi-Zaman…

      Məsciddəkilərin hamısı səcdəyə düşdü. İsmayıl artıq alınlarını yera söykəmiş, yumrulanmış adamların kürəklərini görürdü. Şeyx Nəcməddin də minbərdən enib onun qarşısında səcdəyə gəldi. Heç kim qalxmaq istəmir, ağlaşma, xeyir-dua, dilək nidaları eşidilirdi.

      – Qalxın, ey müsəlmanlar! Sizi mən bu qılıncla düşdüyünuz müsibətlərdən qurtarmağa gəlmişəm. Mənə biət eləyənlərə bu dünyada da cənnət bərqərar olacaq!

      İsmayılın bu sözlərini eşidəndən sonra əvvəlcə Nəcməddin Gilani, sonra da qızılbaş bəy və əmirləri, nəhayət, camaat səcdədən qalxıb diz üstündə oturdu. Şeyx onlara salavat çevirtdirib xütbəsinin xitamında vücudunda Mehdi Sahibi-Zamanı gəzdirən, amma hamının tanıdığı, Şeyx oğlu Şeyx İsmayıl Xətaini səltənətin şahı elan etdi.

      Adamlar ayağa qalxanda isə yalnız bir nəfər səcdədən qalxmadı: O da ürəyinə xəncər soxulan, üzüüstə məscidin döşəməsinə düşüb qalan yaşlı kişi idi.

      Həmin gün Nəsriyyə məscidi qana boyandı.

      2

      908-ci il zülhiccə ayının 23-u idi (1503-cü ilin iyun ayının 19-u)

      Qoşun Həmədan yaxınlığında, Almaqulağı düzündə dayanmışdı. Bu, taxta çıxıb tac qoyandan sonra Şah İsmayılın ilk döyüşü idi. Qarşısında dayanan düşmən qardaşı Əlvənd Mirzə ilə ölkəni iki yerə bölən Murad Mirzə idi. Hökmdarlıq hissi çox qəribə hissdir və Şah İsmayıl bunu indi başa düşmüşdü. Nə Murad Mirzə, nə də Əlvənd Mirzə babaları Uzun Həsənin mülkündən, taxt-tacından əl çəkmək fikrində deyildilər. Yaxşı ki, onlar bir-biri ilə dil tapa bilmirdilər. Birləşsələr, bəlkə Şah İsmayılı üstələyərdilər. Amma ayrı-ayrılıqda hərəsi bir hökmdar idi. Əlvənd Şərur düzündə əziləndən sonra Diyarbəkrə qaçıb. Murad Mirzə isə Bağdaddan, Bəsrədən, Maraş və Əlbistandan qoşun toplayıb. Sultan Bayazid də ona kömək göndərib. Özünə arxayın olduğuna görə də qardaşına bel bağlamaq fikri yoxdur. Qoşunu Şah İsmayılın qoşunundan çoxdur.

      Gün əyilmişdi. Axşam düşürdü. Döyüş səhər tezdən başlayacaqdı. Təpənin üstündə çadırda Şah İsmayılın yanında Hüseyn bəy, qorçubaşı Dədə bəy, Qara Piri bəy Qaçar oturmuşdu. Səhərki döyüşün gedişini fikirləşir, tədbir tökürdülər.

      Ucaboy, qollu-qanadlı qızılbaş çadıra girib baş əydi.

      – Qibleyi-aləm, Şirvanşah Sultan Mahmud sizin hüzurunuza gəlməyə rüsxət istəyir.

      Şah İsmayıl Hüseyn bəyə baxdı. Lələ bu baxışdan çox şey oxudu.

      – Dünya belədi, qurban. Vaxtilə düşmənçilik eləyən gücü, qüdrəti görəndən sonra iltimasa gəlir!

      Sultan Mahmud çadıra çağrılana qədər xeyli fikirləşdi. O, Şah İsmayılın yanına gəlmək üçün çox düşünüb-daşınmışdı. «Şah İsmayıl Şirvanı alsa da özünə tabe eləyə bilməyib. Başı açılan kimi atının başını yenə Şamaxıya döndərəcək. Yaxşısı budur, özüm onunla dil tapım, özüm gedim, itaətimi bildirim.»

      Sultan Mahmud Qazı bəyin oğlu idi. Babası Fərrux Yasar öldürüləndən sonra atası Şirvanşah keçmişdi. Amma on səkkiz yaşlı Sultan Mahmud hakimiyyətə keçmək üçün alışıb yanırdı. Bilirdi ki, atasından sonra hökmdar özü olacaq. Amma gözləməyə səbri çatmırdı. Taxta oturmaq, hökm vermək, adam asdırmaq, baş kəsdirmək, rəqqasələrin açıq göbəklərinə «Saqiyan» şərabı töküb içmək… fikri onun yuxusunu, rahatlığını əlindən almışdı.

      Bir gecə atası məclisdən kefli qalxıb Gülüstan sarayının dar dəhlizi ilə yataq otağına gedəndə oğlu onunla qarşılaşdı. Atası nədənsə əlini yelləyib keçdi. Candarlar da yox idi. Qapıda qalmışdılar. Mahmud atasının ləngərli yerişinə baxdı. Nədənsə onun dalınca getdi. Bu ləngərli yeriş heç onun xoşuna gəlmirdi. Bu yerişdə güc, qüvvə, hakimiyyət vardı. Qazı bəy yeriyə-yeriyə qızılı naxışlı əbasının düymələrini açdı. İndi əbanın ətəkləri də yellənirdi və bu ətəklərin yellənib atasını daha da əzəmətli, qanadlı göstərməsi Sultan Mahmudu əsəbiləşdirdi və arxadan yeriyib qılıncını atasının başına endirdi.

      Səhərisi gün artıq o, taxtda oturmuşdu, atasının «qatillərini» asdırır, başlarını kəsdirirdi.

      Fərrux Yasarın bir oğlu da Şeyx İbrahim idi ki, şah İsmayıl Şamaxıya hücum eləyəndə Salyan və Mahmudabadda qoşun yığmış, amma qüvvələrin

Скачать книгу