Gümüşü şimşək. Артур Конан Дойл

Чтение книги онлайн.

Читать онлайн книгу Gümüşü şimşək - Артур Конан Дойл страница 2

Жанр:
Серия:
Издательство:
Gümüşü şimşək - Артур Конан Дойл

Скачать книгу

kiçik bir kağız paketinin sürüşüb düşdüyünü deyir.

      – Nə işiniz var burada? – Hanter soruşub.

      – Pul qazandıran işdir, – o adam deyib. Burada “Uesseks kuboku” uğrunda yarışacaq iki at var: Gümüşü Şimşək və Bayard. Mənə düzünü söylə, sən də qazan. Yarış zamanı Bayardın Gümüşü Şimşəyi min yarddan yüz yarda kimi geridə qoyacağı və bu tövlədə də ona oynanılacağı doğrudur?

      – Deməli, sən də o lənətə gəlmiş casuslardansan! – növbətçi oğlan qışqırıb, – Bu dəqiqə sənə göstərərəm “King's Pyland”da sənin kimilərə nə edirlər! – deyərək yerindən qalxıb və tövlənin o biri tərəfindəki iti açmağa gedib. Qız isə evə doğru qaçıb və bu vaxt adamın pəncərəyə tərəf əyildiyini görüb. Amma bir dəqiqə sonra Hanter bayıra çıxdığı zaman adam ortalıqda yox imiş. Hər tərəfi axtarsa da, adamın iz-tozunu tapmayıb.

      – Bir dəqiqə, – dedim, – Tövlədəki oğlan bayıra çıxanda qapını açıq qoyubmuş?

      – Afərin, Vatson, afərin! – Holms dilləndi. Bu nüans mənim də diqqətimi çəkdi və məsələni aşkara çıxartmaq üçün dünən Dartmura xüsusi teleqram yolladım. Gənc növbəti dəfə çıxarkən qapını bağlayıbmış. Sən soruşmadan deyim ki, pəncərə adam girə biləcək qədər böyük deyil.

      Hanter dostları gələnə qədər gözləyib. Strekerə də baş verənlər barədə qeyd göndəribmiş. Streker hər nə qədər məsələnin ciddiyyətini qavraya bilməsə də, məsələni öyrənən kimi həyəcanlanıb narahat olmağa başlayıb. Xanım Streker gecə saat birdə oyananda görüb ki, əri geyinir. Arvadının suallarına cavab olaraq isə atlara görə narahat olduğunu, buna görə yata bilmədiyini, tövləyə baş çəkmək istədiyini deyib. Arvadı təkid eləsə də, o, yağışdan qorunmaq üçün plaş götürüb və evdən çıxıb.

      Xanım Streker səhər yeddidə oyananda ərinin, hələ də, qayıtmadığını görüb, tələsik geyinərək xidmətçini çağırıb və birlikdə tövləyə gediblər. Tövlənin qapısı açıq imiş, Hanter içəridə, kətildə huşsuz halda oturubmuş. Çempion atın damı boş imiş. Strekerdən isə əsər-əlamət yox imiş.

      Samanlıqda yatan iki gənci tez oyadıblar. Hər ikisi də çox möhkəm yatdıqlarından gecə boyu heç nə eşitməyiblər. Böyük ehtimal ki, Hanter ağır bir dərmanın təsirində olduğundan onu oyandırmaq mümkün olmayıb. İki qadın və iki gənc onu orada qoyub yoxa çıxanları axtarmağa başlayıblar. Strekerin, bəlkə, atı səhər tezdən məşqə apardığını zənn edərək axtarışa davam ediblər. Yalnız evin yaxınlığındakı təpəyə çıxanda başlarına bədbəxt hadisə gəldiyini anlayıblar. Atdan heç bir iz yox imiş, amma tövlədən bir neçə mil aralıda – çəmənlikdə Con Strekerin plaşının yelləndiyini görüblər. Bir az qabaqda – kol-kos basmış dərə dibində isə Con Strekerin meyitini tapıblar. Kəlləsi ağır alətlə parçalanıbmış, baldırında isə çox iti alətlə deşildiyi bəlli olan uzun və düz yarıq var imiş. Belə məlum olur ki, Streker asanlıqla təslim olmayıb və özünü müdafiə edib. Sağ əlində sapına qədər qan olan qısa bıçaq, sol əlində isə qırmızılı-qaralı ipək qalstuk var imiş. Xidmətçinin dediyinə görə, bu qalstuk o gün axşam gələn naməlum adamın qalstuku imiş. Hanter də yuxudan ayılan kimi qalstukun o adama məxsus olduğunu təsdiqləyib. Həmçinin pəncərənin qabağından yeməyinə dərman ataraq tövləni gözətçisiz qoyanın da eyni adam olduğundan əmin imiş. İtmiş ata gəldikdə isə əlbəyaxanın baş verdiyi palçıqlı sahədəki ayaq izlərinə diqqət yetiriləndə həmin vaxt orada olduğu məlum olub. O gündən bəri at tapılmır. Onu tapana böyük mükafat vəd olunduğuna görə Dartmurun bütün qaraçıları onun izinə düşüblər. Ancaq hələ də, atdan xəbər yoxdur. Onu da deyim ki, növbətçinin yeməyinin qalığı ekspertizadan keçirilib və tərkibində toz halında tiryək aşkarlanıb. Eyni yeməkdən bütün ev əhli yediyi halda Hanterdən başqa heç kəsə nəsə olmayıb.

      Bütün fərziyyələr araşdırılıb, əlimizdə olan faktlar bunlardır. İndi də polisin gördüyü işlərə nəzər yetirək.

      İşi aparan müfəttiş Qriqori son dərəcə bacarıqlı polisdir. Əgər təxəyyülü bir az geniş olsaydı, karyerasında daha da yüksələ bilərdi. Hadisə yerinə gələn kimi dərhal ağla gələn ilk şübhəli adamı tapıb həbs edibmiş. Sənə bəhs etdiyim bu villanın birində yaşadığı üçün onu tapmaq elə də çətin olmayıb. Həbs olunan adamın adı Fitsroy Simpsondur: yaxşı ailədən çıxıb, təhsillidir. At yarışlarında böyük məbləğdə sərvət itirdikdən sonra Londonun idman klublarında kiçik mərclərə girir. Girdiyi mərclər araşdırılıb: məlum olub ki, favorit atımızın rəqiblərinə onun adından beş min funt qoyubmuş. Həbs olunanda Dartmura “King's Pyland” atları haqqında məlumat almaq üçün gəldiyini etiraf edib. Bundan başqa Sayls Braunun Mapleton tövləsindəki ikinci favorit at Despero haqqında da məlumat almaq üçün getdiyini əlavə edib. O axşam da danışdığım kimi davrandığını inkar etməyib. Pis niyyəti olmadığını, ancaq və ancaq ilk əldən məlumat almaq istədiyini ifadəsində bildirib. Qalstukunu ona göstərəndə isə rəngi-ruhu ağarıb. Qətlə yetirilən adamın əlində nə gəzdiyini soruşanda isə cavab verə bilməyib. Paltarlarının yaş olması ogecəki fırtınada bayırda olmasına dəlalət edir. Streker bəyin başındakı yara da onun qurğuşun təbəqəli Penanglavyer tipli əsasının açdığı yaraya bənzəyir. Digər tərəfdən özü yaralanmayıb. Onda sual yaranır: qətlə yetirilən adamın əlindəki bıçaq kimin qanına bulanıb? Hə, Vatson, sənə hər şeyi qısaca danışdım, vəziyyət bu cürdür, məsələni bir qədər araşdıra bilsən, çox xoşbəxt olaram.

      Holmsun özünəməxsus şəkildə mənə danışdığı hadisəni böyük maraqla dinləmişdim. Cinayət haqqında aldığım bilgilərin çoxunu dərk etsəm də, bəzi hadisələr arasında əlaqəni kifayət qədər qavraya bilməmişdim.

      – Strekerin əlbəyaxa zamanı beynindən aldığı zədədən sonra öz bıçağı ilə yaralanmış olması mümkün deyilmi?

      – Mümkün də sözdür? Əlbəttə, ola bilər. Bu halda təqsirləndirilən şəxsin lehinə olan nöqtələrdən biri ortadan qalxmış olur, – deyə Holms dilləndi.

      – Amma yenə də polisin beynindəki ssenarinin nə olduğunu, hələ də, anlaya bilməmişəm.

      – Qorxuram, ucundan yapışdıqları nəzəriyyə nədirsə, ciddi etirazlara səbəb olsun.

      – Belə başa düşürəm, Fitsroy Simpson növbətçini dərmanla yuxuya verib, hansısa şəkildə əlavə açar ələ keçirib, tövlənin qapısını açıb və atı çıxarıb. Yarış dəstini geydirdikdən sonra qaçırıb, qapını da açıq qoyub. Atı süpürgəotu bitən əraziyə qədər sürdükdən sonra mehtərlə qarşılaşıb. Belə görünür, aralarında dava baş verib. Simpson Strekerin özünü qorumaq üçün istifadə etdiyi bıçaqdan xəsarət almayıb, əvəzində ağır əsası ilə onun beynini dağıdıb. Sonra da oğru atı xəlvət yerə aparıb, ya da at əlbəyaxa zamanı qaçıb. Əgər qaçıbsa, deməli, indi süpürgəotu olan sahədə gəzişir. Polisə görə, cinayət bax bu

Скачать книгу