Tanrı və dövlət. Михаил Бакунин
Чтение книги онлайн.
Читать онлайн книгу Tanrı və dövlət - Михаил Бакунин страница 3
Tanrı, itaətsizlik etməyə təhrik etdiyi insanlara bunun müqabilində bilgi və azadlıq vəd edən Şeytanın Adəm və Həvvanı aldatmadığını, başqa cür desək, Şeytanın əslində haqlı olduğunu İncildə yazılan alma yemə əhvalatının ardın-ca dediyi bu sözlərlə qəbul edir: “Baxın, insan yaxşı və pisi dərk etməklə tanrılardan biri oldu. Buna görə də, onu əbədi həyatın meyvəsini yeməkdən məhrum et ki, bizim kimi ölümsüz olmasın”.
İndi bu hekayətin nağılvari tərəfini bir kənara qoyub, olduqca açıq görünən həqiqi mənası üzərində dayanaq. İn-san özünü xilas etdi; özünü heyvanlar aləmindən ayırdı və bir insan olaraq yenidən yaratdı. İtaətsizliklə və elmlə, başqa cür desək, üsyan və dərketmə ilə özünəməxsus tarixi və inki-şafı başlatmış oldu.
Bu üç şey, ya da üç əsas anlayış tarixdə fərdi, yaxud, kollektiv bütün insan inkişafının əsas şərtlərini əmələ gətirir: 1-insanın heyvani olması; 2-düşüncə və 3-hərəkət. Bunlar-dan birincisi fərdi və kollektiv iqtisadiyyata; ikincisi elmə; üçüncüsü isə azadlığa uyğun gəlir.
Aristokratiya və ya burjua, dinşünas və ya metafizik, siyasətçi yaxud əxlaqçı, dindar, filosof və ya şair bildiyimiz kimi “idealın” sərhəd tanımayan sitayişçiləri olan liberal ekonomistləri də unutmayaq bütün idealistlər bütün o bö-yük zəkası, ali düşüncələri və sərhədsiz istəkləriylə, insanın dünyada mövcud olan digər bütün şeylər kimi, maddədən başqa heç bir şey, sadəcə adi maddənin bir məhsulu, təza-hürü olduqlarını onlara dedikdə bundan narazı olurlar.
Buna belə cavab vermək olar: Materialistlərin barə-sində danışdıqları maddə, öz-özlüyündə və əbədi olaraq hə-rəkətli, aktiv, çoxalan, kimyəvi ya da bioloji olaraq müəyyən edilmiş və mexaniki, fiziki, heyvani və qaçınılmaz olaraq ona aid olan zehni xüsusiyyətlər ya da güclər vasitəsilə təzahür edən maddədir; bu maddənin, idealistlərin adi maddəsilə or-taq heç bir xüsusiyyəti yoxdur. Bu, axırıncısı realda onların yanlış mücərrədləşdirmələrinin bir nəticəsindən, ən kiçik bir bir yaratma gücünə belə malik olmayan axmaq, ruhsuz, hə-rəkətsiz bir şeydən, bir “caput mortuumdan” Tanri adi veri-lən xoş məfhumun əksini təmsil edən çirkin bir məfhumdan başqa bir şey deyildir. Bu üstün varlığın əski olaraq maddə, onun həqiqi təbiətini əmələ gətirən xüsusiyyətlərdən məh-rum edilmiş olan bu maddə, məcburi olaraq ali heçliyi təmsil edir. Onlar, maddədən idrakı, həyatı təyinedici bütün xüsu-siyyətləri, aktiv əlaqələri və ya gücləri, o olmadan maddənin bir çəkiyə belə sahib ola bilməyəcəyi hərəkətin özünü də içindən çəkib çıxarmışlar; geriyə nüfuz edilməzlik və kainat-da mütləq bir hərəkətsizlikdən başqa heçnə qoymamışdırlar; daha sonra, bütün bu təbii gücləri, xüsusiyyətləri və təzahür-ləri onların mücərrəd obrazlaşdırmaları tərəfindən yaradıl-mış xəyali bir varlığa mənsub etmişlər; bunun ardınca rolları dəyişərək təxəyyüllərinin məhsulu olan bu xəyali varlığı, heçnə olan bu Tanrını “üstün varlıq” kimi adlandırmış və nəhayət, məcburən həqiqi varlığın, maddənin, dünyanın bir heç olduğunu elan etmişlər.
Bütün bunlardan sonra, bizə ciddi-ciddi bu maddə-nin hər hansı bir şey yaratma gücünə sahib olmadığını özü-özünü hərəkətə gətirə bilməyəcəyini və nəticə etibarilə də, onların Tanrısı tərəfindən yaradılmaq məcburiyyətində ol-duğunu anlamışdırlar.
Bu kitabın sonunda, istər fərdi bir varlıq, yaradıcı və dünyaların təşkilatçısı, istərsə də fərd halına bürünməmiş, amma bütün kainata yayılmış və beləliklə, onun əbədi qanu-nunu yaratmış bir növ müqəddəs ruh, yaxud da dünyada həmişə mövcud olan və təsirli, hər zaman maddi və müəy-yən olunmuş varlıqların bütünü olaraq təzahür edən sonsuz və müqəddəs bir ideya olaraq görünsün, Tanrı ilə əlaqəli bu obrazlaşdırmanın, insanı qaçınılmaz olaraq sürükləyəcəyi yanışlıqları müəyyən etdim. Burada, bu məqamlardan yalnız biri üzərində dayanacağam.
Təbii heyvan yaşamı və fərdi yaxud, ictimai insanın tarixi şəkildə formalaşan irəliyə istiqamətlənən zehni inkişafı qədər maddi dünyanın mərhələli inkişafı da bütövlüklə an-laşılan bir şeydir. Bu, sadədən mürəkkəbə, aşağıdan yuxarı-ya, adidən aliyə doğru təbii bir hərəkətdir. Bu hərəkət, gün-dəlik təcrübələrimizlə və nəticə etibarilə də, təbii məntiqim-izlə, yalnızca bu eyni təcrübələrimizin köməyilə formalaşan və inkişaf edən ağlımızın özünəməxsus qanunları ilə vəhdət-dədir; başqa cür desək, bütün bunların zehni, əqli olaraq ye-nidən yaradılmış və əks olunmuş xülasəsidir.
İdealistlərin sistemi bunun tam əksidir. Bu sistem, bütün insan təcrübəsi ilə bəşəri və ümumi sağlam düşüncə-nin tərsinə çevrilməsinə əsaslanır. O sağlam düşüncə ki, bü-tün insan anlayışının təməl şərtidir və iki üstəgəl ikinin dörd etdiyi kimi bəsit və hər kəs tərəfindən qəbul edilən həqiqət-dən üstün və ən mürəkkəb elmi mülahizələr səviyyəsinə qal-xaraq, eləcə də, təcrübənin ya da əşyanın və faktların müşa-hidəsinə əsasən əsaslandırıla bilməyəcək heç nəyi qəbul et-məyərək, insan bilgisinin yeganə ciddi özülünə çevrilir.
Aşağı olandan yüksək olana, adi olandan üstün ola-na, nisbətən bəsit olandan daha qarışıq olana istiqamətlənən bir yolla irəliləyən təbii nizamı izləməkdən imtina edən; qey-ri üzvi adlandırılan dünyadan üzvi dünyaya, bitkiyə, hey-vana və nəhayət, tam insana kimyəvi maddə və ya kimyəvi varlıqdan yaşayan maddə, yaxud, yaşayan varlığa, və yaşa-yan varlıqdan düşünən varlığa təkamül edən, inkişafda olan və həqiqi hərəkətə əqli və məntiqi olaraq paralel getməyi in-kar edən; teologiyadan götürdükləri müqəddəs ruh tərəfin-dən yanlış düşüncəyə sürüklənən, korlaşdırılan və instink-tivləşdirilən idealistlər bunun tam əksi bir yolda irəliləyərlər. Onlar yuxarıdan aşağıya, üstün olandan adi olana, mürək-kəbdən bəsitə doğru gedər və istər bir nəfərlik, istərsə də, müqəddəs bir özül və yaxud ideya olaraq görsünlər, Tanrı anlayışından yola çıxıb ilk addımda qorxunc bir şəkildə əbə-di idealın ali zirvəsindən maddi dünyanın çirkabına, mütləq mükəmməllikdən mütləq yanlışlığa, düşüncədən varlığa, ya da daha doğrusu, üstün varlıqdan heçliyə düşərlər. Heç bir idealist, heç bir teoloq, heç bir metafizik, heç bir ozan əbədi, sonsuz, mütləq olaraq mükəmməl və böyük ehtimalla özün-dən bezmiş bu müqəddəs varlığın, nə zaman, necə və nə üçün bu “salto moraleni” reallaşdırmağa qərar verdiyini, bu günə qədər nə başa düşə bilmiş, nə də izah edə bilmişdir. Müqəddəs insanlar, ilhamlanmış qanun yaradıcıları, pey-ğəmbərlər, məsihlər, həyatları boyunca keçmişdəki və ha-zırdakı bütün dinlərin və məhəbbətin fəlsəfənin bütün sis-temlərinin varlıqlarını özlərinə əsaslandırdıqları, bu yeganə və bədxah sirrin arxasınca getmişlər,