Qırmızı kitab. Məhəmməd Qutlu

Чтение книги онлайн.

Читать онлайн книгу Qırmızı kitab - Məhəmməd Qutlu страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Qırmızı kitab - Məhəmməd Qutlu

Скачать книгу

ifadəylə kreslosunu çəkib oturaraq, Mehmet Demirə də sağ tərəfində yer göstərdi.

      – Dəyərli mətbuat işçiləri, dəyərli vətəndaşlarım, Türk mətbuatı və düşüncə həyatının mümtaz şəxslərindən biri olan, çox hörmətli Mehmet Demiri uzun çəkən müzaki-rələrin sonunda partiyamıza üzv olmağa razı salmışıq. Öl-kəmizin və bölgə ölkələrinin hal-hazırki gücü hamımıza mə-lumdur. Uzun müddətdir onu partiyamızın sıralarında gör-mək istəyir, fəqət razı sala bilmirdik. Ona:

      – "Ölkənin sənə ehtiyacı var. Daha gözləyə bilməz-sən", – dedim. Və nəticədə artıq bizim yanımızdadır. O, istər partiyamıza, istərsə də ölkəmizə, bundan sonra siyasi are-nada xidmət edəcəkdir.

      Dilaver doğrudan da gözəl danışmışdı. İnanılmaz formada bəsirətli davranmış, Demirin partiyaya qatılmasın-dan böyük bir sevinc hiss etdiyi görüntüsünü verə bilmişdi.

      Dilaverin ardınca Mehmet Demir də qısa çıxış edə-rək, ölkənin və bölgənin içində olduğu, sabitsizlik və qarı-şıqlıqların, siyasətə TİP sıralarında qoşulmasının qaçınılmaz olduğunu dedi. TİP sıralarında ölkə üçün əlindən gələn bü-tün gücünü sərf edəcəyini bildirdi.

      Bu çıxışların ardınca Amerika tərəfkeşi olan televizi-ya müxbiri Mahmut Dilaverə:

      – Hörmətli sədr, müxtəlif vaxtlarda etdiyi çıxışlarla milliyyətçi olduğunu göstərən hörmətli Dəmiri partiyanıza transfer edərək, ifrat milliyyətçiliyə doğru yön dəyişdirmiş olmursunuzmu?

      Gözlərinə bir anlıq işıq gələn, sualdan məmnun ol-duğunu gizləməyən Mahmut Dilaver:

      – Bu hardan çıxdı, yoldaşlar. Hörmətli Dəmirin bu günə qədər tutduğu yol və davranış Türkiyənin mənfəətlə-rini düşünmək çərçivəçindədir. Partiyamız ölkəmizin çiçək-lənməsi üçün var olduğu üçün, hörmətli Demir ilə birlikdə fəaliyyət göstərməyimizdən təbii nə ola bilər ki? – şəklində bir cavabla vəziyyətdən çıxmağa çalışdı.

      Elə baxışlar Mehmet Demirə çevrilmişdi ki, bu dəfə də Amerika və Yəhudi media nəhənglərinin satın aldığı bir digər kanal müxbiri:

      – Ancaq hörmətli Demirin keçən il qələmə aldığı bir yazısında, kürdlər üçün olduqca faşist ifadələr yazdığı xati-rələrimizdədir. Hörmətli Demirin kürd, erməni və yunanlar, yəni ümumilikdə azlıqlar haqqındakı sərt fikirləri dəyişib-mi? Yoxsa, partiyanızın siyasi düşüncəsi ifrat milliyyətçiliyə yaxınlaşmışdır? – yönündəki təhrikedici suallar ard-arda gə-lirdi.

      Müxbir sualını Dilaverə gözünü dikərək verdiyi üçün, yenə Dilaver cavab verdi:

      – Yoldaşlar, TİP sağ mərkəz və demokratizmə bütün səmimiyyəti ilə inanan insanların təşkil etdiyi partiyadır. Hörmətli Demirin yazdığı yazılar, etdiyi çıxışlar hamımızın yadındadır. O, demokratik və dünyəvi cümhuriyyətə kö-nüldən bağlı dəyərli bir jurnalist, yazar və mütəfəkkirimiz-dir. Ölkəmizin od-alovun içində qıvrıldığı bu dövrdə, çi-çəklərdən yazı yazmasını gözləyə bilmərik, düzdürmü?

      Mehmet Demir, bu cür sualların veriləcəyini gözlə-yirdi. Yaxşı da hazırlanmışdı. Xəfifcə mikrofona tərəf əyilə-rək:

      – Yoldaşlar, əvvəlcə onu qeyd edim ki, mən TİP-ə qatıldım, TİP mənə qatılmadı. Bu o deməkdir ki, partiyada özümü ifadə edə biləcəyim bir zəmin gördüm. Bəzi yazıla-rımdakı fikirlərdən bəhs etdiniz. Yazılarımın faşist ifadələrə ehtiva etdiyi sizin fikrinizdir. Bu günə qədər bu yöndə heç bir tənqid görmədiyimi ürəyiaçıqlıqla deyə bilərəm. Bəzən sərt üsluba doğru yönəldiyim doğrudur. Ancaq təqdir edər-siniz ki, bütünlüklə yanan evini söndürməyə çalışan adam bunu etməyib nə edəcək ki? Bəzi çıxışlarımızı bu aspektdə qiymətləndirməlisiniz. Mən bu günə kimi yazdığım və da-nışdığım hər şeyin altına öz imzamı atdım. O imzaların mü-rəkkəbi hələ də silinməyib, – dedi.

      Suallar xüsusən də bəzi ətrafların əhatəsindəki me-dianın bu işdən heç məmnun qalmadığın göstərirdi. Bu da gözlənilməz bir şey deyildi.

      Sabahısı gün, tərəfkeş media nümayəndələri tərə-findən hazırlanan xəbərlər ifrat milliyyətçi Mehmet Demirin TİP-ə qatılması başlığı ilə hazırlandı. Türkiyənin öncül tele-viziya kanalları və qəzetləri, Mehmet Demirin kürdlər və er-mənilər haqqında yazdığı bəzi sərt yazılarını dayanmadan təkrar-təkrar yayımladılar.

      Ancaq çöldəki vətəndaşlar onlar kimi düşünmürdü. Demirin TİP-ə qatılması ilə veb saytlarda keçirilən anketlər, xalqın bu transferi doğru qəbul etdiyini göstərirdi. Demir qrupunun hazırladığı böyük kütlənin qatıldığı anketdə də, xalqın 76,8 faizi onun TİP-ə qatılmasına müsbət baxırdı. Bu da öz növbəsində insanların Mehmet Demirdən çox şey gözlədiklərini göstərirdi.

      ***

      Manhettenin içindən mizraq kimi göyə yüksələn "Edwards Invest Bank"ın (EIB) 189 mərtəbəli göydələninin ən üst mərtəbəsindəki böyük ofisin sıxıcı havası telefonun səsiylə əks-səda verdi.

      Künclərindən yüksələn sütunları, piramida və firon təsvirləri ilə dolu qabartmalarıyla Misirdən oğurlanmış bir qəbiri xatırladan nəhəng masada, mısmırığını tökmüş bir qoca oturmuşdu. Çənəsindən sallanan ətlə və heybətli bur-nuyla sfinksi xatırladan yaşlı adam, yanını kəsdirmiş, borclu dövlətlərlə əlaqəli hesabatı təqdim edən gənc iqtisadçıya çıxması üçün işarə elədi.

      Telefonun o biri ucundakı səs, hər zaman fəlakətli xəbərlərlə ortaya çıxıb pulları xərcləmək üçün müqəddəs hədəflər göstərən Ser Toni Forlova aid idi.

      Qərbi Avropa ustadi-əzəmi olan Böyük Britaniya Lordlar Palatası nümayəndəsi Ser Toni Forlov, Dünya Tən-zimləmə Komitəsinin fəxri başqanıydı. Dünyaya nizam ve-rən bu komitə, ildə bir dəfə toplaşırdı. Fəqət əhəmiyyətli si-yasi və hərbi dəyişikliklər olduğu zaman fövqəladə toplan-tılar da olurdu.

      Komitənin əvvəlcədən müəyyən etmədiyi dəyişik-liklər qarşısında, hər biri yüzlərcə milyard dollarlara sahib olan pul baronlarının ortaya qoyduğu fövqəladə hal büdcəsi ilə dövlətlər müharibəyə sürüklənir, hökumətlər ləğv edilir, dövlət başçıları aradan götürülürdü.

      Dünyanı idarə etməkdən nə qədər xoşu gəlsə də, bu cür fövqəladə gündəmlər, pula sitayiş edəcək qədər aşiq olan Mayk Eduard üçün milyonlarla dollarla vidalaşma anı olduğu üçün, sıxıntı qaynağıydı.

      Narahat üz ifadəsiylə arxaya söykənib yekə qarnını qaşıyan Mayk Eduard:

      – Eyy Toni, bu nə sürprizdir? – deyə guruldadı.

      Budur, yenə Ser

Скачать книгу