Həyat işığı. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Həyat işığı - Коллектив авторов страница 2

Жанр:
Серия:
Издательство:
Həyat işığı - Коллектив авторов

Скачать книгу

başladım. Yanımdakı o biri otaqda, arakəsmə-nin dalında mərəkə davam edirdi – ayın üçündən davam edirdi. Orda istefaya çıxmış bir kapitan yaşayırdı, yanında da altı avara qonağı var idi. Onlar araq içib köhnə kartlarla ştoss oynayırdı. Keçən gecə aralarına dava düşmüşdü, bilirəm, iki nəfər saçyolmaya da qalxmışdı. Sahibə qadın şikayət etmək istəyir-di, amma kapitandan yaman qorxur. Bizdən başqa bu kirayə evlərdə alçaqboy, arıq bir hərbçi xanımı yaşayır, üç balaca uşağı burda xəstələnmişdi. Bu qadın da, uşaqları da kapitandan elə qorxur ki, bütün gecə əsir, xaç çevirirlər. Körpəsinin isə qorxudan tutması tutmuşdu. Bu kapitan, dəqiq bilirəm, hərdən Nevskidən keçənləri dayandırıb pul istəyir. Onu xidmətə götürmürlər, amma qəribə işdir (elə buna görə danışıram), kapitanın burda yaşadığı cəmi bir aydır, amma mənə heç bir dilxorçuluq yaratmayıb. Tanışlıqdan, əlbəttə, lap əvvəldən boyun qaçırdım, elə onun özü də ilk gündən mənimlə darıxdı, arakəsmədən nə qədər bağırışsalar da, neçə nəfər olsalar da, mənə heç vaxt fərq eləmirdi. Bütün gecə otu-ruram, inanın, o dərəcədə hamını unuduram ki, heç kəsi eşitmirəm. Axı, artıq bir ildir ki, gecələr səhərədək yatmıram, bütün gecə ma-sanın yanında kürsüdə boş-bekar otururam. Kitabı yalnız gündüz oxuyuram. Oturub heç nə də fikirləşmirəm, sadəcə beynimdə cürbə-cür düşüncələr fırlanır, mən də onları azadlığa buraxıram. Gecə şam tamamilə əriyir. Sakitcə masanın arxasına keçib tapançanı çıxartdım, qarşıma qoydum. Onu qoyarkən, yadımdadır, öz-özümdən “Eləmi?” – soruşdum, özümə qə-ti cavab da verdim ki, “Elə!”. Yəni özümü gül-lələyəcəyəm. Bilirdim ki, özümü dəqiq bu ge-cə öldürəcəyəm, amma masanın arxasında hə-lə nə qədər oturacağam – bunu bilmirdim. Əl-bəttə, özümü güllələyərdim də, bu qızcığaz ol-masaydı.

      II

      Fikir verin: mənə heç nəyin fərqi olmasa da, ağrını ki, hiss edirdim. Bir adam məni vursaydı, ağrını hiss edərdim. Beləcə, mənəvi cəhətdən: ürəkağrıdan bir hadisə baş versəy-di, heç nəyə biganə olmadığım çağlarımdakı kimi narahat olardım. Yazığım da gəldi: kimə də eləməsəm, uşağa hökmən yardım edərdim axı. Onda qıza niyə kömək eləmədim? Ağlıma gələn bir fikrə görə: o qız məni dartıb çağı-randa, qəflətən qarşıma bir sual çıxmışdı, mənsə onu həll edə bilmirdim. Boş sual idi, amma hirsləndim. Ona görə hirsləndim ki, bu gecə öz-özümlə vidalaşacağıma qərar ver-mişəmsə, onda, deməli, başqa vaxta nisbətən indi mənə heç nəyin fərqi olmamalıdır. Bəs, mənə fərqi olduğunu və qıza yazığım gəldiyi-ni niyə hiss etdim? Yadımdadır, yaman yazı-ğım gəldi ona, hətta öz çətin və qəribə vəziy-yətimdə dözülməz bir ağrı yaşadım. Doğ-rusu, içimdəki ötəri duyğuları daha yaxşı dilə gətirə bilmirəm, amma o hiss evdə də, masa-nın arxasında oturanda davam edirdi, çoxdan belə acıqlı olmamışdım. Fikir fikrə qoşulurdu. Aydın olurdu ki, hələ ki, insanamsa, hələ sıfır deyiləmsə və sıfıra dönməmişəmsə, deməli, yaşayıram, beləliklə, öz hərəkətlərimə görə əzab, xəcalət çəkib, hirslənə bilərəm. Qoy ol-sun. Lakin özümü öldürəcəyəmsə, məsələn, iki saatdan sonra, onda qız nədir, utanmaq nə-dir? Mən sıfıra dönürəm, mütləq sıfıra. De-məli, bir azdan tamamilə yoxa çıxacağımın, heç nəyin də, daha mövcud olmayacağının dərki, nə qızcığaza qarşı mərhəmət hissinə, nə də etdiyim əclaflıqdan sonrakı xəcalət hissinə təsir etməmişdimi, görəsən? Axı, mən elə bu səbəbdən ayağımı yerə döyüb, bədbəxt uşağın üstünə vəhşi səslə bağırdım: “yəni, nəinki ya-zığım gəlmir, zalımlıq da eləsəm, elə indi edə-rəm, çünki iki saatdan sonra hər şey sönəcək”. İnanırsınızmı, buna görə qışqırdım? İndi, de-mək olar, buna əminəm, indi həyatın, dünya-nın sanki tək məndən asılı olduğunu aydınca görürəm. Hətta belə deyək, dünya indi, elə bil tək məndən ötrü yaradılıbmış: özümü öldü-rüm – dünya da olmayacaq, hər halda mənim üçün. Hələ onu demirəm ki, bəlkə həqiqətən də məndən sonra heç kim, heç nə olmayacaq və yalnız mənim şüuruma mənsub bir şey ki-mi, bir kabus tək bütün aləm də yoxa çıxacaq, sönəcək, çünki bəlkə də bütün bu dünya və bütün bu insanlar tək elə mən özüməm. Ya-dımdadır, oturub düşünərkən, ard-arda yı-ğışan bütün bu yeni sualları tamam bir tərəfə qoyub, lap yenisini uydururdum. Məsələn, birdən ağlıma qəribə fikir gəldi ki, görəsən, əvvəllər Ayda və yaxud Marsda yaşasaydım nə olardı, qorxulu yuxularda yalnız təsəvvür edilə bilən həyasız və şərəfsiz iş görsəydim orada, ona görə də orada söyülüb rüsvay ol-saydım, sonra da yerə qayıdıb başqa planetdə etdiklərimi idrak etsəydim, bundan da əlavə, oraya artıq bir də heç vaxt qayıtmayacağımı bilsəydim, Yerdən Aya baxanda mənə fərqi olardı, ya yox? O hərəkətə görə xəcalət çəkərdim, yoxsa yox? Suallar mənasız və artıq idi, çünki tapança gözümün qabağında idi, mən də bütün varlığımla bilirdim ki, bu müt-ləq olacaq, amma suallar məni qızışdırır, mən də cinlənirdim. İndi, sanki nəyisə əvvəlcədən həll etməmiş ölə bilməzdim. Bir sözlə, bu qızcığaz məni xilas etdi, çünki suallarla atəşi gecikdirdim. Bu arada kapitanın da otağı sa-kitləşməkdə idi: onlar kart oynamaqlarını biti-rib yatmağa hazırlaşır, hələlik isə mırtlana-mırtlana, ərinə-ərinə söyüşmələrini başa vu-rurdular. Bax elə burada, (məndən çıxmayan iş) birdən masanın arxasında, özümdən xəbər-siz kürsüdə yuxuya getdim. Məlumdur, yu-xular çox qəribə olur: bəzən bir şeyi zərgər də-qiqliyi ilə, olduqca aydın görürsən, bəzən də sanki məkan və zamanın üstündən tullanır-san. Deyəsən, yuxuları zəka yox – istək, baş yox – ürək yönləndirir, amma bununla belə ağlım hərdən elə hoqqalar çıxarır, gəl gö-rəsən! Bəzən yuxuda elə şeylər baş verir ki, lap mat qalırsan. Misal üçün, qardaşım beş il bundan öncə rəhmətə gedib. Hərdən onu yu-xuda görürəm: o işlərimdə iştirak edir, başı-mız nəyəsə qarışır, bununla bərabər, onun öl-düyünü və basdırıldığını bütün yuxu boyu bi-lirəm, unutmuram. Onda o, ölü olsa da bu-rada, yanımda mənimlə birgə çalışmağına ni-yə təəccüblənmirəm? Ağlım niyə bunlara yol verir? Ancaq daha bəsdir. Keçirəm yuxuma. Hə, bu yuxunu onda gördüm, üç noyabrdakı yuxumu! Onlar, indi bunun, sadəcə yuxu ol-duğunu deyib, mənə sataşırlar. Bu yuxu mənə həqiqəti açıbsa, onun yuxu olub-olmamasının nə fərqi var axı? Bir dəfə həqiqəti görüb tanıdınsa, bilirsən ki, yuxu və ya gerçəklikdə nə olur-olsun, bu həqiqətdir və bundan baş-qası yoxdur. Yuxudursa – qoy yuxu olsun, an-caq siz tərifini göyə çıxartdığınız bu həyatı, mən intiharla söndürmək istəyirdim, yuxum isə, mənim yuxum – ah, o mənə yeni, böyük, təzələnmiş, güclü həyat xəbərini verdi!

      III

      Dinləyin.

      Demişdim, yuxuya birdən-birə getdim, elə bil həmin o materiyalar haqda yuxuda da düşünürdüm. Birdən yuxuda gördüm ki, ta-pançanı götürüb oturduğum yerdəcə düz ürə-yimə tuşlayıram, başıma yox – ürəyimə. Axı, mən əvvəldən gülləni hökmən başımdan vur-mağı düşünmüşdüm, özü də sağ gicgahım-dan. Tapançanı döşümə dirəyib sonra bir ya iki saniyə gözlədim, birdən şamım da, masam və divar da qarşımda tərpənib yırğalanmağa başladı. Dərhal çaxmağı basdım.

      Hərdən

Скачать книгу