Sur üfürülənə qədər Sarı Saltuk Baba. Çinar Ata
Чтение книги онлайн.
Читать онлайн книгу Sur üfürülənə qədər Sarı Saltuk Baba - Çinar Ata страница
Məhəmməd Bozqurda…
İçindəkilər
Piri-Türküstan Əhməd Yəsəvi Babanın Ocağı
•
Əhli-Beytin əmanəti
•
İman və Nəsib
•
Ər meydanı “Nam salma, ad alma”
•
Hünkar Hacı Bektaş Vəli və Qul Sarı Saltuk
•
Mərhaba Monastır, GünaydınFlorina
•
“Bəldətu'l-İkbal”da gözləyən
•
Tanrının itləri
•
Bizans, Desise, Ahval
•
Qırmızı çarıqlı Sultan
•
Dəşt-i Təbil
•
Zümrüdü Ankanın zühuru
•
Keyumərs kimdir? Barak Baba kimdir?
•
Erlikin kölgəsi
•
Qurdlar İttifaqı
•
Hülakunun əfəndisi
•
Taxta qılınc və könüllərin fəthi
•
İrqlərin fövqündə
Müqəddəs cihad idealı
•
Hələlik, Üsküp
Haqqını halal et, Sarayevo
Cezb-i hâlet peydâ kılgan Hakk’nı tapar,
Şemşîr-i din kolga alıb, nefsni çapar,
Kayda barsa, sırlar körüb, büküb yapar,
Ehlin tabsa, şerhin kılur, dostlarım-â.
Hakk’a âşık bolgan kullar tabtı murad,
Hızr, İlyâs dâim berur âb-ı hayat,
Tâ kıyâmet körmegeyler hergiz memât,
Gor içinde agâh ybabar, dostlarım-â.1
Allahın adıyla!
Dünya bir dənizdi: nə göy vardı, nə torpaq – hər yer ucsuz-bucaqsız, sonsuz su içindəydi.2 Cəbrayıl çox vaxt dəryada uçdu, Haqq bir ovuc torpaq, dəryaya saçdı, dərya süzülüb yer olmadımı?3
Pəri qızları su üzərində cadulu rəqslərinə hələ başlamamış, qara çadır yıxılmamışdı. Uca dağların başından duman dağılmamış, ağ qızlar adəm oğlunu hələ aldadıb qaçırmamışdı. Ağsaqqallar, ağbirçəklər səccadələrini qara torpağa sərməmişdi. Günəş Turana üzünü göstərməmişdi. Gecə qaradan qara, şeytan bəxtsizlərin ən bəxtsiziydi. Biz Ötükənin, Ötükən bizimdi. Sevr Dağı bizim üçün, biz Sevr Dağı üçün darıxırdıq. Urum elində, cənubda, şimalda, məğribdə, məşriqdə…
Piri Türkistan Əhməd Yəsəvinin xəlifəsi, Seyid Battal Qazinin nəvəsi Seyid, Şərif, Xıdır, Saltuk bəy, Məhəmməd Buxari, Sarı Saltuk və təbdili-qiyafətdəkilər – Stevi Nikola, Sveti Naum, Əziz Spiridion, Əziz Söyti Nikola, Aya Dimitri, Kiliğra Sultan, Sytzigan, Baba Syrgiannes, Baba Saruca, Saltuk ət-Türkü…
Kəşflər sahibi, Nizami-aləm iddiasının qazi övliyası, uluğ qoca Sarı Saltuk babamızın Hünkar Hacı Bektaş Vəlinin icazəsiylə çıxdığı müqəddəs səfərdə “himmətlərini” “tələb edənlərə”, “nəsibi qədər” təqdim etmək məqsədilə – Kitabi-Sarı Saltuk baba Cemaziyelahirin iyirmi birində, hicri min dörd yüz otuz yeddidə yazılıb tamam oldu.
Görklü Tanrı, çətin işimizi asan et, dilimiz topuq vurmasın, fərasətimizi ali et! Ağ sözümüzə qara salıb hikmətini kəsmə! Səni xatırlamağa həvəslənən könlümüzü soyutma! Rəqiblərimizi üstümüzə güldürmə! Müqəddəs Məhəmmədin ərlərini və Onun ən nadirləri əziz Türkləri əzəl və əbədi yolunun davamçıları qıl!
“Kitab-i Sarı Saltukbaba”nı oxuyanları üçlər, yeddilər, qırxlar məclisində İmam Zeynalabidin ilə cəm et!
“… and olsun, biz sizə açıqlayıcı ayələr, sizdən əvvəl gəlib keçənlərdən bir misal və Allaha qarşı gəlməkdən çəkinənlər üçün bir öyüd endirdik.”4
Gün ağardı, sis dağıldı, quru torpağa nəm düşdü. Qönçə gülə döndü. Şəfəq işıqlarıyla qapımızı döyən “Ünsüz Qoca” ata babam, “Reyhan-i Pir Vəkili” “Hazırlan, gedirik!” – dedi. Getdik səndən, ondan, bizdən – bildiyimiz hər şeydən uzaqlara getdik. Heybətin adını qoyana, “dayan” deyənə qədər getdik. Vardıq Anatolia deyilən Urum elinə…
Piri Türkistan Əhməd Yəsəvi babanın ocağı
Ravilər rəvayət edir ki, yer üzünə əzəmətlə oturmuş sinəsi uca dağlar Uluğ Tanrının qüdrət nişanıydı. Çalab müqəddəs torpaqları yaqut və almazlarla boyamışdı. Torpaqdan fışqıran abi-həyat nazlı nəğmələr söyləyərək ayaqlarının arasında dolaşırdı. Kimsə bu cür parıltını nə görmüş, nə də haqqında eşitmişdi. Yer üzü yaradıldığı gündən bu yana belə ehtişam yaşanmamışdı. Rəngarəng quşlar səmada uçuşanda göy qurşağını qısqandırırdı. İrəm bağları qədər gözəl, Pompey düzənlikləri qədər bərəkətli bu torpaqlarda xain-xain gəzən qara ölüm nə etsə də, üstünə axın-axın gələn Oğuz övladlarının qarşısını kəsə bilməmişdi.
Qoca dünya hər məharətini göstərmiş, Firdevsi hazırlamışdı. Adəmə cənnətdə təqdim edilən nemətlər əziz diyarda bu yurdun varislərinə həvalə edilmişdi. Cənnət və göz yaşı, qan və aclıq… Bu torpağın sakinləri – İsanın və Musanın davamçıları uzun zamandır yalnız hüzn mövsümü yaşayırdı. Qəhqəhə nədir? Heç uşaqlar da gülməyi bilmirdi. Doğulandan bəri ətraflarında gülümsəyən bir kimsə, insan görməmişdilər.
Papa Urbanın adamları, Hülakülər cəhənnəmi gətirib, cənnətin üzərinə tökmüş, Cəhənnəmi söndürəcək nə bir damla su, nə bir nəfəslik hava qoymuşdular. Hər dindən minlərlə, on minlərlə insan – xristian, yəhudi cəhənnəmin talan etdiyi bu bənzərsiz cənnət üçün başlarını göyə qaldırıb bir səda gözləyirdi. Səlibçilər və Tanrının itləri iki istiqamətdən irəliləyir, zülm yüksəlirdi. “Göylərin və yerin hökmdarlığının Allaha aid olduğunu bilməzsinizmi? Allahdan başqa dost və köməkçiniz yoxdur”5 səsiylə gözlərini