Rüstəm Behrudinin özü haqqında bilmədikləri. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Rüstəm Behrudinin özü haqqında bilmədikləri - Коллектив авторов страница 3
Vacib tanrıya getməyə,
Dilim, xoş gəldin, xoş gəldi
Alçaq da sən, uca da sən,
Cavan da sən, qoca da sən,
Sən hər şeydən ucadasan,
Ölüm, xoş gəldin, xoş gəldin!
Yenə doxsanıncı il şeirlərindən olan" 33 yaşımda, ya-xud anamın adı Zəhra" şeirlərindəki ölüm-həyat fəlsəfəsi-nin açılışı Rüstəm Behrudi yaradıcılığının mahiyyətinə işıq salır:
Bu yaşda ölümə tövbə, din dedim,
Ölümü ucaltdım ucalıqlara.
Ölümə ilk dəfə "xoş gəldin" dedim
Çalxalanan bir elin sevdaları başımda
Dar ağacına salam verdim
Otuz iki yaşımda.
Dar ağacına salam verib,
Ölümdən qaçmaq nədir?
Ölümü gəzdirirəm,
Ölüm mənim içimdə.
Axı ölüm-həyatdır,
Həyat-ölüm biçimdə!
Rüstəm Behrudinin “Salam, dar ağacı” şeirində onun yaradıcılığı üçün xarakterik olan milli-mənəvi bütövlük və genişlik anlayışları da öz əksini tapmışdır. Ümumiyyətlə, Rüstəm Behrudi Azərbaycanı böyük türk dünyası ilə birlik-də dərk və vəsf edir. “Salam, dar ağacı” şeiri də Azərbay-canın azadlıq arzusunu türk dünyası xalqlarının böyük ümidləri səviyyəsində bütün genişliyi ilə ifadə edən bilən, mühüm ümumiləşdirmə imkanlarına malik olan mükəməl şeirdir.
Bu mənada “Salam, dar ağacı” şeiri konkret tarixi epo-xada yovşan ətirli Böyük Çölün oyanışının və üsyankar ru-hunun Azərbaycanda yaranan mərdanə poeziyasıdır. Şeir yazıldığı illərdə Bakıda olduğu kimi Daşkənddə, Alma-Atada, Aşqabadda, Bişkekdə də oxunmuş, azadlıq meydan-larında səslənmişdir. "Salam, dar ağacı" şeiri türk dünyası-nı siyasi-mənəvi əsarətdən xilas olub, müstəqillik uğrunda mübarizəyə səfərbər edən böyük ədəbiyyat nümunəsidir:
Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm,
Tanrını bəndədən aralı gördüm,
Salam, dar ağacı! Əleyküm-salam!
Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, türkmənəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm:
Salam, dar ağacı! Əleyküm-salam!
Qeyd etdiyimiz kimi, Rüstəm Behrudi üçün Vətən an-layışının sərhədləri Azərbaycandan Altaylara qədərki mə-safələri ifadə edən geniş bir məfhumdur. Onun içində də, şeirlərində də böyük Turan sevdası yaşayır. O, “Turana Vətən” deyir, “bir ucu günbatan, biri gündoğan” olan bu böyük coğrafiyanın şeirini yazır. Onun bu silsilədən olan ən uğurlu şeirləri “ Obu, Yeniseyi, İdili keçib”, “Altaytək, Ağrıtək dağ aşıb gəzən,” “bölünə-bölünə yox olub itən”, “Tanrı dağlarına qədər uzanıb gedən” yovşan ətirli, ağzı atəş kimi boz qurdu ulaşan, “On uyğur, Doqquz oğuz elini” özündə cəm edən “sevgili bir yurd”un hayqırtısıdır, at kiş-nərtisidir. Rüstəm Behrudinin şeirləri oğuz-türk ellərinin bütövlük düşüncəsinin və genişlik çırpıntısının bənzərsiz poetik əks-sədasıdır. O, “mənim Buntürk, Saq babam, Hun babam, Oğuz babam” – dedikdə ayrılıqların yox, bütövlü-yün və genişliyin dərinliyini və miqyasını nəzərə çarpdırır. Son yüz ilin Azərbayacan şeirində Rüstəm Behrudinin ya-radıcılığında olduğu qədər heç bir sənətkarın əsərlərində türk dünyasının taleyi bu qədər dərinlikdə və genişlikdə öz əksini tapa bilməmişdir. Rüstəm Behrudi tərənnüm etdiyi Turanın genişliyi ilə birlikdə tarixi proseslərdəki çətinliklə-rini, bəzi yanlışlıqlarını da ədəbiyyat mövzusuna çevirib, müasirlərinə ibrət dərslərini çatdırmağı şair-vətəndaş bor-cu olaraq yerinə yetirir.
O, Turan dünyasının ən müxtəlif səbəblərdən “yadlara qızıl taxt ucaldaraq” bölünməsinin səbəbini “mənəmlik” duyğusu ilə, fərqli niyyətlərə xidmət edən hərbi-siyasi məq-sədlərlə əlaqələndirir. Burası da son dərəcədə əhəmiyyət-lidir ki, Rüstəm Behrudi 1990-cı ildə türk dünyasına həsr olunmuş şeirlərini yazıb, tarixin keşməkeşli səhifələrini diq-qət mərkəzinə çəkəndə hələ tarix kitablarımızdan “pantür-kizm” və “xalqlar dostluğu” sözləri çıxarılmamışdı:
Göy Tanrı, Qara xan, Oğuz, Güntəkin…
Tənəsi içdiyim bir anddan gəlir
Mənim ruhumdakı bu üsyan, qiyam
Tanrıqurt Metedən, Gürşaddan gəlir.
Buna görə də Rüstəm Behrudi hərəsi bir tarixi səhifə açan Teymurləngi, Xətaini, İldırım Bəyazidi, Sultan Səlimi haqq-ədalət divanına çağırmaqla oxucusunu keçmişin acı dərslərindən ibrət çıxararaq irəli baxmağa çağırır. Bunun əksinə olaraq, Rüstəm Behrudi Böyük çöl ruhunu tam ifadə edən Atillanı və Dədə Qorqudu bütövlük və genişlik rəmzi kimi son nəfəsinədək vəsf edir. O, yurdunu və elini qoru-maqla Qalın Oğuz eli üçün canını fəda etməyi böyük and kimi qəbul etmiş Beyrəyin qanlı köynəyini türk dünyasının döyüş bayrağı kimi mənalandırır. O, Hun türklərinin qüd-rətli hökmdarı və sərkərdəsi Atilladan da böyük tarixi şəx-siyyət olmaqla bərabər, həm də “nə vaxtsa dünyaya gəlib" insanlığa mənəvi bütövlük və genişlik bəxş edəcək ideal olaraq söz açır. Bütün bunlarla birlikdə, Rüstəm Behrudi-nin yaradıcılığındakı Turan anlayışı dünyanın reallıqları, yeni dövrün prinsipləri nəzərə alınmaqla hərbi-siyasi deyil, mənəvi-ruhi birliyi əks etdirir. Turan-onun üçün “üz tut-duğu tarixin” ibrət kitabı, ortaq köklərin bütövlüyünün rəmzi, etnik tarixi-coğrafi genişliyin göstəricisidir. Şairə gö-rə Tanrı dağına and içmək ümumiyyətlə Vətənə, idellara, torpağa ən üstün andın ifadəsidir. “And içsəm nəyəsə inan-ma heç vaxt, ağacdan, çiçəkdən, yarpaqdan