Silsilə qətllər törədən qatillər. Teymur Fərzi

Чтение книги онлайн.

Читать онлайн книгу Silsilə qətllər törədən qatillər - Teymur Fərzi страница 2

Silsilə qətllər törədən qatillər - Teymur Fərzi Çağdaş ədəbiyyat

Скачать книгу

sizə göstərəcək.

      Teymur Fərzi, Nəbi Hacıyev

      5

      Silsilə qətllər törədən qatillər

      Teymur Fərzi, Nəbi Hacıyev

      Silsilə qətllərə gedən yol…

      Mütəxəssislərin araşdırmalarına görə silsilə qətllər törədən qatillərin fərdi xüsusiyyətləri aşağıdakılardır:

      – Bir-birinə oxşayan ən az 3 cinayət törətmiş olmaları;

      – Həbs edilənəcən öldürməyə davam edirlər. Bu günə

      qədər qətillər silsiləsinə ara verən qatil olmayıb;

      – Bir neçə cinayətdən sonra fasilə verirlər. Bu müddət bəzi qatilə görə bir neçə gün, bəzilərinə görə də bir-iki il, istisna hallarda isə uzunmüddətli olur;

      – Qatil fasilə verdiyi zaman cinayəti yaddaşında canlan-dırmaq üçün bilmək üçün qurbana aid bir əşya götürür;

      – Bəziləri istisnalar olsa da, əksəriyyəti cinayətləri tək-başına törədirdilər;

      – Bir çoxunda cinsi davranış pozğunluqları və intihara meyllilik olur. Böyük əksəriyyəti də spirtli içki və ya narkotik aludəçisidir;

      – Yaddaşları zəifdir. Gerçəklikləri qəbul etməkdən boyun qaçırırlar. Heyvanlara işgəncə vermək xasiyyətləri var;

      – Qurbanlarını öz yaş qruplarından seçirlər, lakin sosial təbəqələrə fərq qoymurlar (varlı və ya kasıb olması);

      – Bəziləri qurbanlarının ətini yeməyi xoşlayır;

      – Cinayət törədərkən nə etdiklərinin fərqində olurlar;

      – Özlərinin güclü olduqlarını sübut etmək üçün öldü-rürlər. Öldürmək istəklərini şiddətləndirən çox vaxt cinsi ehtiyacları olur;

      – Yaşları 20-40 arasında dəyişir və 90%-i kişi cinsinə

      mənsubdur;

      6

      Silsilə qətllər törədən qatillər

      Teymur Fərzi, Nəbi Hacıyev

      – Əksəriyyəti ağ bədənli, heteroseksual və dindardırlar;

      – Heç biri xarici görünüşünə görə qatilə bənzəmir. Dai-mi bir işdə işləyənlər 1 faiz təşkil edir. Çoxu tüfeyli həyat tərzi keçirənlərdir;

      – Əksəriyyət qatillər ağır uşaqlıq keçirmiş və ya cinsi təcavüzə məruz qalmışlar;

      – Zəka səviyyələri normadan yuxarıdır. 30 faizi güclü zəkaya sahibdir;

      – 81 faizinin pornoqrafiyaya, 79 faizinin masturbasi-yaya, 71 faizinin gizlincə kimisə izləməyə və 7 faizinin də fe-tişizmə marağı var;

      – 80 faizi 18 yaşına çatmazdan əvvəl qadınlara və ya ki-şilərə təcavüz etmə xəyalı qurur;.

      – Kişi qatillərin çoxuna uşaq ikən qız paltarları geyin-dirilib.

      7

      

      Silsilə qətllər törədən qatillər

      Teymur Fərzi, Nəbi Hacıyev

      * * *

      “Qarındeşən Cek”

      “Tarixə nəzər salanda XX əsri mənim başlatdığımı görəcəklər”.

      “Qarındeşən Cek”in 1888-ci ilin 13 oktyabr tarixində Londonda nəşr olunmuş təsviri.

      Qurbanların sayı: 5 (20-yə qədər olduğu ehtimal edilir) Cinayətlərin tarixi: 1888-ci il Ölkə (ərazi): Böyük Britaniya

      əhşətli hadisə 31 avqust 1888-ci ildə səhər saat-larında başlayır. Saat 03:45 radələrində Londo-D nun İst-End bölgəsindəki kimsəsiz küçədə

      gedən hambal Corc Kros linoleuma sarılı bir şeyə toxunur.

      Yaxından baxanda bu bükülünün hissələrə bölünmüş qadın 8

      Silsilə qətllər törədən qatillər

      Teymur Fərzi, Nəbi Hacıyev

      bədəni olduğunu anladı. Sonralar qadının 42 yaşında olan Meri En Nikols adında pozğun qadın olduğu məlum oldu.

      Boğazı kəsilib qarnı cırılmışı və cinsi orqanında bıçaq yaraları var idi.

      O zamanlar heç kim fərqinə varmasa da, Meri En Nikol-sun bu qorxunc ölümü cinayət tarixində dönüş nöqtəsi olacaqdı. Bu cinayət əvvəlcə London, sonra da bütün dünyaya təsir dalğaları yayacaq cinayətlər çənbərinin ilk halqası idi. Eyni zamanda çox daha əhəmiyyətli bir şeyə işarə idi: silsilə seks cinayətlərinin müasir dövrü artıq başlamışdı.

      Nikols cinayətindən bir həftə sonra ilk cinayət yerindən 800 metr uzaqlıqda pansionat olaraq istifadə edilən bir binanın arxasında vərəmdən əziyyət çəkən 47 yaşında fahişə

      olaraq tanınan Anya Çapmanın parçalanmış cəsədi tapıldı.

      Çapmanın başı az qala bədənindən qopmuşdu, qatil onun əzələlərini kəsmiş və onurğasını da qoparmışdı. Daxili orqanları da qarnından çölə çıxarılmışdı.

      Qatilin gerçək kimliyi hələ məlum deyildi. Bir neçə həf-tədən sonra şəhər polisinə məktub gəldi. Məktub günahkar olduğunu etiraf edən şəxs tərəfindən yazılmış və ləqəblə im-zalanmışdı. Bu andan etibarən Vaytçapel qəssabı “Qarındeşən Cek” ləqəbi ilə axtarılacaqdı.

      Bu məktub aşağıdakı kimi idi:

      “Hörmətli şef!

      Qulağıma tez-tez polisin məni tutduğu ilə bağlı xəbərlər gəlir, amma məni uzun bir müddət tuta bilməyəcəklər. Ağıllı və

      doğru

Скачать книгу