Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri. Elçin İbrahimov
Чтение книги онлайн.
Читать онлайн книгу Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri - Elçin İbrahimov страница 3
Bundan başqa kitabda, xüsusilə, Məclisi-Məbusan-dakı müxtəlif vəzifə sahiblərinin nitqlərindən gətirilən sitat-lar, parçalar o dövrün dil mənzərəsi barədə son dərəcə dəqiq təsəvvür yaradır və bütün bunlara bugünkü dil prizma-sından baxdığımız zaman Azərbaycan Xalq Cümhuriyyəti ideoloqlarının nə qədər çətin bir işin ağırlığı altına girdiklə-rini bir daha hiss etməmək olmur.
Cəhd böyük idi, bu gün biz görürük, bu cəhd ümid-siz idi, o cəhdin bəhrələri bir neçə on ildən sonra özünü göstərə bildi və bu gün müstəqil Azərbaycan öz müstəqil dil siyasətini həyata keçirirsə, bu tarixi missiyanın bütün nüma-yəndələrini bir daha və bir daha yada salmaq vacibdir.
Elçin İbrahimovun kitabı Azərbaycan Xalq Cümhu-riyyəti dövrünü və bu dövrün dili ilə nəinki danışan, hətta yaşayan böyük şəxsiyyətlərin hissini, duyğularını bizə yaxın edir. Oxucu bu kitabı layiqincə qiymətləndirəcəkdir.
Kamal Abdullayev
akademik
GİRİŞ
2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyə-tinin yaranmasının 100 ili tamam olur. Bu tarixi gün Azər-baycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdir-mişdir.
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şərait-də fəaliyyət göstərmişdir. Cümhuriyyətin qısa müddət ər-zində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük və əhəmiyyətli izlər buraxmışdı. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün və-təndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azər-baycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yarat-mışdı. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədə-niyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımları Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər kimi qiymətləndirmək olar.
Müsəlman Şərqində ilk parlament respublikası ‒ Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlət-çilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisat-larının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il de-kabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Fəaliyyət göstərdiyi müddət ərzində 145 iclasın keçirildiyi AXC par-lamentində istər həmin dövr üçün, istərsə də bu günümüz üçün əsas ola biləcək bir çox əhəmiyyətli qərarlar qəbul olunmuşdu. Bunlara nümunə olaraq Azərbaycan (türk) dili, Bakı Universitetinin açılması, üçrəngli bayrağın qəbulu, ordu quruculuğu və s. göstərə bilərik.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mü-rəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbay-can xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərə-findən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdi. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqə-sinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitet-lərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait ya-ratmışdı. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya mü-səlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.
İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cin-sindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına bə-rabər hüquqlar verən cümhuriyyət çox mürəkkəb şəraitdə yaranmışdı. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhu-riyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik at-ributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisa-diyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri də Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müs-təqil dövlət kimi tanınması olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair san-ballı əsərlər, hətta ikicildlik ensiklopediya, parlamentin ste-noqram hesabatları və s. nəşr edilsə də, tariximizin bu mər-hələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir. Məhz bu araşdırmamızda cümhuriyyət dövrü dil siyasətini, həmin dövrdə dillə bağlı qəbul edilmiş qərarlar, parlamentin dili kimi məsələlərin geniş şəkildə araşdırılması qarşıya məqsəd kimi qoyulmuşdur. Əfsuslar olsun ki, cümhuriyyət dövrünü dərindən araşdırmayan, arxiv materiallarına bələd olmayan tədqiqatçılar AXC hökumətinin dillə bağlı yalnız bir qərar qəbul etdiyini yazmışlar. Halbuki cümhuriyyət dövründə dil və təhsillə bağlı müxtəlif sahələri əhatə edən altı qərar və rəsmi sənəd qəbul edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər bu-raxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəs-ri, dramaturgiyası və publisistikası olmuşdur. Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirən-lər də elə cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Ədəbi prosesi tənzim edənlər və yaradanlar ‒ Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacı-bəyli qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluza-də, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman Mümtaz, Əli Abbas Müznib və başqaları idilər.
Xüsusən