Ağ diş. Джек Лондон

Чтение книги онлайн.

Читать онлайн книгу Ağ diş - Джек Лондон страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Ağ diş - Джек Лондон

Скачать книгу

göyə tutdu. Burnu ilə havadan iyi çəkə-çəkə ona tamaşa edən adamlara diqqətlə göz qoymağa başladı. Bu baxışlarda nəsə bir həsrət gizlənmişdi. Bu, elə bil, həsrətli it baxışlarını xatırladırdı, amma bu baxışlarda itə xas olan sədaqət yox idi. Bu həsrət aclıqdan doğmuşdu, canavar cəhəngi kimi zalım, şaxta kimi amansız idi.

      Canavara nisbətən bu vəhşi yekəydi. Düzdür, yerişi canavar yerişiydi. Və görünür, o öz əcdadlarını təmsil edən ən iri nümayəndələrdən idi.

      Henri ovçu gözüylə baxıb dedi:

      – Hündürlüyü iki fut olar. Başından quyruğuna qədər, yəqin ki, beş futdur.

      – Hə, – Bill cavab verdi. – Rəngi də canavar rəngi deyil. Sarışın canavar görməmişəm. Amma bununku, deyəsən, qırmızımtıl-qəhvəyi rəngə çalır.

      Bill yanılırdı. Heyvanın tükləri xalis canavar tükləriydi. Arasından ağ ləkələr də gözə dəyirdi. Başını isə qırmızımtıl tüklər örtmüşdü. Və bu ağımtıl, qırmızımtıl, sarımtıl rənglər gah itir, gah da gözə dəyir, adamı çaşdırırdı.

      – Əsl qoşqu itidir! Özü də yekəsindən, – Bill dedi – Bir bax, quyruğunu gör necə bulayır.

      – Ey, Layka, – Bill çağırdı. – Yaxın gəl görüm. Adın nədir sənin?

      – Heç bir damcı da qorxmur! – Henri güldü.

      Bill hündürdən qışqırdı və canavarı yumruğu ilə hədələdi. Amma heyvan qorxub eləmədi, bir az ehtiyatlandı. O, adamlara yenə amansız acgözlüklə, oğrun ehtirasla baxırdı. Onun qarşısında canlı vardı və o, acından ölürdü. Azca cəsarəti çatsaydı, adamları parçalayıb yeyərdi. Bill qeyri-ixtiyari səsini yavaşıtdı:

      – Bura bax, Henri. Bizim üçcə patronumuz var. Amma bir heyvanı ki, öldürə bilərik. Burda, axı, güllə boşa çıxmaz. Heyif itlərdən, elə bil heç yox idilər. Yox, buna son qoymaq lazımdı. Hə, nə deyirsən?

      Henri razılıqla başını tərpətdi. Bill ehtiyatla tüfəngi kirşədən götürdü, çiyninə qaldırmaq istəyirdi ki, dişi canavar cığırdan o tərəfə sıçrayıb götürüldü və küknar ağacları arasında gizləndi. Dostlar bir-birinə baxdılar.

      Henri uzun fit çaldı.

      – Eh, heç ağlıma gəlmirdi, – deyə Bill tüfəngi yerinə qoydu. – İtlərin yeməyinin üstünə çıxan çoxbilmiş canavar, əlbəttə, tüfəngi də tanıyar. Vallah, Henri, bizim bütün bədbəxtliyimiz bu dişi canavarla bağlıdır. O, qansızdı, itlərimizin üçünü aparıb, mağıl indi altı itimiz vardı. Yox, mən ona çatacam. Belə açıqlıqda onu öldürmək olar? Çox bicdi. İndi mən onu izlərəm, Pusquda durub bu qansız vəhşini gəbərdəcəm, – Ancaq uzağa getmə ha, – Henri xəbərdarlıq elədi. – Sürüylə sənə hücum etsələr, vəssalam, işin bitdi. Bu vəhşilər lap çox acıblar. Ehtiyatlı ol, Bill, keçərsən onların cənginə ha! həmin gün vaxtından bir az tez düşərgə saldılar. Əlbəttə, uç it altı itin gücündə deyildi və onlar ağır kirşəni sürətlə darta bilmirdilər. Bill itləri bir-birindən aralı bağladı, hər iki dost yıxılıb yatdı. Canavarlar isə daha da ürəklənmişdilər və onların ucbatından gec qızılaxtaranlar neçə dəfə oyanmağa məcbur oldular. Vəhşilər o qədər yaxın gəlmişdilər ki, itlər qorxudan lap dəlilik edirdilər. Ürəkli quldurların qabağını almaq üçün tonqala neçə dəfə odun atmaq lazım gəldi. – Dənizçilər deyirlər ki, köpəkbalıqları gəminin dalınca üzməyi xoşlayırlar, – Bill yorğanın altından çıxıb tonqala sarı gəldi. – Bu canavarlar da köpəkbalığı kimi bir şeydirlər – quruda yaşayan köpəkbalıqları! Bu hiyləgər vəhşilər, elə bilirsən, təkcə it yeməyindən ötrü dalımıza düşüblər? Axır bizi tutub yeyəcəklər, baxarsan. Henri onun sözünü kəsdi:

      – Sən ki, bu qədər bəd-bəd danışırsan, elə sənin özünü qamarlayacaqlar. Qorxan gözə çöp düşər. Təsəvvür et ki, elə lap canavarların ağzındasan…

      – Eh, onlar o qədər insan əti yeyiblər ki…

      – Bəsdi, bədniyyət olma! Daha taqətim yoxdur! Henri acıqlı-acıqlı böyrü üstə çevrildi. Billin susması onu təəccübləndirdi. Bu, Billə yaraşan hal deyildi. Adətən sərt sözlər onu hövsələdən çıxarırdı. Henri yuxuya gedənə kimi bu haqda düşündü. Nəhayət, kirpikləri açılıb yumuldu və o, belə bir qənaətlə dərin yuxuya getdi ki, “Bill ruhdan düşüb. Sabah onu ovundurmaq lazımdı. Ayıltmaq lazımdı onu”.

      3

      ACLIQ HARAYI

      Gün uğurlu gəlmişdi. Gecə bir dənə də olsun it qaçmamışdı. Bill və Henri bu şaxtalı gündə xoş əhvalla yola düzəldilər. Bill sanki ötən gecəki həyəcanlarını unutmuşdu. Döngələrin birində kirşə aşdı. Amma Bill itlərlə zarafatından qalmadı. Aləm biri-birinə qarışmışdı. Aşmış kirşə nəhəng qar topasının arasına pərçim olmuşdu. Onu təzədən düzüb-qoşmaq üçün itləri qoşqudan aşası oldular. Qızılaxtaranlar əyilib kirşəni qaldırmağa çalışanda Henri Tayqulağın qaçıb uzaqlaşdığını gördü.

      – Dayan, Tayqulaq – Henri qışqırdı və dikəlib itin dalınca baxdı.

      Amma Tayqulaq daha da bərkdən götürüldü. Orada, yolun kənarında, indicə ötüb gəldikləri yerdə dişi canavar Tayqulağı gözləyirdi. İt ona çatanda qulaqlarını şəklədi, addımlarını yavaşıtdı, sonra dayandı. İt canavara diqqətlə, amma oğrun-oğrun baxır, bəlkə də həsəd aparırdı.

      Dişi canavar dişlərini qıcıtdı, sanki itə bic-bic gülümsündü. Sonra bir neçə dəfə oynamaq hərəkətləri edib dayandı. Tayqulaq hələlik ehtiyat edirdi, quyruğunu yuxarı qaldırıb, qulağını şəkləyə-şəkləyə ona tərəf getdi; başını lap dik qaldırdı.

      İt canavarı imsimək istədi. Vəhşi isə geri çəkilərək qabaq pəncələriylə iti oynaşmağa dəvət etdi. Tayqulaq irəli meyllənəndə, canavar geri çəkilirdi. Ha yavaş-yavaş, ha yavaş-yavaş canavar Tayqulağın başını tovladı, onu öz etibarlı müdafiəçilərindən, insanlardan uzaqlaşdırıb ardınca apardı. Birdən elə bil Tayqulağı cərəyan vurdu. Nəsə dumanlı bir təhlükə hiss edib dayandı. Dərhal kirşəyə tərəf çevrildi, qoşqu dostlarına, onu səsləyən insanlara baxdı. Ancaq geriyə meyllənmək istəyəndə dişi canavar dərhal onu yoldan elədi, Tayqulağa yaxınlaşdı, bircə anlıq burnuyla ona toxundu, sonra oynaya-oynaya, iti özünə çəkə-çəkə daha da uzaqlaşdı.

      Bu vaxt Billin yadına tüfəng düşdü. Amma silah çevrilmiş kirşənin altında qalmışdı. Henri dostuna kömək edib şeyləri yığışdırana kimi itlə canavar biri-birinə o qədər yaxın durmuşdular ki, belədə güllə atmağa dəyməzdi.

      Tayqulaq öz səhvini gec başa düşdü. Bill və Henri hələ də bir şey anlamırdılar. Birdən gördülər ki, Tayqulaq dönüb var gücüylə onlara tərəf qaçır. Tayqulağın qabağını kəsmək

Скачать книгу