Dekameron. Джованни Боккаччо

Чтение книги онлайн.

Читать онлайн книгу Dekameron - Джованни Боккаччо страница 16

Жанр:
Серия:
Издательство:
Dekameron - Джованни Боккаччо

Скачать книгу

bu sevincini, bu nəşəsini

      Sözlə ifadəyə acizəm, mən acizəm.

      Bir də bunu, mən desəm də, anlaya bilməz

      O məftunluq anlarını yaşamayan kəs.

      Fikrim mənim ayrılmayır ondan nə qədər,

      O qədər də çox alışıb-yanıram, ancaq

      Deyirəm ki, sevincim də böyük olacaq.

      Elə nəşə istəyirəm, ona bərabər

      Sevinc hissi bir ürəkdə olmasın heç vaxt.

      Oyun nəğməsini hamı həvəslə oxudu. Lakin nəğmənin sözləri bəzilərini düşündürdü. Sonra yenə rəqs etdilər. Qısa gecənin bir hissəsi keçmişdi, kraliça birinci günə son verməyi lazım bildi; buyruq verdi, məşəlləri yandırdılar. Hamının gedib sabaha kimi dincəlməsini əmr etdi, qızlar və oğlanlar əmrə itaət etdilər, hər kəs öz otağına qayıtdı.

      İKİNCİ GÜN

      Dekameronun birinci günü qurtarır, ikinci günü başlanır; bu gün Filomenanın rəhbərliyi altında, bir çox ağır müsibətlərdən sonra, heç gözlənilmədiyi halda öz məqsədinə çatan adamlardan bəhs olunur

      Günəş hər yerə öz işığını saçmışdı, quşlar da yaşıl budaqlarda şən nəğmələr oxuya-oxuya bunu hamıya xəbər verirdi; bu zaman xanım-lar, üç də cavan oğlan qalxıb bağa getdilər. Onlar şehli ot üstündə gəzə-gəzə, çiçəklərdən qəşang çələnglər hörə-hörə xeyli vaxt bağda o baş-bu başa gəzdilər. İndi də, dünənki kimi, hava sərinkən səhər çörəyini yedilər, rəqs etdikdən sonra dincəlməyə getdilər. Saat doq-quzda ayağa qalxıb, kraliçanın sərəncamına əsasən, sərin çəmənə yollandılar. Halay vurub oturdular. Başına dəfnə çələngi qoyulmuş gözəl və füsunkar Filomena bir az dalğın halda durdu, sonra hamını gözdən keçirib, Neifilaya əmr etdi ki, hekayə söyləməyə başlasın. Neifila da qeyd şərtsiz, gülərüzlə sözə başladı.

      BİRİNCİ HEKAYƏ

      Martellino özünü yalandan çolaqlığa qoyur, sonra da özünü elə göstərir ki, guya müqəddəs Arriqonun meyitinə toxunmaqla qıçı yaxşı olur. Yalanın üstü açılanda onu döyürlər, asmaq istəyirlər, axırda təhlükədən xilas olur.

      Əziz xanımlar, çox vaxt elə olur ki, başqalarını, xüsusilə hörmətə layiq olan şeyləri ələ salmaq istəyən adamlar özləri pis vəziyyətə düşür, bəzən bundan zərər də çəkirlər. İndi mən, kraliçanın buy-ruğuna əməl edərək, qarşıya qoyulan məsələ üzrə öz hekayəmə başlayıram. Bununla da bizim bir vətəndaşın başına gələn əhvalatdan danışmaq fikrindəyəm: əvvəl o, bədbəxtliyə düçar olur, sonra da, heç gözlənilmədiyi halda, yaman xoşbəxt olur.

      Bir az bundan əvvəl Trevizoda Arriqo adlı bir alman yaşayırdı. O, yoxsul olduğundan, kim istəsəydi, ona kirayəsi ilə yük daşıyardı. O həm də çox vicdanlı, mömin bir adamdı. Buna görə, öləndə, lap can ağzından çıxanda (doğrumu, yalanmı) trevizolular deyir ki, Trevizo baş kilsəsinin bütün zəngləri, heç kəsin əli dəymədən, çalınmağa başladı. Bu, bir möcüzə hesab edildi, hamı dedi ki, Arriqo müqəddəs adamdır. Bütün şəhər camaatı yüyürə-yüyürə onun meyiti olan evə gəldi, onu müqəddəs bir şəxs kimi baş kilsəyə apardılar; çolaqları, şikəstləri, korları və xəstəliyə tutulan bütün adamları ora gətirdilər, sanki hamı bu meyitə toxunmaqla sağalacaqdı.

      Elə oldu ki, şəhər camaatının hərəkətə gəldiyi bu qatmaqarışıq-lıqda Trevizoya bizim üç vətəndaşımız gəldi. Onlardan birinin adı Stekki, o birisininki Martellino, üçüncüsününkü də Markeze idi. Onlar sinyorların sarayına gedər, ağız-burunlarını əyməklə, oyun çıxarmaqla, kimi olsa çox bacarıqla yamsılamaqla camaatı güldü-rərdilər. Hələ indiyə qədər onlar bu şəhərə gəlməmişdilər. Hamının əl-ayağa düşdüyünü görüb təəccübləndilər, bunun səbəbini eşidəndə, meyitə baxmaq istədilər. Şeylərini mehmanxanada qoyduqdan sonra Markeze dedi: «Gedək bu müqəddəs adama baxaq; ancaq bilmirəm ora necə gedə bilərik, eşitmişəm ki, meydan həm almanlarla, həm də şuluqluq olmamaq üçün, şəhər sinyorunun göndərdiyi silahlı adamla doludur. Bunu da deyirlər ki, kilsəyə o qədər adam təpilmişdir, içəri girmək mümkün deyil». Martellino bu mənzərəyə baxmaq istədiyin-dən dedi: «Bunun eybi yoxdur, o müqəddəs meyitin yanına getməyə mən yol taparam». Markeze soruşdu: «Necə yol taparsan?» Martel-lino belə cavab verdi: «Mən sənə deyim necə: özümü çolaqlığa qoyaram, siz qolumdan tutarsınız, guya özüm yeriyə bilmirəm; deyərsiniz ki, bunu ora aparmaq istəyirik, qoy o müqəddəs adam bunu sağaltsın; elə bir adam olmayacaq ki, bizi görüb yol verməsin». Markeze və Stekki bu təklifi bəyəndilər. Çox ləngimədilər, mehman-xanadan çıxıb, xəlvəti getdilər, orada Martellino biləklərini, barmaq-larını, qollarını, qıçlarını, ağzını, üzünü, gözünü əyərək, dəhşətli şəklə saldı; elə bir adam olmazdı ki, doğrudan da onun şil-küt olduğuna inanmasın.

      Markeze və Stekki onu belə şil-küt halda götürüb, kilsəyə getdilər, yolda üzlərinə mömincəsinə bir ifadə verib, rast gəldikləri hər adamdan fağır-fağır, allah rizasına yol verməsini xahiş etdilər; hamı da dərhal yol verirdi. Hamı onlara baxaraq, çığıra-çığıra deyirdi: «Yol verin, yol verin!» Bu qayda ilə az vaxtda gəlib, müqəd-dəs Arriqonun meyiti qoyulan yerə çatdılar. Meyitin ətrafında duran bir neçə zadəgan Martellinonu tez götürüb meyitin üstünə qoydu ki, bu qayda ilə o, sağlamlıq nemətindən feyziyab olsun. Hamı Martel-linonun necə olacağına diqqətlə baxırdı, Martellino azca gözlədikdən sonra əvvəl bir barmağının, sonra bir biləyinin, sonra da bütün qolunun açıldığını göstərdi, – bunları o çox ustalıqla edirdi, – bu qayda ilə yavaş-yavaş bütün bədənini dikəltdi. Camaat bunu görüb müqəddəs Arriqonun şərəfinə elə fəryad qopardı ki, göy də gurulda-saydı, eşidilməzdi.

      Təsadüfən orada bir florensiyalı durubmuş, Martellinonu da çox yaxşı tanıyırmış, ancaq onu belə şil-küt halda gətirəndə tanımamışdı. İndi Martellino dikəlib ayağa qalxanda tanıdı, birdən qəhqəhə ilə gülüb dedi: «Ay allah onu öldürsün! Onun nə halda gəldiyini görən adam heç inanardımı ki, o, çolaq deyil?» Trevizolulardan bir neçəsi bu sözü eşidib elə o saat soruşdu: «Necə yəni? Yoxsa o, çolaq deyildi?» Florensiyalı bu suala belə cavab verdi: «Əşi, vallah yox, o həmişə bizim hamımız, kimi şax gəzərdi. O istədiyi sifətə düşə bilir, bunu da hamıdan yaxşı bacarır». Onlar bunu eşidən kimi dayanıb gözləmədilər, basa-basa özlərini qabağa verib çığırdılar: «Tutun bu məlunu, o, allahı, müqəddəs adamları lağa qoyur, iflic vurmadığı halda özünü yalandan çolaqlığa qoyub bura gəlib ki, bizim müqəddəs adamımızı da, bizi də ələ salsın». Belə deyə-deyə Marteldinonu olduğu yerdən dartıb aşağı saldılar, paltarını darta-darta əynindən çıxartdılar, saçından tutub yumruqlamağa, təpikləməyə başladılar. Kim bu iş üçün tələsə-tələsə onun yanına gəlməsəydi, özünü kişi hesab eləməzdi. Martellino çığıra-çığıra deyirdi: «Allah xatirinə, mənə yazığınız gəlsin!» Onların əlindən qurtarmağa çalışırdı, lakin bundan bir şey çıxmadı, camaat onun ətrafında get-gedə çoxalırdı. Stekki ilə Markeze

Скачать книгу