Çoxbilmiş. Народное творчество
Чтение книги онлайн.
Читать онлайн книгу Çoxbilmiş - Народное творчество страница 3
29. Dost yolunda boran olar, qar olar.
30. Dost yolunda can qurban.
31. Dostluqla tutub, düşmənliklə yıxma.
32. Dost min isə azdır, düşmən bir isə çoxdur.
33. Dostun versə qum, al ovcunda yum!
34. Ev alma, qonşu al.
35. Əli ələ vurarsan, səs çıxar.
36. Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
37. Yaxşı dostu yaman gündə sına.
38. Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
39. Yeməklə dost olan illərlə küsülü qalar.
40. Yoldaşını nişan ver, özünü tanıt.
41. Örtülü bazar dostluğu pozar.
42. Özgə atına minən tez düşər.
43. Özgə buzovunu güdənin çatısı əlində qalar.
44. Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
45. Özgəyə quyu qazan özü düşər.
47. Sidq ilə dost olan ürəkdən də bir gərək.
48. Tək əldən səs çıxmaz.
49. Hər şeyin təzəsi, dostun köhnəsi.
50. Çox qarışqa bir şiri öldürər.
51.Çörək itirən çörək tapmaz.
Vətən və el haqqında
1. Ağac dibindən su içər.
2. Ağacı içindən qurd yeyər.
3. Ağac meyvəni dəyənə qədər böyüdər
4. Ağac olan yerdə budaq sınar.
5. Ağac səmtinə yıxılar.
6. Ağac sınanda budaq nəyə gərəkdir?!
7. Ana kimi yar olmaz, Vətən kimi diyar.
9. Asılsan da uca budaqdan asıl.
10. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
11. Bu dünyada şirin şey bir anadır, bir Vətən
12. Bülbülü saldılar qəfəsə dedi: “Ay Vətən, ay Vətən”.
Buraxdılar, qondu tikan koluna, dedi: “Can Vətən, can Vətən”.
13. Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
14. Vətəndən ayrı düşsəm viran ollam, talannam.
15. Vətənə gəldim, imana gəldim.
16. Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
17. Qoçun buynuzu qoça ağırliq eləməz.
18. Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
19. Dağ yeri – duman yeri, yurd yeri – guman yeri.
20. Dam dirək üstə durar.
21. Doğma yurd şirin olar.
22. Dünyada Vətəndən əziz nə var?
23. Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
24. El ağzını bağlamaq olmaz.
25. El ağzı faldır.
26. El arxası çəmən olar.
27. El atan daş dağdan aşar.
28. El atan daşa güc düşməz.
29. El tutanı ər tutar, ər atanı el atar.
30. El qapısı həm gec, həm güc açılar.
31. El bir olsa zərbi kərən sındırar.
32. El dəlisini çölə atmaz.
33. El elə sığışar, ev evə sığışmaz.
34. El elin aynasıdır.
35. Elə arxalanan igidin, arxası yerə dəyməz.
36. Eli dağlamaq olmaz, ağzın bağlamaq olmaz.
37. Elimə qalsın, günümə qalmasın.
38. Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
39. Elin gözü sərraf olar.
40. Elin gücü bir olsa, düşməni dara çəkər.
41. Elin oğlu yumurtaya qulp taxar.
42. El keçən körpüdən qorxma, sən də keç.
43. El köçdü, oba qaldı.
44. El gözündən düşən boy atmaz.
45. El gözündən düşən gözsüz qalar.
46. El gücü, sel gücü.
47. El gücü, yel gücü, sel gücü.
48. Ellərə gülən canım – indi olub el gülüncü.
50. El öz dəlisini tanıyar.
51. El sevəni aləm sevər.
52. Elsiz dağ viranədir.
53. El tikəni yel yıxa bilməz.
54. El harda, sən də orda.
55. El çalan zurnanın səsi uzağa gedər.
56. Yerlərdir haman yerlər, görünməz oldu illər.
57. Yer, oturan adamla şərəflənər.
58. Yersiz gəldi, yerli qaç.