Əbuəlisina. Kayum Nasıri
Чтение книги онлайн.
Читать онлайн книгу Əbuəlisina - Kayum Nasıri страница 4
Keşikçi dayanır qapında yenə,
Onunçun yanına gələmmədim mən.
Sevgililər gözlərini bir-birlərindən çəkmədən bir anlı-ğa dinmədilər. Sonra yenə oğlan öz qəmli mahnısını da-vam etdirdi:
Qızıl bir zolaq çəkib, al geyinir dan yeri,
Günəşin şəfəqləri salamlayır bəşəri.
Dərd əlindən bilmirəm gün çıxır, batır necə,
Qara örpək bürünüb, görürəm düşür gecə.
Birdir gecəm-gündüzüm,
Qəm kəsib qərarımı.
Gecə-gündüz həsrətlə,
Çağırıram yarımı.
Hicran əzabı ağır –
Deyəndə dilim yanır.
Yuxum yoxdur gecələr,
Ahım ərşə dayanır.
Bütün gecəni onlar söhbət etdilər, bir-birlərinə mahnı oxuyaraq həyatın kəşməkeşlərini unutmaqla, büllur kimi saf məhəbbətdən, daimi dostluqdan danışdılar. Onlar gecənin necə keçdiyini belə hiss etmədilər!..
Sübh açıldı. Göyün üzündəki qara pərdə yavaş-yavaş qalxır, hava işıqlaşırdı. Əbuəlisina gəlib onlara xəbər verdi ki, ayrılmaq vaxtı çatmışdır.
Şahzadə qız yenidən öz sarayına gəldi.
Qız evlərinə qayıdıb gözlərini açdı və uzun müddət özünə gələ bilmədi. O başa düşə bilmirdi ki, onun başına gələn bu hadisələr yuxudur, yoxsa həqiqətdir. Çox fikirlə-şəndən sonra belə qərara gəldi ki, bu heç də yuxu deyil. Bu vaxt qız narahat olmağa başladı. O, böyük şah qızıdır, ca-maat arasında danışılan dedi-qodulardan qorxurdu. Eyni zamanda o, halvaçını sevdiyi və onunla görüşdüyü üçün ürəyində sevinirdi.
Qız iki od arasında qalaraq xeyli düşündü, amma heç bir nəticəyə gələ bilmədi. “Atam özgələrdən eşitməmiş, yaxşısı budur, özüm hamısını ona açıb deyim”, – deyə qərara gəldi, bir qaz lələyi götürüb onu mürəkkəbə batırdı və nəhayət cəsarətsizliyi bir yana atıb, əlləri əsə-əsə gecə baş vermiş əhvalat haqqında uzun bir məktub yazdı və kənizlərin biri ilə atasına göndərdi.
Şah məktubu oxuyub qəzəbləndi, öz vəzirlərini, müd-rik adamları, hakimləri və qəhrəmanları çağırtdırdı. Qızı-nın etiraf məktubunu bir daha hamı bir yerdə oxudu. Ha-mını ağlasığmaz heyrət bürümüşdü. Bəziləri elə güman edirdi ki, bu “cin-şeytan” işidir, digərləri isə bunu cadu-gərlərə isnad edirdilər.
Xeyli müzakirədən sonra belə qərara gəldilər ki, qızın yataq otağının dövrəsində xidmətçilərdən mütləq keşikçi qoymalı, bütün qapılarda silahlı gözətçilər düzməli, sarayı isə hər tərəfdən qoşunla əhatə etmək lazımdır.
Axşam düşdü, hava qaralmağa başladı. Hər yerdə ke-şikçilər dayanmışdı. Sarayın yanından bir milçək belə ya-yınıb keçə bilməzdi. Xidmətçi qadınlar gözlərini qırpma-dan şahzadənin keşiyini çəkirdilər.
Göy üzündə ulduzlar parladığı zaman halvaçı Əbuəli-sinaya yenidən yalvardı ki, onu qızla görüşdürsün. Əbuəli-sinanın oğlana ürəyi yandı və onun istəyinə kömək etdi.
Qaranlıq daha da qatılaşırdı. Sarayda sakitlik hökm sürürdü. Lakin həyəcan içində olan saray əhlinin yuxusu tamam qaçmışdı. Onlardan hər biri öz qoçaqlığını göstər-məklə şahın gözündə fərqlənməyə can atırdı.
Birdən şahzadənin yataq otağında çaxnaşma düşdü. Hamı şahzadəyə tərəf yüyürərək “hara, hara gedirsən?”– deyə qışqırışdılar. Lakin onu nə kənizlər, nə qapıdakı ke-şikçilər, nə də sarayı əhatə etmiş qoşun saxlaya bildi.
Sübhə qədər aparılan axtarış heç bir nəticə vermədi. Şahzadə bu gecəni də halvasatanın yanında keçirdi. Səhər açılanda o, yenə də öz evinə qayıtdı.
Şah daha da bərk qəzəbləndi. O, yenidən saray əhlini toplayıb onlarla məsləhətləşməyə başladı.
Qızğın mübahisədən sonra məsləhətləşib belə qərara gəldilər ki, qızın yatağı yanına islanmış zəfəran qoysunlar, əgər o, yenə bir yerə getmək istəsə, onu buraxmazdan əv-vəl əllərinə həmin zəfərandan sürtsünlər. Qız zəfəranlı əl-ləri ilə hər gecə getdiyi evin qapısının dəstəyindən tuta-caq, onda bu izlə təqsirkarı tutmaq olar, – deyə şahın adamları mühakimə yürütdülər.
Təyin edilmiş vaxtda qız yataqdan qalxdı, otaqdan hə-lə çıxmamışdı ki, onun əlini zəfəran suyuna batırdılar. Doğrudan da, qız halvasatanın otağına girəndə qapının dəstəyində beş barmağının beşinin də izi qaldı.
Əbuəlisina saray xidmətçilərinin hiyləsini anlamışdı, özünün ehtiyatkarlığı sayəsində şəhərin bütün mağaza və qapılarının dəstəklərində barmaq izləri peyda oldu.
Qız öz sarayına, “qızıl qanadlı məhəbbət quşu səmanı dolanıb bütün gümüşü ulduz danələrini dənləyəndən”, yəni səhər açılandan sonra qayıtdı.
Şah sarayın keşikçi dəstəsinin rəisini yanına çağırtdı-rıb dedi:
–Dərhal əmr edin ki, paytaxtın bütün qapılarının dəs-təklərini yoxlasınlar, hər kəsin qapısının dəstəyində bar-maq izi tapıldı, onu tutub yanıma gətirin. Mən onu edam etdirəcəyəm.
Sarayın keşikçi dəstəsinin rəisi özü ilə bir neçə nəfər keşikçi götürüb axtarışa başladı. “Cinayətkarı tutsam, şa-hın qarşısında başqalarından fərqlənərəm”, – deyə özlü-yündə xəyal edirdi.
Lakin saraydan çıxarkən onu heyrət bürüdü. Sarayın bayır qapısının dəstəyində barmaq izləri görünürdü.
Keşikçi belə qərara gəldi ki, “görünür, qız saraydan çıxarkən qapının dəstəyindən yapışmışdır”. Onlar başqa evlərə getdilər. Lakin hara getdilərsə, hər yerdə həmin bar-maq izlərini gördülər. Kimi tutub gətirmək və cəzalandır-maq lazım olduğunu biməyərək, onlar əliboş saraya qayı-dıb bütün gördükləri haqda padşaha nağıl etdilər.
Keşikçilərinin məlumatını dinlədikdən sonra şah daha da qəzəbləndi. Lakin nə edəcəyini bilmədiyindən, acığın-dan saqqalını didməyə başladı. Sonra əmr etdi ki, qırx gün ərzində şəhərin bütün evləri diqqətlə yoxlanılsın.