Uşaqların baharı. Сеид Азим Ширвани

Чтение книги онлайн.

Читать онлайн книгу Uşaqların baharı - Сеид Азим Ширвани страница 3

Uşaqların baharı - Сеид Азим Ширвани Uşaq ədəbiyyatı

Скачать книгу

ova getməsi

      Nağıl edirlər ki, Nuşirəvan şah bir gözəl ovlağa yollandı. Ov elədilər, kabab etdilər ki, dövranın şahı xoşhal ola.

      Bir qulam kəndə qaçdı ki, duz gətirsin. Nuşirəvan dedi:

      – Ey qulam, duzu qiymət ilə al ki, onu tövcüyə hesab eləməsinlər. Bu kənd də dağılıb xaraba qalmasın.

      Dedilər:

      – Ey ulduz məqamlı şah, belə az şeydən nə xələl yetər?

      Dedi:

      – Zülmün əsası dünyada az olub, ey sadəlövh insanlar. Sonradan kim ki gəldi, artıq etdi, xanimanları xaraba etdilər. Əgər biri bağdan bir alma yesə, rəiyyətin bağı viran qalar. Əgər soltan beş yumurta yesə, qoşunu min toyuq bişirər… Zülmü soltan edəndə, daha kim zülm etməkdən çəkinər? Zülmdən yer üzündə ot bitməz. Padşah əgər ədalətli olmasa, dünya alt-üst olar.

      

      Bir oxucu ilə şagirdlərin əhvalatı

      Misirdə bir dövranın yeganəsi mənə bu macəranı danışdı. Dedi ki, bizdə bir pir vardı, elm sahibi və təmiz ürəkli bir şeyx idi.

      …O qoca daim Quran oxuyan uşaqlara qiraət öyrədərdi. Həmin şeyx dərsdən sonra da uşaqlara qiraətsiz (məddsiz, təcvidsiz, bəlağətsiz) söhbət etməyi qadağan eləmişdi. Uşaqlar bundan tamam bezmişdilər.

      Bir gün şeyx qəlyan çəkərkən qəflətən qəlyandan bir qığılcım sol tərəfdən əmmaməyə düşdü. Bunu görən bir uşaq yoldaşlarına işarə etdi: “Uşaqlar, hələ dinməyin, qoyun mollanın əmmaməsi bir az yansın. Başa düşsə də, sonra başa düşsün”.

      Əmmamə bir az yandıqdan sonra uşaqlardan biri hay-küy saldı. Şeyxə qiraətlə xəbər verməyə başladı. Qiraətin tələbi ilə söz o qədər uzandı ki, mübtədanı eşidən molla xəbəri gözləməyə başladı. Axır ki, çoxbilmiş uşaq dedi:

      – Şeyxəna, qoyma, yandı əmmamə!

      O zaman ki uşaq xəbər verdi, artıq əmmamənin yarıdan çoxu yanmışdı. Şeyx qəzəblənib dedi:

      – Sən ki əmmamənin yandığını görürdün, niyə vəziyyəti xəbər vermirdin?

      Uşaq dedi:

      – Bizdə nə günah var, özün bizə tez danışmağı qadağan etmisən.

      Şeyx dedi:

      – Bundan sonra söhbəti qiraətsiz edərsiniz.

      

      Nağıla aid testlər Bir oxucu ilə şagirdlərin əhvalatı

      1. Uşaqlar nə üçün şeyxdən bezmişdilər?

      A) Onlara qiraətsiz dərsdən kənar danışmağı qadağan etdiyinə görə

      B) Uşaqlara yaxşı qiymət yazmadığına görə

      C) Uşaqlara oynamağa imkan vermədiyinə görə

      2. Şeyxin əmmaməsi nəyə görə yandı?

      A) Uşaqlar xəbəri qiraətə uyğun dedikləri üçün

      B) Uşaqlar bilərəkdən bunu demədikləri üçün

      C) Uşaqların ehtiyatsız davranmasına görə

      3. Şeyx uşaqlara söhbəti qiraətsiz etməyə nə vaxt icazə verdi?

      A) Əmmaməsi yandıqdan sonra

      B) Uşaqlar mədrəsini bitirdikdən sonra

      C) Uşaqlar dərsi bitirdikdən sonra

      Oğluma xitab

      Ey oğul, canımın rahatlığı, ata gülüstanının xoş ətirli gülü, ilham sədəfimin qiymətli gövhəri! Kimsəyə bir yaman xəbər vermə! Bülbül olub bahardan müjdə ver, bayquş olub xalqı pərişan eləmə. Fars şairi Sədi dediyi kimi, “Ey bülbül, bahar müjdəsi gətir, pis xəbəri uğursuz bayquşa həvalə elə!”

      1. İskəndər dövründə iki həkim

      İskəndər zamanında Yunan mülkündə iki hörmətə layiq həkim vardı. Onların mübahisəsi düşdü. Mübahisəni həll etmək üçün biri dəlil-sübut gətirir, o biri hikmət ilə onun fikrini rədd edirdi. Bu biri hər nə mətləbdən söz saldı, digəri bir tutarlı dəlillə onun fikrinə qarşı çıxırdı. Nə qədər bir-birini inandırmağa çalışırdılar, bir-birinə qalib ola bilmirdilər.

      Axır ki, onlar belə bir şərt kəsdilər ki, hərə bir zəhər hazırlasın. Biri o birinin zəhərini içsin, görsünlər kim məğlub olur.

      Həkimin biri şərbət hazırladı, o birisi zəhər. Onlar hazırladıqlarını bir-birinə zəhmlə verdilər. Biri zəhəri alıb cürətlə başına çəkdi. Onun heç zəhər olduğunu ağlına belə gətirmədi. Axı onun özü də şərbət hazırlamışdı. Niyyəti də xoş olduğundan zəhəri şərbət bimi başına çəkdi, ondan heç bir təsir duymadı.

      O biri həkim isə hazırladığı zəhər olduğundan şərbəti zəhər kimi alıb başına çəkdi. Öz işi ilə müqayisə etdi. Qorxusundan bağrı çatlayıb dünyadan köçdü.

      Nağıla aid testlər İskəndər dövründə iki həkim

      1. İskəndər dövründə hansı mülkdə məşhur iki həkim var idi?

      A) Yunan

      B) Roma

      C) Makedoniya

      2. Həkimlərin mübahisəsinin sonu necə oldu?

      A) Hər ikisi öldü

      B) Xoşxasiyyətli sağ qaldı

      C) Bədxasiyyətli sağ qaldı

      3. Nə üçün bədxasiyyətli həkim vəfat etdi?

      A) Özü zəhər hazırladığı üçün elə bildi içdiyi də zəhərdir

      B) Şərbətdən şəkəri qalxdığı üçün

      C) İçindəki paxıllıq ürəyini partlatdığı üçün

Скачать книгу