Billikok təpəsinin sirri. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Billikok təpəsinin sirri - Энид Блайтон страница 5
– Tobi? – uşaq təkrarladı. – Odur e, Tobi oradadır, – oğlan anbarlardan ən böyüyünə işarə etdi. – Binki ilə birgə siçovul ovuna çıxıb.
Bunu dedikdən sonra uşaq evin küncünə tərəf uzaqlaşdı.
Culian dilləndi:
– Anbara gedək. Görəsən, Binki kimdir? Bəlkə, Tobinin əmisi oğludur?
– Bəlkə də, bizim itin əmioğlusudur! – Corc belə deyib əlini Timminin xaltasına qoydu. – Ayıq-sayıq olmaq lazımdır, hər şey ola bilər, bir də gördün, dava düşdü.
– Haqlısan, – Culian razılaşdı. – Bəlkə də, Binki qəzəbli, təcrübəli siçovultutandır. Gəlin belə edək: siz Timmi ilə qalın, Diklə mən də anbara baş çəkək.
Beləliklə, Dik və Culian anbara yollandılar.
Qapısı bağlı anbardan səs-küy eşidilirdi. Oğlanlar yaxınlaşdıqca səs-küy də güclənirdi: içəridən qışqırıq səsi gəlir, eyni zamanda it hürürdü. Kimsə deyirdi:
– Tut onu, Binki! Tut! Budur o, çuvalın altındadır… Hə, tez ol!.. Eh, fərasətsiz, əlindən bir iş gəlmir!
Dik və Culian anbarın qapısını açdılar. İçəri yarıqaranlıq olduğundan əvvəlcə heç nə görmədilər, sonra divara söykədilən çuvalları sezdilər. Çuvalların kənarında dayanmış Tobini tanımaq isə çətin olmadı. Onun yanında şotland cinsi olan böyük bir it – kolli vardı. İt də sahibi qədər həyəcanlı görünürdü. Nə Tobi, nə də it anbara gələnlərin fərqində idi.
– Ey, Tobi! – Culian səsləndi.
Yalnız bundan sonra Tobi tər içində olan qırmızı sifətini onlara sarı çevirdi.
– Axır ki, gəlib çatdınız! – oğlan bunu deyib qapıya yaxınlaşdı. – Elə bilirdim, heç cür gəlib çıxa bilməyəcəksiniz. Xoş gördük!.. Cəmi iki nəfərsiniz? Mən dördnəfərlik masa düzəltmişəm.
– Timmini də saysaq, beş nəfərik, – Culian dedi. – Qızlar orada, həyətdədirlər, bizim itin xaltasından tutub saxlayıblar. Necə bilirsən, sənin itinlə dalaşmazlar ki?
– Mən onları tanış eləsəm, dalaşmazlar. Getdik!..
Timmini görəndə tükləri biz-biz olan Binki əvvəl yerindəcə donub-qaldı, sonra dartınıb bərkdən hürməyə başladı. Lakin bu, çox uzun sürmədi.
– Bunlar hamısı mənim dostlarımdır, – Tobi onu sakitləşdirdi. – Başa düşdün, Binki?
Binki sahibinin nə demək istədiyini anlayıb sakitləşdi. Lakin Corc yenə də ehtiyatı əldən verməyib Timminin xaltasından tutub saxlamaqda davam edirdi.
Tobi əyilib Binkinin düz qulağına dedi:
– Nəzakətli ol, qıza pəncəni uzat. İtin yanındakı qızı deyirəm, – Tobi başını Corca tərəf çevirdi. – Yaxın gəl. Ona əlini ver. Xaltanı da burax!
Corc onun dediyi kimi əyildi, Binki pəncəsini uzatdı ki, qız onu mehribanlıqla sıxa bilsin.
– İndi sən gəl, – Tobi bu dəfə Ennə müraciətlə təklif etdi.
Qız özünə doğru uzanan pəncəni həvəslə sıxdı – sıx tükləri, şokolad rəngində gözləri və zərif burnu olan bu nəhəng köpək onun xoşuna gəlmişdi.
– Bəs sənin itin görüşmək üçün pəncəsini uzada bilir? – Tobi soruşdu.
Corc başı ilə təsdiqlədi. Qız əsəbiləşdiyini zorla gizlətdi: Tobi Timminin tərbiyəsinə necə şübhə edə bilər axı?
– O zaman qoy Binki ilə görüşsünlər… Binki, pəncəni uzat!
– Timmi, pəncəni uzat!
Sahiblərinin köməyi ilə köpəklər bir-birinin pəncələrinə toxundular. Sonra Timmi astadan zingildədi. Binki də ona eyni cür cavab verdi və onlar hürərək bütün həyəti dolaşmağa başladılar. Toyuqlar bunu görüncə ürkdülər və qaqqıldaşaraq ətrafa dağılışdılar.
– Hər şey qaydasındadır, – Tobi dedi. – Mənim Binkim hamı ilə dil tapa bilir, adamlarla da, itlərlə də əla yola gedir. Xüsusən də pəncəsini uzadıb görüşdüsə, məsələ bitib. Mən onu xüsusi şəkildə öyrətmişəm. Bircə siçovul ovu məsələsində işlərimiz yaxşı getmir. Yəqin, Binkinin onlara yazığı gəlir. Bəs necə, onlar da canlıdırlar axı!.. Yaxşı, bəsdir burada dayandıq, evə gedək. Anam sizin üçün çay süfrəsi hazırlayıb.
Qonaqlar bunu eşidəndə çox sevindilər: onlar bayaqdan çay içməyi elə arzulayırdılar ki!
Enn gözünün altından Tobiyə nəzər saldı və fikirləşdi ki, yeni tanışları yaxşı oğlana oxşayır. Lakin Corc bu məsələdə onunla tam razılaşa bilmirdi, qızın şübhələri vardı. Məsələ burasında idi ki, Tobinin köynəyinin yaxasına qəribə bir gül sancılmışdı. Corc onun təbii olub-olmadığından əmin deyildi. Bununla belə, nəyə görəsə gördüyü mənzərədən xoşlanmamışdı…
– Biz bayaq burada çəhrayı donuz balası ilə dolaşan oğlan gördük, – Enn dedi. – O kimdir?
– O mənim qardaşım Bennidir, yanındakı da sevimli Qıvrımıdır. Benni ondan heç ayrılmır. Biz ona pişik, ya it vermək istədik, ancaq alınmadı! Heç üzlərinə də baxmadı… Onlar həmişə bir yerdədirlər… Ümumiyyətlə, balaca qardaşlar həmişə çox zəhlətökən olurlar, elə deyil?
– Bəzən elə balaca bacılar da belə olur, – Dik bir anlıq Ennə nəzər salaraq dedi. Enn dərhal qardaşını dürtməklədi və bununla da acıqlandığını göstərmək istədi.
Corc da Diklə razılaşmadı.
– Enn tamam başqadır. Onun barəsində belə danışmaq düz deyil. Tobi, inanmırsansa, Culiandan soruşa bilərsən…
Tobi bu söhbətin çox uzanmasını istəmirdi. Odur ki heç nə demədi. Uşaqlar evə keçdilər. Tobinin anası qonaqları mehribanlıqla qarşıladı. Onun açıqrəngli saçları vardı. Dolu bədənli bu qadın da eynilə oğulları kimi gülümsəməyi sevirdi.
– Tobi məni hər şeydən xəbərdar edib, – o dedi. – Hər gün təpəni enib süd, yağ, çörək üçün bura gələ bilərsiniz. Xahiş edirəm, nə lazım olsa, utanmayın, deyin.
Qəfildən ayaq səsləri eşidildi, çox keçmədi ki, Qıvrım sürətlə içəri girdi.
– Yenə gəldin?! – Tobinin anası çığırdı. – Bir sözü neçə dəfə