Billikok təpəsinin sirri. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Billikok təpəsinin sirri - Энид Блайтон страница 7
– Əlbəttə, gəl.
– Hər şey hazırdırsa, yola düşək, – Culian səbirsizliklə dilləndi.
– Ah, az qala yadımdan çıxmışdı, – Tobi qəfildən qışqırdı. – Anam hələ sizin üçün süd də sağıb, gözləyin!
Beləliklə, arabaya iki şüşə süd də qoyuldu və bununla da yır-yığış başa çatdı.
– Yola çıxırıq! – Culian göstəriş verdi.
Dəstə yola düzəldi. Qabaqda Timmi və Binki gedirdi. Uşaqlar itlərin dalınca addımlayırdılar. Benni də qapıya qədər onlarla gəldi. Lakin darvazadan çıxmaq istəyəndə Tobi onu saxladı.
– Bilirsən ki, ana sənə icazə verməyib!
– Niyə axı?! – Benni bunu deyib bərkdən ağlamağa hazırlaşdı.
Tobi onu sakitləşdirməyə çalışdı.
– Balacalar tez yatmalıdırlar. Sən də, Qıvrım da balacasınız. Yoxsa Qıvrım səhər durub səninlə oynaya bilməz.
Qardaşının sözləri, deyəsən, Benninin ağlına batdı. Donuz balasını qucağına götürdü, uşaqlarla vidalaşdı və geri qayıtdı.
– Benni yaxşı uşaqdır, – Tobi hasarı keçib yamacı qalxarkən dedi. – Lakin sısqa və ağlağandır.
– Zəif olsa da, gördün ki, sən qazançanı onun başına keçirəndə səni necə vurdu, – Dik bunu deyib gülümsündü. – Hazır kikboksçudur.
– Açığı, Tobi, sənin ona qarşı bu hərəkətin heç xoşuma gəlmədi, – Enn söhbətə qoşuldu.
– Bunda pis nə var? Mən ona döyüşçü keyfiyyətləri aşılayıram, – Tobi dedi.
Yoxuşu çıxmaq çətinləşmişdi, ona görə də Tobi digər oğlanlara qoşulub arabanı dartmağa başladı.
– Sənin nəsə öyrətməyinə Benninin ehtiyacı yoxdur, – Corc dedi. – O, kifayət qədər yaxşı oğlandır. Görürsən, o, heyvanları necə sevir!
– Bəli, heyvanları çox sevir. Donuzdan əvvəl quzusu var idi, ondan heç ayrılmırdı. Quzudan əvvəl isə iki qaz saxlayırdı. Qazlar onun arxasınca yuxarı mərtəbəyədək qalxırdılar.
– Bəlkə, o, məşhur zooloq, ya da mahir heyvan təlimçisi olacaq, kim bilir, – Enn dedi.
Bizim səyahətçilər cığırla üzüyuxarı qalxmağa davam edirdilər. Artıq yorulmağa başlamışdılar. Bir azdan danışmağa belə heyləri qalmamışdı. Əl arabasını yuxarı dartmaq getdikcə çətinləşirdi, indi qızların da köməyinə ehtiyac var idi…
– Hələ çox qalxacağıq? – Tobi soruşdu. – Siz lap zirvəyə çıxmaq istəyirsiniz?
– Hə, düz zirvədə düşərgə salmaq fikrindəyik, – Culian dedi.
– Onda gəlin dayanıb bir az dincələk. Lakin arabanı elə saxlamaq lazımdır ki, aşıb aşağı diyirlənməsin.
Beləliklə, uşaqlar yamacda oturub nəfəslərini dərməyə və ətrafı seyr eləməyə başladılar. Uzaqlarda bənövşəyi dumanın içində təpələr sıralanmışdı. Yaxında da yüksəkliklər var idi, ancaq onlar yaşıl rəngdə idi. Yaşıllıqların arasında qızılı qaymaqçiçəyiləri gözə dəyirdi. Yastı təpələrdə yetişməkdə olan buğda zəmiləri boy verirdi. Çaylar yamaclar boyu gümüşü saplar kimi axıb gedirdi, tünd-yaşıl, bəzən qara rəngə çalan meşə zolağı bu füsunkar mənzərəyə xüsusi gözəllik qatırdı.
– Aşağıdakı nədir? – Corc yan tərəflərdən üstü çardaqla örtülmüş nəhəng sahəni göstərib soruşdu.
– O, aerodromdur, – Tobi dedi. – Daha doğrusu, gizli hava limanıdır. Orada xüsusi təyyarələri sınaqdan keçirirlər. Mən onlar haqqında hər şeyi bilirəm. Bir qohumumuz orada xidmət eləyir, aviasiya kapitanıdır. Bizə gələndə elə şeylər danışır ki!..
– Məsələn, nə danışır? – Enn soruşdu.
– Nə bilim… Müxtəlif şeylər… Hamısı yadımda qalmayıb… Lakin siz partlayışa oxşar dəhşətli səslər eşitsəniz, qorxmayın, bilin ki, nələrisə sınaqdan keçirirlər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.