Odisseya. Гомер

Чтение книги онлайн.

Читать онлайн книгу Odisseya - Гомер страница 3

Odisseya - Гомер Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

şəhəri Pilosa çatdılar. Onlar gəmini limanda qoyub sahilə endilər. Mentor surətli Afina Telemaha dedi:

      – Utancaqlığını kənara at, Telemah! Onu birdəfəlik unut! Düz Nestorun yanına yollan və ondan atan haqqında bir xəbər bilməyə çalış.

      Afina belə deyib Telemahın önündə iti addımlarla getdi, Telemah da onun arxasınca tələsdi. Bir azdan pilosluların yığışdıqları yerə çatdılar. Nestorla oğulları da orada idilər. Onlar yadelliləri mehribanlıqla qarşıladılar və ziyafət masalarına dəvət edərək Nestorun yanında əyləşdirdilər. Süfrəyə şərab və dadlı xörəklər qoyulduqdan sonra Nestorun oğullarından biri Mentora, yəni Afinaya bir qədəh şərab uzatdı və Poseydona dua etmək şərəfini verdi. Afina dua etdi:

      – Hökmdar Poseydon, Nestorla oğullarına cansağlığı ver! Sonra da mənimlə Telemaha buradakı işlərimizi həll edib geri dönməyə kömək et!

      Hamı dua edib xörək yeyəndən sonra Nestor qonaqlardan kim olduqlarını və haradan gəldiklərini soruşdu. Afinanın dediyi sözlərdən cəsarətlənən Telemah özü Nestora cavab verdi:

      – Axeylilərin şərəfi və başucalığı olan Nestor! Mən buraya səninlə birlikdə Troya divarları altında döyüşmüş atam Odissey haqqında xəbər bilməyə gəlmişəm. Yalvarıram sənə, əgər onun müharibədən sonrakı taleyindən xəbərin varsa, mənə de.

      Nestor dedi:

      – Dostum, sən mənə həmin döyüş vaxtı çəkdiyimiz əzab-əziyyəti xatırlatdın. Həmin vaxt ən yaxşı sərkərdələr həlak oldu. Onların arasında Ayaks, Axilles, Patrokl, mənim cəsur oğlum Antiloh var idi. İndi hamısı orada uyuyur. Troyanı aldıqdan sonra bir axşam, günəş qürub edəndə Menelay yorğun, sərxoş döyüşçüləri məşvərətə topladı. İlahə Afinanın isə Menelay və Aqamemnona ədalətsizliklərinə görə acığı tutmuş, onların arasına nifaq salmışdı. Menelay məşvərətdə evə dönməyi təklif etdi. Aqamemnon razılaşmadı. İki qardaş arasındakı fikir ayrılığı ordunu da iki yerə ayırdı. Növbəti gün yarı hissəmiz gəmilərimizə minib yola düşdük. Aqamemnonla tərəfdarları isə qaldılar. Lakin ilahlar indi də yola düşənlər arasında nifaq saldılar, bəzi sərkərdələr öz gəmilərini geri döndərib Aqamemnonun yanına qayıtdılar. Odissey də onların arasında idi. Mən, Menelay və digərləri yolumuza davam etdik. Bir neçə günə Pilosa çatdım. O vaxtdan digər sərkərdələri görməmişəm, onlardan xəbərsizəm. Ancaq yəqin ki, sizin də Aqamemnonun ölümü və oğlu Orestin intiqamından xəbəriniz var.

      Telemah dedi:

      – Bəli, bu haqda eşitmişəm. İlahlar Orestə belə bir güc bəxş etmişlər. Mənə də belə bir imkan versəydilər, anama adaxlı düşənlərin cavabını verərdim. Aqamemnonun başına gələnləri ətraflı danışa bilərsənmi?

      Nestor bildiklərini nəql etməyə başladı:

      – Biz müharibəyə yollananda Aqamemnon arvadı Klitemnestranı etibar elədiyi bir musiqiçiyə tapşırıb əmr verir ki, ona nəzarət etsin. Egistin isə gözü Aqamemnonun arvadına düşür. Egist onu tədricən razılığa gətirir. Klitemnestra onun arvadı olmağa razılaşanda o, sadiq musiqiçini uzaq bir adaya göndərir, musiqiçi orada ölür və cəsədi quşlara yem olur. Egist isə Klitemnestranı evinə gətirərək özünə arvad edir. Müharibə bitdikdən sonra bizim Menelayla dənizdə yolumuz bir idi. Gəmilərimiz bir müddət yanaşı üzdü. Amma ilahların qəzəbinə düçar olduğu üçün Zevs Menelaya ağır tale qismət etdi. O, Misir sahilinə gedib çıxdı. Bu zaman Egist Troyadan evinə dönmüş hökmdar Aqamemnonu öldürüb Mikenanı düz yeddi il idarə edir. Səkkizinci ilin başlanğıcında Aqamemnonun Afinada böyüyən oğlu Orest Mikenaya dönür, Egistlə anasını öldürərək atasının intiqamını alır. Sonra o, öldürdüyü bu iki nəfər üçün matəm təşkil edir, elə həmin gün Menelay, nəhayət ki, öz doğma diyarına dönür. Bax belə. Sən gərək Menelaya baş çəkəsən. O, vətəninə yenicə dönüb, bəlkə də, atan barədə məlumatı var. Sən Menelayın yanına gəminlə də, quru yolla da gedə bilərsən. Əgər istəsən, gərdunə6 və oğullarım ixtiyarındadır.

      Nestor əhvalatı bitirəndə artıq qaranlıq düşmüşdü. Bunu görən Afina dedi:

      – Müdrik qoca, sən düzgün və haqlı danışdın. Lakin indi yatıb rahatlıq tapmaq vaxtıdır.

      Nestor bu təkliflə razılaşdı və Afina ilə Telemahı öz evinə gecələmək üçün dəvət etdi. Afina Telemaha məsləhət gördü ki, Nestorun təklifini qəbul etsin, ancaq özünün gəmiyə gedəcəyini bildirdi. Həmçinin Nestorun Telemahı Menelayın yanına gərdunə ilə göndərmək istəyini dəstəklədiyini deyib Afina qartala çevrildi və uçub getdi. Hamı təəccübdən donub-qaldı. Müdrik Nestor isə Telemahın əlindən tutub dedi:

      – Görürəm ki, sən adi insan deyilsən, ilahlar özləri sənə arxa-dayaqdırlar. İndicə yanımızda olan isə ilahə Afinanın özü idi! Mən də elə buradaca Afinanın şərəfinə birillik buzov qurban deyirəm.

      Bunları deyib Nestor dua etməyə başladı və Afina da onun dualarını qəbul etdi. Nestor Telemahı öz sarayına apardı.

      Səhər açılanda isə Nestor yerindən qalxıb eşiyə çıxdı və evinin qabağında əyləşdi. Oğulları və Telemah onun yanına gəldilər. Nestor oğullarına tapşırdı ki, otlaqdan birillik buzov tutub gətirsinlər və onun buynuzları üçün qızıl bəzəklər düzəltdirsinlər.

      Onlar Nestorun tapşırığına əməl etdilər, sonra da möhtəşəm ziyafət təşkil olundu, bu ziyafətə həm də Telemahın iyirmi yol yoldaşı dəvət olundu. Afinanın şərəfinə deyilmiş qurban kəsildi və hamı qarnını doyurandan sonra Nestor yenidən oğullarına müraciət edərək Telemah üçün gərdunəni, atları və yol üçün ərzaq hazırlamağı tapşırdı. Telemah Nestorun oğullarından biri ilə elə həmin gün Menelayın yanına yola düşdü.

      Dördüncü nəğmə

      İki gün sonra Telemahla Nestorun oğlu Spartaya çatıb Menelayın evinə yollandılar. Həmin gün Menelay həm oğlunun, həm də qızının toyunu qeyd edirdi. O, qızını məşhur qəhrəman Axillesin oğlu Neoptolemə ərə verirdi. Menelay qızını ona hələ Troyada söz vermişdi. Köləsindən doğulan oğlu Meqapont üçünsə Spartadan bir qız seçmişdi. Lakin Yelenaya ilahlar daha övlad vermədilər.

      Telemah və yoldaşı Menelayın evinə çatanda bütün qonaqlar masa arxasında əyləşib şənlik edirdilər. İki yadellinin gəldiyini görən Menelayın köməkçisi tez ağasına onlar barədə məlumat verdi və soruşdu:

      – İki kişi gəlib, Menelay. Nə əmr edirsən? Onları içəri dəvət edim, yoxsa başqa birinin evinə göndərim?

      Menelayın ona qəzəbi tutdu:

      – Sən ki heç vaxt ağılsız olmamısan! Bəs indi nə olub sənə? Yəni biz ikicə nəfəri evimizdə

Скачать книгу


<p>6</p>

Gərdunə – cəng arabası