Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл

Чтение книги онлайн.

Читать онлайн книгу Kataloniyanı Xatırlarkən - Джордж Оруэлл страница 11

Жанр:
Серия:
Издательство:
Kataloniyanı Xatırlarkən - Джордж Оруэлл

Скачать книгу

axşam üstü, hələ şər qovuşmamış qarovulda dayanan əsgər təxminən iyirmi metrlik məsafədən mənə atəş açdı. Xoşbəxtlikdən güllə aralı keçdi. İspanların sərrast ata bilməmələri dəfələrlə həyatımı qurtarmışdı. Başqa bir gün isə komandiri qabaqcadan niyyətim haqqında xəbərdar edib dumanlı havada kəşfiyyata getmişdim. Geri qayıdanda təsadüfən ayağım kola ilişdi. Qorxuya düşmüş qarovul nəfəri yəqin , faşistlərin hücuma keçdiyini düşünüb var səsi ilə qışqırdı. Komandirin səs gələn tərəfə fasiləsiz yaylım atəşi açmaq əmrini eşitdim. Dərhal üzü üstə yerə uzandım. Güllələr başımın üstündən vıyıltı ilə uçub gedirdi. Heç bir şey ispanı, xüsusən də gənc, təcrübəsiz ispanı odlu silahın təhlükəli oyuncaq olduğuna inandıra bilməz. Yadımdadır ki, həmin hadisədən bir neçə gün sonra pulemyotun arxasında mövqe tutmuş pulemyotçular bölüyünün foto-şəklini çəkirdim.

– Amma atəş açmayın!-deyə fotoaparatı onların üstünə tuşlayıb hər ehtimala qarşı yarızarafat xəbərdarlıq etdim.

– Yox, yox! Atmaq fikrimiz yoxdur.

Elə həmin saniyə də pulemyot şaqqıldamağa başladı. Güllələr o qədər yaxından keçdi ki, hətta barıt qığılclmlarının yanağımı isindirdiyini hiss etdim. Pulemyotdan bilmədən atəş açmışdılar. Amma etdikləri hərəkəti əla zarafat sayırdılar. Özü də bunu o vaxt edirdilər ki, cəmisi beş gün əvvəl komissar gözləri qarşısında avtomatik tapança ilə oynayarkən gözzlənilmədən daraqdakı bütün güllələri yaxınlıqda dayanıb baxan qatırçının qarnına doldurmuşdu.

O zaman cəbhədə işlətdiyimiz parollar da təhlükə mənbəyi idi. Parolun həm özünü, həm də cavabını əzbərləmək tələb olunurdu. Parollar adətən bəlağətli inqilabi şüarlardan quraşdırılırdı. Məsələn, Cultura-Progreso10, yaxud Seremos-invencibles11 tipli ifadələr geniş yayılmışdı. Savadsış könüllülər bəzən çətin kəlmələri yadlarında saxlaya bilmirdilər. İşi asanlaşdırmaq üçün bir dəfə parol olaraq Cataluna, cavab kimi isə Eroica sözlərini seçmişdilər. Sifəti bədirlənmiş ayı xatırladan kəndli oğlan Xaim Domenak işi dolaşığa düşmüş adam kimi yanıma gəldi. Eroika sözünün mənası ilə maraqlandı.

Mən Eroica-nın da valiente sözü ilə eyni məna daşıdığını, qəhrəmanlıq anlamı bildirdiyini izah etdim. Bir dəqiqə sonra o, qaranlıq səngərdən çıxanda növbə çəkən əsgərin parolu söyləmək tələbi eşidildi:

–Alto! Cataluna!12

–Valiente!-deyə cavab sözünün məhz belə olduğuna inanan Xaim qışqırdı.

Dərhal atəş səsi eşidildi.

Amma əsgərin gülləsi yan keçmişdi. Əslində bu müharibədə hamı əlindən gələni edirdi ki, güllə hədəfə dəyməsin.

IV

Cəbhəni bu hissəsində üç həftə qaldım. Sonra Alkuberreyə İngiltərədən Müstəqil Leyborist partiyasının göndərdiyi əlavə 20, yaxud 30 nəfər gəldi. İngilis könüllülərinin hamısının bir yerə toplanması məqsədi ilə Vilyamsla məni də onlara qoşdular. Yeni mövqeyimiz əvvəlkindən bir qüədər qərb tərəfdə, Monte Oskuro yaxınlığında yerləşirdi. Buradan Saraqosaya gözəl mənzərə açılırdı.

Mövge ülgüc kimi sivri əhəngdaşı qayalarının üstündə qərar tutmuşdu. Qayalığın içində göyərçin yuvasını xatırladan hərəkət cığırları qazılmışdı. Cığır nəhəg qayanın dərinliyinə qədər gedib çıxırdı. Orada isə daşların altından keçdiyindən elə alçaq idi ki, ayaq üstə dayanmaq bir yana qalsın, hətta başın tavana toxunmadan dizi üstə durmaq da mükün deyildi. Bizdən sol tərəfdə, yenə də qayalıqda P.O.U.M.-un daha iki dəstəsi mövqe tutmuşdu. Mövqelərdən biri bütün döyüşçülərinin diqqət mərkəzində idi. Çünki oradakı mətbəxdə üç qadın çalışırdı. Gözəl olduqlarını demək çətindi. Amma komandanlıq işini ehtiyatlı tutub döyüşçülərin digər mövqelərdən bura gəlməsini qadağan etmişdi. Sağda, bizdən təxminən beş yüz metrik məsafədə, Alkuberreyə dönən yolda P.S.U.C. döyüşçülərinin mühafizə postu yerləşirdi. Cəbhə xətti həmin postun yanından keçirdi. Gecələr Alkuberredən bizə, Saraqosadan isə faşistlərə ərzaq və sursat daşıyan yük maşınlarının faraları qaranlığı işıqlandırırdı. Olduğumuz yerdən Saraqosanı da görmək mümkün idi. Gəmi illüminatorlarının şüasını xatırladan nazik işıq zolağı bizdən təxminən iyirmi kilometr cənub-qərbdə bərq vururdu. Hökumət qoşunları hələ 1936-cı ilin avqustunda burada dayanıb Saraqosanın işıqlarına tamaşa edirdilər. İndi də eyni yerdədirlər.

Bir nəfər ispanı-Vilyamsın qaynı Romanı və on iki ispan pulemyotçusunu əlavə etmək şərti ilə otuz nəfər idik. Müharibə adətən həmişə yaramaz, dələduz adamları özünə çəkir. Lakin ingilislər hamısı əla uşaqlar idilər. Dözümlü və üzüyola xasiyyətləri ilə seçilirdilər. Aralarında ən yaxşısı isə Bob Smayli – sonralar Valensiyada mənasız ölümlə həyatına son qoyulan məşhur şaxtaçı rəhbərinin nəvəsi idi. Dil maneəsinə baxmayaraq ingilislərlə ispanlar həmişə asanlıqla bir-birlərinə uyğunlaşa bilirdirlər. Məncə, burada ispanların rolu daha böyük idi. Doğrudur, onlar cəmi-cümlətanı iki ingilis sözü bilirdilər. Biri “O`key, bebi”13 idi. O birisi isə Barselona fahişələrinin ingilis dənizçiləri ilə danışarkən istifadə etdikləri ifadəydi. Ancaq naşirlərin həmin ifadəni kitaba salmayacaqlarını əvvəlcədən bildiyimdən burada yazmıram.

Yenə cəbhədə heç bir hadisə baş vermirdi. Arabir məqsədsiz atılan güllənin vıyıltısı eşidilir, nadir hallarda isə ətrafda faşist minası partlayırdı. Bizimkilər dərhal dağın zirvəsindəki səngərdən başlarını qaldırıb minanın hara düşdüyünü öyrənməyə çalışıırdılar. Burada düşmən bizə yaxın məsafədə idi – təxminən üç yüz-dörd yüz metr aralıda yerləşirdi. Ən yaxın mövqe isə bizimlə üzbəüz idi. Ambrazuradakı düşmən pulemyotlarının yuvaları daim döyüşçülərimizi şirnikləndirirdi. Ara yerdə isə havayı xərclənən patronlar hayıf olurdu. Faşistlər nadir hallarda tüfəngə əl agtırdılar. Başını səngərdən azacıq çıxarmaq istəyən hər kəsi isə sərrast pulemyot atəşinə tuturdular. Amma yenə də dəstəmizdə ilk yaralı yalnız on gündən sonra peyda oldu. Fərarilərin məlumatına görə önümüzdəki ispan qüvvələrinin sırasında bir neçə nəfər alman kiçk zabiti də vardı. Orada mavrlar da vuruşurmuş. İsti iqlimə öyrəşmiş zavallıların soyuqdan necə əziyyət çəkdiklərini təsəvvür eləmək çətin deyildi. Düşmənlə aramızdakı neytral ərazidə düşüb qalmış mavr meyitini on gün götürən olmamışdı. Bizim mövqemizdən sol tərəfdə, iki-üç kilometrlik məsafədə qarşı-qarşıya dayanan təmas xətti başa çatır, heç kimin nəzarət etmədiyi meşəli dərə başlayırdı. Faşistlər də, biz də gündüzlər ora patrul göndərirdik. Bu əsl boyskaut14 ruhunda olan yaxşı

Скачать книгу

10

Culturo – Progreso! (İsp) – Mədəniyyət – Tərəqqidir!

11

Seremos – İnvensiblos! (İsp) – Biz məğlubedilməzik!

12

Alto! Cataluna! (İsp.) – Dayan! Kataloniya!

13

OK, bebi (İng.) – Oldu, balaca!

14

İngilis sözü “scout” həm də “kəşfiyyatçı” mənasında işlədilir. Müəllif də buna işarə edir.